Dəniz nəqliyyatı barədə qanunvericilik həm məhdud, həm də geniş
mənada işlədilir. Məhdud mənada dəniz nəqliyyatı barədə qanunvericilik
dedikdə yalnız qanunların məcmusu başa düşülür. Geniş mənada dəniz
nəqliyyatı barədə qanunvericilik isə həm qanunların, həm də qanunqüvvəli
normativ aktların (Prezident fərmanlarının, hökumət qərarlarının və s.) sistemi
deməkdir.
Dəniz nəqliyyat daşımaları hüququ dedikdə, həm də müstəqil tədris fənni
başa düşülür. Bu fənn isə mürəkkəb və müxtəlif olan dəniz hüquq normalarının
öyrənilməsini təmin edir. Tədris fənni kimi müstəqil dəniz nəqliyyat daşımaları
hüququnun ayrılması mümkün olan məsələdir. Tədris fənni kimi dəniz
nəqliyyat daşımaları hüququnun predmetini ticarət gəmiçiliyindən yaranan
mülki-hüquqi (əmlak) xarakterli ictimai münasibətlər təşkil edir.
Ölkənin nəqliyyat infrastrukturunda dəniz nəqliyyatı mühüm yer tutur.
Daşıma prosesinin həyata keçirilməsində onun əhəmiyyəti böyükdür. Xüsusən də beynəlxalq əmək bölgüsündə onun əhəmiyyətli dərəcədə rolu vardır. Xarici iqtisadi əlaqələrin inkişafı müəyyən dərəcədə dəniz nəqliyyatının fəaliyyətindən asılıdır. Müasir beynəlxalq iqtisadi əlaqələri, o cümlədən dövlətlərarası əmtəə mübadiləsini dəniz nəqliyyatı olmadan təsəvvür etmək mümkün deyil. Xarici ticarət daşımalarının ümumi həcminin ən azı 80 %-i dəniz donanmasının üzərinə düşür. Bu hal isə dəniz nəqliyyat daşımaları hüququnun rolunu və əhəmiyyətini daha da artırır. Ona görə ki, daşıma prosesinin həyata keçirilməsində dəniz nəqliyyatından istifadə olunması ilə bağlı yaranan ictimai
münasibətlər məhz dəniz nəqliyyat daşımaları hüququ ilə tənzimlənir.
Dostları ilə paylaş: |