15.Daşıma beynəlxalq-hüquqi tənzimi
Dəniz daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi
Beynəlxalq nəqliyyat hüququ, qeyd etdik ki, bir neçə institutdan idarətdir:
beynəlxalq dəniz daşımaları hüququ həmin institutlardan biridir; bu
institutun köməyi ilə dəniz daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi həyata keçirilir.
Həmin institutua daxil olan normalar dəniz nəqliyyatı sahəsində bağlanmış
beynəlxalq sazişlərdə cəmlənmişdir. Konosamentə aid bəzi qaydaların
unifikasiyası üçün Brüssel Konvensiyası (1924-cü il) həmin sazişlərdən biridir; bu
Konvensiya dənizlə müntəzəm (konosament) daşımaların təşkili üçün vacib
əhəmiyyətə malikdir; o, dənizlə qeyri-müntəzəm (tramp) daşımalara tətbiq
olunmur. Bildiyimiz kimi, xarici ticarət yüklərinin təyinat yerinə çatdırılmasının
əsas vasitəsi olan dəniz nəqliyyatında daşımalar iki formada həyata keçirilir:1
-müntəzəm (konosament) daşımalar;
-qeyri-müntəzəm (tramp) daşımalar.
Brüssel Konvensiyası ilə məhz müntəzəm (konosament) daşımalar
tənzimlənir. Bu Konvensiya aşağıdakıları müəyyən edir:
-konosamentin rekvizitlərini;
-daşıyıcıya pretenziya vermək qaydasını;
-daşıyıcının məsuliyyətini.
Dostları ilə paylaş: |