Mühazirə Fənn: Azərbaycan tarixi Müəllim Sərvərov Bəxtiyar


-cü il avqustun 4-də 42 yaşlı İlham Əliyev Respub-likanın Baş naziri



Yüklə 413 Kb.
səhifə48/56
tarix10.01.2022
ölçüsü413 Kb.
#108111
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   56
2003-cü il avqustun 4-də 42 yaşlı İlham Əliyev Respub-likanın Baş naziri vəzifəsinə təyin edildi. Oktyabrın 15-də ke-çirilmiş prezident seçkilərində Baş nazir İ lham Əliyev ölkə Pre-zidenti seçildi. 2003-cü il dekabrı n 12-də ümummilli lider Hey-dər Əliyev vəfat etdi. Ümummilli liderin xatirəsini əbədiləşdirmək üçün Respublikanın Milli Məclisi 2005-ci ilin aprelində “Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında Qanun qəbul etdi. Bu ordenlə ilk dəfə Prezident İlham Əliyev və türk dünyasının gör-kəmli şəxsiyyəti İhsan Doğramaçı təltif olundular.
Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azə rbaycan neftinin və qazının dünya bazar-larına nə ql edilməsindən ibarətdir. 2002-ci il sentyabrın 18-də Səngəçal sahil terminalında Azə rbaycan, Türkiyə və Gürcüstan dövlə tlərinin başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixras Boru Kəmərinin Azərbaycan hissəsinin təməli qoyulmuşdur. Belə bir mərasim 2003-cü il mayın 23-də Gürcüstan ərazisində həyata keçirilmişdi. 2001 -ci il martı n 12-də Türkiyə Cümhuriyyəti, sent-yabrın 29-da isə Gürcüstan Respublikası ilə Bakı-Tbilisi-Ərzu-


rum qaz kəm əri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və satışı haqqında sazi şlər imzalanmışdır. 2003-cü il fevralın 27-də bu layihənin inşasına başlandı. 2003-cü il iyulun 24-də “Lider” yar ımdalma dəniz qazma qurğusu istifadəyə verilmişdir. 2005-ci ilin fevralında “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsindən ilkin neftin hasilatına başlanmışdır.


Az ərbaycanda aparılan aqrar islahatların səviyyəsi ondan ibarətdir ki, kənd təsərrüfatında torpaq sahələri ilə yanaşı, bütün əm-lak və texnika özəlləşdirilmişdir. 2002-ci il avqustun 27-də Respublika Prezidenti yanında Sahibkarlar Şurası yaradıldı. 1998-2002-ci illərdə 1 saylı Bakı İstilik Elektrik Mərkəzinin ( İEM), Mingəçevir SES-in, “Şimal” DRES-in yenidən qurulması, Bakı ətrafında yüksək gərginlikli şəbəkələrin yeniləşdirilməsi, Yenikənd SES-in üç blokunun istifadəyə verilməsi nəticəsində elektrik ener-jisi istehsalı xeyli artmışdı.

2001-ci ildə Yaponiyanın İqtisadi Əməkdaşl ıq Bankından alınan kreditlər hesabına Sumqayıtda Etilenpropilen zavodu əsaslı şəkildə yenidən qurulmuş, burada yüksək təzyiqli buxar qurğusu işə salınmışdır. Dünya Bankı nın krediti hesabına Neftçalada yeni Balı qyetişdirmə zavodu işə salınmışdır. Xaçmazda istifadəyə veril-miş “Şimal” konserv zavodu bölgələrdə əhalinin məşğulluğunun tə-min edilməsi, yerli və xarici sahibkarların iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoymalarına nail olmaq sahə lərində Azərbaycan dövlətinin səmərəli siyasət yeritdiyini sübut edir.




Yüklə 413 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin