Totalitar sosializm cəmiyyətinin qurulması. Kütləvi rep-ressiyalar. Sovet rejimi proletar diktaturası adlandırılırdı. Ölkədə qanunlar deyil, partiya qərarları işləyirdi. AK(b)P yaranandan 30-cu illərin ortalarına kimi Azərbaycanda partiya rəhbərliyi çox tez-tez dəyişirdi. Ona əvvəllər V.Noneyşvili, Y.Stasova, V.Dumbadze, Q.Kaminski, S.M.Kirov başçılıq etmişdi. Sonra Mirzoyan-Qarayev-Ağaverdiyev birliyi, N.Giqalo, V.Polonski, Ruben v ə nəhayət, 1934-cü ildə M.C.Bağırov gətirilmi şdi və 1953-cü ilədək sabitlik ol-muşdu. 20-ci ill ərin ortalarından başlanan sosialist yenidənqur-malarını n başlıca nəticəsi olaraq Azərbaycandan da Stalin modelli totalitar sosializm cəmiyyəti quruldu. İstehsal vasitələri ictimai mülkiyyət adı ilə dövl ətin əlində cəmləşdi. Respublika əhalisinin sosial tərkibində ancaq fəhlələr, kolxozçu kəndlilər və onların ara-sından çıxan ziyalılar qaldı lar – 86% dövlət sosializm təsərrüfatında əhatə olunmuşdu. 1936-cı il dekabrın 5-də qəbul olunmuş yeni
Konstitusiyaya görə Azərbaycanın daxil olduğu Zaqafqaziya Fede-rasiyas ı ləğv olündu. Azərbaycan birbaşa SSRİ tərkibinə daxil edildi. 1937-ci il martın 10-da Azərbaycan SSR-nin yeni Kons-titusiyası qəbul olundu (49, s. 60).
Dostları ilə paylaş: |