Beynəlxalq nəqliyyat hüququnun prinsipləri
Beynəlxalq nəqliyyat daşımalarının təşkili və həyata keçirilməsi zamanı
beynəlxalq nəqliyyat hüququnun tətbiq edilən prinsiplərini, praktiki olarq, iki
yerə bölmək olar:
-ümumi prinsiplər;
-xüsusi prinsiplər.
Ümumi prinsiplərə aşağıdakılar aiddir:
-beynəlxalq nəqliyyat münasibətlərində dövlətlərin suveren bərabərliyi
prinsipi;
-dövlətlərin qarşılıqlı əməkdaşlıq prinsipi;
-dövlətlərin öz üzərinə götürdükləri öhdəliklərin vicdanla yerinə yetirməsi
prinsipi və s.
Beynəlxalq nəqliyyat hüququnun xüsusi prinsiplərinə isə aşağıda
göstərilənlər aiddir:
-təqsirə görə məsuliyyət prinsipi;
-məhdud məsuliyyət prinsipi;
-nəqliyyat təhlükəsizliyinin təmin olunması prinsipi;
-nəqliyyat standartlaşdırılması prinsipi və s.
Beynəlxalq nəqliyyat hüququnun iki ənənəvi prinsipinə qısaca toxunaq:
təqsirə görə məsuliyyət prinsipi, məhdud məsuliyyət prinsipi.
Dostları ilə paylaş: |