1992-ci il iyunun 7-də keçirilə n prezident seçkilərində AXC-nin sədri Əbülfə z Elçibəy Prezident seçildi. Azərbaycanda AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi.
Xalq Cəbhəsi-Müsavat cütlüyü dövründə Respublikada siyasi və iqtisadi böhran dərinləşdi. Yeni idarəçilik mexanizmi işləmirdi. İqtisadiyyatda soyğunçuluq baş alıb gedirdi. İşsizlik sürətlə artırdı.
1992-ci il mayın 15-də SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqıda Daşkə sən müqaviləsinə əsasən Azərbaycana verilən silah və hə rbi sursat əsasında ordunun təchizatı nisbətən yaxşı laşdı. Avi-asiya polku yaradıldı. Xəz ər donanmasının qüvvə və və saitinin 25%-i Azərbaycanın payına düşmüşdü. Lakin Azə rbaycana verilən obyektl ər, texnika qə naətbəxş vəziyyətdə deyildi. Texnika qəsdən sıradan çıxarılır, işlək cihazlar sökülüb aparılırdı.
Respublikanın silahlı qüvvələrini vahid mə rkəzdən idarə et-mək məqsədilə vahid komandanlıq yaradılması haqqında 1992-
ci ilin iyununda verilən Prezident fərmanı müəyyən rol oynadı. Az ərbaycan milli ordusu xüsusi təyinatlı polis dəstələrinin köməyi ilə işğal olunmuş ərazilərin bir hissəsini quldurlardan təmizlədi.
Dostları ilə paylaş: |