Mühazirə Fənn: Nəqliyyat hüququ Müəllim Sərvərov Bəxtiyar


Dəmir yolu nəqliyyatı ilə daşımaların növləri



Yüklə 200,14 Kb.
səhifə23/46
tarix01.01.2022
ölçüsü200,14 Kb.
#103231
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   46
Dəmir yolu nəqliyyatı ilə daşımaların növləri
Dəmir yol nəqliyyat daşımaları hüququnun əsas və başlıca «işi» daşınma

prosesinin həyata keçirilməsi ilə bağlıdır. Daşınma isə müxtəlif növlərdə

ola bilər. O, ayrı-ayrı əlamətlərə görə müxtəlif növlərə bölünür.

Məkan baxımından dəmir yolu ilə daşınma iki yerə bölünür:

-daxili daşınma;

-beynəlxalq daşınma.

Yalnız eyni bir dövlətin ərazisində həyata keçirilən daşınmaya daxili

daşınma deyilir. Məsələn, Bakı Dəmir Yolu ilə yük Yevlax şəhərinə çatdırılır.

Başqa bir misalda, şəxs dəmir yolu ilə Moskvadan Qazan şəhərinə gedir.

Əgər daşınma xarici dövlətin ərazisi ilə bağlı olarsa, ona beynəlxalq

daşınma deyilir. Beynəlxalq daşınma dedikdə iki və daha çox dövlət arasında

yük və sərnişinlərin dəmir yolu ilə daşınması başa düşülür. Məsələn, yük Bakı

şəhərindən Moskva şəhərinə daşınır.1

Daşınma prosesinin həyata keçirilməsində iştirak edən nəqliyyat

müəssisəsinə görə dəmir yolu ilə daşınmaların üç növü fərqləndirilir:2

-yerli daşınmalar;

-birbaşa daşınmalar;

-birbaşa qarışıq daşınmalar.

Yalnız bir dəmir yolu nəqliyyat təşkilatı (müəssisəsi) tərəfindən həyata

keçirilən daşınmaya yerli daşınmalar deyilir. Məsələn, Bakı Dəmir Yolu ilə

yük Gəncəyə daşınır. Başqa bir misalda, yük Sankt-Peterburq şəhərindən

Nijni-Novqorod şəhərinə çatdırılır.

Birbaşa daşınmalar dedikdə eyni bir nəqliyyat sənədi (dəmir yolu qaiməsi)

əsasında bir neçə dəmir yolu nəqliyyatı müəssisəsinin iştirakı ilə həyata keçirilən

daşınmalar başa düşülür. Məsələn, yük eyni bir qaimə əsasında bir neçə dəmir

yolu nəqliyyatı müəssisəsinin vasitəsi və iştirakı ilə Moskvadan Vladivostoka

daşınır.

Birbaşa qarışıq daşınmalar dedikdə eyni bir nəqliyyat sənədi əsasında

dəmir yolu nəqliyyatı müəssisəsinin iştirakı ilə müxtəlif növ nəqliyyat

müəssisələri tərəfindən həyata keçirilən daşınma başa düşülür. Məsələn, yük

qaimə əsasında dəmir yolu ilə Xarkovdan Odessaya, Odessadan isə dəniz

nəqliyyatı ilə Batumiyə daşınır.

Daşınmanın obyektinə görə dəmir yolu ilə daşınmaların üç növü

fərqləndirilir:

-dəmir yolu ilə yük daşınması;

-dəmir yolu ilə sərnişin daşınması;

-dəmir yolu ilə baqaj daşınması.

Əgər daşımanın obyekti yükdən ibarət olarsa, ona dəmir yolu ilə yük

daşınması deyilir. Məhz daşımanın bu növü xalq təsərrüfatının və iqtisadiyyatın

inkişafı üçün böyük rol oynayır. Dəmir yolu ilə, əsasən, xalq təsərrüfatı üçün və

dövlət əhəmiyyətli yüklər daşınır.

Əgər daşımanın obyektini sərnişinlər təşkil edərsə, bu növ daşınmaya

sərnişin daşınması deyilir. Sərnişinlərin təyinat yerinə, mənzil başına

çatdırılmasında dəmir yolu nəqliyyatı önəmli vasitələrdən biri sayılır. Sərnişin

dövriyyəsinin təmin olunmasında onun rolu böyükdür.

Baqaj daşınmalarının obyekti rolunda isə baqaj çıxış edir. Daşınmanın bu

növü ilə sərnişinlərin şəxsi, məişət və s. məqsədləri üçün lazım olan predmetlərin

(əşyaların) təyinat yerinə çatdırılması təmin edilir.

Dəmir yolu nəqliyyatında çarter tətbiq edilmir. Bu nəqliyyat növü ilə

çarter daşımaları həyata keçirilmir.



Yüklə 200,14 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin