Təqsirə görə məsuliyyət prinsipinə görə, daşıyıcı yalnız təqsiri olduqda
məsuliyyət daşıyır. «Əgər təqsir varsa, onda məsuliyyət də mövcuddur» kimi
ideya həmin prinsipin mahiyyətini təşkil edir.
Təqsirə görə məsuliyyət prinsipi beynəlxalq nəqliyyat sazişlərinin
əksəriyyə-tində formulə edilmişdir. Bu sazişlərdə göstərilir ki, yalnız təqsiri
olduqda daşıyıcı-nın üzərinə məsuliyyət düşür. Həmin prinsip hava daşımalarına
həsr olunmuş Varşava Konvensiyasında, avtomobil nəqliyyatı ilə beynəlxalq
yük daşımalarına aid BYDM konvensiyasında. KOTİF-də, MDB ölkələri
arasında dəmir yolu daşımalarını tənzimləyən müvafiq sazişdə daha aydın
şəkildə ifadə olunmuşdur.
Bəzən, bu prinsipin tətbiqi məhdudlaşır, yəni daşıyıcı təqsirdən asılı
olmaya-raq məsuliyyət daşıyır. Təqsirdən asılı olmayaraq məsuliyyətə hüquq
ədəbiyyatında obyektiv məsuliyyət deyilir. Məsələn, beynəlxalq hava
daşımalarına aid olan Qvatemala Protokolu (1971-ci il), Monreal Protokolu
(1975-ci il) və Monreal Konvensiyası (1999-cu il) məhz obyektiv məsuliyyət
prinsipindən çıxış edir.
Beynəlxalq nəqliyyat hüququnun ikinci ənənəvi prinsipi məhdud məsuliyyət prinsipidir. Bu prinsipə görə, daşıyıcının məsuliyyəti beynəlxalq nəqliyyat konvensiyaları ilə müəyyənləşdirilmiş limit həddində məhdudlaşdırılır. Lakin Varşava Konvensiyasına görə, əgər hava daşıyıcısı qərəzli (qəsdən) hərəkətlər edərsə, o, məhdud deyil, qeyri-məhdud məsuliyyət daşıyır. Monreal
Konvensiyası da (1999-cu il) daşıyıcının təqsiri olduğu hallarda onun qeyri-
məhdud məsuliyyət daşıması barədə gös əriş ifadə edir.
Dostları ilə paylaş: |