Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri. Kütləvi siyasi represiyalar



Yüklə 413 Kb.
səhifə4/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   56
Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri. Kütləvi siyasi represiyalar

1920-ci ilin yayında Azərbaycanda hərbi kommunizm siyasəti tətbiq olundu. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 26 avqust tarixli fərmanı ilə taxıl ticarəti inhisara alındı, sentyabrda ərzaq sa-palağı tətbiq olundu, bunun üçün ərzaq dəstələri kəndlərə göndə-




rildi, “İşləməyən dişləmə z” prinsipi həyata keçirilmə yə başladı, kar-toçka sistemi yaradıldı. Sovet ordusu hissələ rinin ərzaqla təmin edilməsi kəndlilərin vəziyyətini ağırlaşdırdığına görə hökumət Quba və Cavad qəzaları müst əsna olmaqla, Azərbaycanın bütün bölgə-lərində taxıl tədarükünü dayandırdı. “Bütün növ ərzaq inhisarının ləğv edilməsi haqqında” 1921-ci il 17 may tarixli dekreti ilə ərzaq sapalağı ləğ v olundu. Onun əvəzinə könüllü məhsul rüsumu - “çanaq” (20 girvənkə) vergisi qoyuldu. 1922-ci ilin yazından eti-barən ərzaq vergisi tətbiq olunmağa ba şlandı (6, s. 101). Yeni iqtisadi siyasət dövründə neft sənayesini öz himayə sində saxlayan mə rkəz onun inkiş afı naminə respublika orqanlarına xarici şirkətlər ilə əlaqə yaratmaq səlahiyyətləri vermişdi. Bu, neft sənayesini yeni texnika ilə təmin olunmasına kömək edirdi. ABŞ- ın “Standart-Oyl” şirkəti ilə bağlanmış müqaviləyə görə “Azərneft” texniki avadanlıq və s., “Gikkers Limited” ingilis firması ilə bağlanmı ş müqaviləyə görə Azərbaycan ilk krekinq qur ğuşununun texniki avadanlığını istehsal etmək üçün lisenziya aldı. “Azərneft” London, Paris, Ber-lin, Nyu-York və s. şəhərlərdə öz nümayəndəliklərini açdı. 1924-cü ildə Suraxanıda turbobur vasitəsilə ilk quyu qazıldı. Balaxanı-Sabunçu, Bayıl buxtasında neft mə dənləri aşkar edildi və işə salındı. 1925-ci ildə neft hasilatı 1921-ci ilə nisbətən 2 dəfə artdı. Neft-maşınqayırma sənayesi inkişaf etməyə başladı (leytenant Şmidt-indiki Səttarxan zavodu).
1925-ci ildə Bakıda və Tovuzda sement, Gədəbəydə misərit-mə zavodları, Gəncədə mahud favriki işə salındı, Şərur və Yevlaxda yeni pambıqtə mizləmə zavodları tikildi, Şəkidə, Ordubadda və Dağ-lıq Qarabağda baramaaçan fabrikləri fəaliyyətə başladı. Kənd təsər-rüfatında da əkin sahə ləri artdı, sosial təbəqələşmə gücləndi, 1925-ci ildə ortabablar 54% təşkil edirdi. 1925-ci ildə Azərbaycanın iqti-sadiyyatında canlanma başlanmışdı, lakin 1926-cı ildən etibarən YİS prinsiplərindən imtina etməyə başlandı və iqtisadiyyatda inzi-bati amirlik metodlarının tətbiq edilməsinə keçildi.


  1. əsrin 20-ci illərinin ikinci yarısından etibarən Azərbay-canda da xalq təsərrüfatının bütün sahələrinin sosialistcəsinə yeni-


dən qurulmasına başlanıldı. Onun əsas istiqamətləri: sosialist səna-yeləşdirilməsi, kənd tə sərrüfatlarının kollektivləşdirilməsi, bolşevik ideologiyasına xidmə t edən mədəni quruculuq, kommunist parti-yasını n bölünməz və şəriksiz ağalığının təmin olunması, planlaş-mada və idarəçilikdə sərt mərkəzləşmə təşkil edirdi. 1925-ci ilin dekabrında ölkənin sosialist sənayeləşdirilməsi xətti irəli sürüldü. Azərbaycanda əsas üstünlük neft sənayesinin inkişafına və elektrik istehsalı na yönəldilmişdi. Yüngül sənaye müəssisələrinin və ilkin xammal emalı (pambıqtəmizlə mə, ipəkçilik və s.) obyektlərinin yaradılmas ı da Azərbaycanda sənayeləşdirmənin tərkib hissələ-rindən idi. Sənayeləşdirmə xalqın, xüsus ən o zaman əhalinin ə ksə-riyyətini t əşkil edən kəndlilərin istismarı , ağır vergilər qoymaq, mü-sadirələr, “sənayeləşdirmə istiqrazları” yolu ilə toplanan kapitalı hesabına aparılırdı. Sənayeləşdirmə illərində Bakıda neftayırma və neftmaşınqayırma zavodları (İ.Şmidt, Suraxanı mexaniki zavodu), ilk krekinq qurğusu, sürtkü yağları, ağ neft, benzin, gəmi təmiri, karbid zavodları, Gəncədə əyirici-toxuculuq kombinatı, Gə ncə, Ucar və Yevlaxda pambıqtəmizləmə zavodları, Lə nkəranda və Or-dubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Sal-yanda və Füzulidə istilik və su-elektrik stansiyaları tikilib işə sa-lındı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76%-ni Azərbaycan verirdi və dünyada 2-ci yerə çıxmışdı. Bu illərdə 822 km. Bakı-Ba-tum neft kəmərinin, Ələt-Culfa dəmiryol xəttinin çəkilməsi başa çatdırıldı. İlk dəfə Azərbaycanda elektrik dəmir yolu xətti istifa-dəyə verildi. Sənayeləşdirmə öz çətinlikl əri və mənfi nəticələri ilə bərabər Azərbaycanın ümumi inkişafına xeyli təkan verdi. Onun həyata keçirilməsi sayəsində Azərbaycan aqrar-sənaye ölkəsinə çevrildi.

Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin