Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


-cı ilin payızında YUNESKO ilə əməkdaşlı q haqqında memorandum



Yüklə 413 Kb.
səhifə45/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   56
1996-cı ilin payızında YUNESKO ilə əməkdaşlı q haqqında memorandum imzalandı. 1997-ci ilin yazında isə Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu.
1997-ci ilin noyabrında qəbul olunmuş “Mədəniyyət haq-qında” qanun xalqın mənəvi aləmini zənginləşdirmək sahəsində fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. 2000-ci ilin aprelində möhtəşəm ədəbi-tarixi abidə nin “Də də Qorqud dastanı”nın 1300 il-lik yubileyi Bakı da böyük t əntənə il ə keçirildi. M.F.Axundzadə adına Respublika kitabxanası 1998-ci ilin aprelindən Milli Kitab-xana statusu aldı.

Prezident H.Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ölkədə ali təhsilin təşkili və inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Xüsusən milli tariximizin yenidən, obyektiv yazılması və tədrisi diqqət mərkəzində idi. Yeni tədris proqramlarının və dərsliklərin hazırlanması, orta məkt əblərdə bura-xalış imtahanlarının test üsulu ilə aparılması, tə ləbə qəbulu üzrə dövlət komissiyasının işinin təkmilləşdirilməsi və s. tədbirlər təhsil islahatı proqramının tərkib hissələridir.

Azərbaycan Prezidenti H.Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindən tarixi-etnik torpaq-larından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 17 dekabr, “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanlarında son 2 əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyonlü şəkildə həyata keçirilən etnik təmizləmə, soy-qırım siyasəti ifşa olunmuşdur. 90-cı ill ərin ortalarında informasiya nazirliyində 600-ə qədər informasiya vasitəsi qeydə alınmışdı. Azərbaycan Mədə niyyət Fondu yanında azsaylı xalqların mədəniy-yətinin qorunması və inkişafı üzrə şura yaradıldı. Azərbaycan alim-


ləri mühüm əhəmiyyətli 100-dən çox kəşflər etmişlər. 7 cildlik “Azərbaycan tarixi” yazılıb nəşr olundu.


1997-ci ilin noyabrında Azərbaycan yazıçılarının X qurultayı keçirildi. Dövlət teatrları ilə yanaşı ictimai, özəl teatrlar, müstəqil kinostudiyalar təşkil olunmuşdu. 90-cı illırin əvvəll ərində respub-likanın şəhər və qəsəbələrində meydanlar, parklar “Monumental kommunist təbliğatı”na xidmət edən heykəl və abidələrdən təmiz-ləndi. Dağüstü parkda “Şəhidlər Xiyabanı” salındı. 1998-ci ilin ok-tyabrında Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə 21 metr hün-dürlüyündə abidənin və əbədi məşəlin açılışı oldu. 1997-ci ildə İlham Əliyev İdman Komitəsinə s ədr seçildikdən sonra 2000-ci ilin oktyabrında Bakıda Olimpiya İdman Kompleksi istifadəyə verildi. İdmançılarımız 1996-cı ildə XXVI və 2000-ci ildə XXVII yay Olimpiya oyunlarında uğurla iştirak etdilər.

Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin