Siyasi mühacirət. XX əsrin 20-30-cu illərində minlərlə adam siyasi motivlər üzündən xaricə getməyə məcbur olmuşdu. Onların əksəriyyəti 1920-ci il aprel işğalından sonra, dəhşətli kollektivləşmə illəri və 1937-1940-cı illərdəki kütləvi repressiyalar zamanı xaricə pənah aparmışdılar. 1919-cu ildə başda Ə.M.Topçubaşov olmaqla Paris sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyə-tinin üzvləri-M.Ə.Mehdiyev, C.Hacıbəyov, M.Məhərrəmov, Ə.Şey-xülislamov, A.Ataməlibəyov Avropada qalmışdılar. Təqribi hesab-lamalara görə II Dünya müharibəsinə kimi müəyyən vaxtlarda Azərbaycandan 50 mindən çox siyasi mühacir olmuşdu (49, s. 44). Çoxu Türkiyədə məskunlaşmışdı. M.Ə.Rəsulzadənin təşəbbüsü ilə 1923-cü ildə “Müsavat” partiyasının Xarici Bürosu yaradılmışdı. Onun işində X.Xasməmmədov və M.S.Axundzadə fəal iştirak etmişdilər. M.Ə.Rəsulzadənin başçılığı ilə bütün müsəlmanları bir-ləşdirmək məqsədilə 1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən
Azərbaycan Milli Mərkəzi yaradılmışdı . Azərbaycan mühacirləri Avropada fəaliyyət göstərmək məqsədilə 1924-cü ildə “Azərbaycan İstiqlal Komitəsi” təşkilatını yaratmışdı . Onların başlıca amalı Azə rbaycanın müstəqilliyini bərpa etmək, vahid müstəqil Azərbay-can yaratmaq idi.
Dostları ilə paylaş: |