Dənizlə yük daşımaları haqqında BMT Konvensiyası (1978-ci il) beynəlxalq dəniz daşımalarına aid olan çoxtərəfli konvensiyalardan biridir; ona Hamburq Qaydaları da deyilir. Hamburq Qaydalarının tətbiq sferası Brüssel
Konvensiyası ilə müqayisədə daha genişdir. Belə ki, o, nəinki konosament
daşımalarına, həmçinin beynəlxalq dəniz daşımalarının bütün növlərinə tətbiq
olunur; onun tənzimetmə predmetinə heyvan və göyərtə yüklərinin daşınması
da daxildir.
Hamburq Qaydaları daşıyıcının mənsubiyyətini müfəssəl şəkildə tənzimləyir; həm də o, yükün salamat (olduğu kimi) qalmamasına görə daşıyıının
məsuliyyət həddini artırır. Konvensiya təqsirə görə məsuliyyət prinsipindən çıxış
edir. Daşıyıcı həm də naviqasiya səhvinə (gəmiçilik elmində və ya gəminin idarə
edilməsində kapitanın yol verdiyi səhvə) görə məsuliyyət daşıyır; belə
məsuliyyətə görə, Brüssel Konvensiyasında, bildiyimiz kimi, məsuliyyət nəzərdə
tutulmur.
Dənizlə sərnişin və onların baqajının daşınması haqqında Afina Konvensiyası (1974-cü il) dəniz nəqliyyatı sahəsində bağlanan çoxtərəfli sazişlərdən biridir;
adından göründüyü kimi, bu Konvensiya sərnişinlərin və onların baqajlarının
daşınması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Konvensiyanın ən mühüm
cəhəti ondan ibarətdir ki, o, dənizlə beynəlxalq daşımalara aid əvvəllər mövcud
olan hüquq normalarının əksəriyyətini özündə birləşdirir.1
Azərbaycan Respublikası nə Brüsel Konvensiyasının, nə Hamburq
Qaydalarının, nə də Afina Konvensiyasının iştirakçısıdır. Lakin buna
baxmayaraq, həmin beynəlxalq konvensiyaların əsas müddəaları Azərbaycan
Respublikasının daxili (milli) qanunvericiliyində öz normativ ifadəsini
tapmışdır.
Dəniz nəqliyyatı sahəsində çoxtərəfli beynəlxalq konvensiyalardan başqa,
ikitərəfli sazişlər də bağlanmışdır ki, onların köməyi ilə beynəlxalq dəniz
daşımalarının ikitərəfli əsasda beynəlxalq-hüquqi tənzimlənməsi həyata keçirilir.
Azərbaycan Respublikası ticarət gəmiçiliyi sahəsində bir sıra ölkə, məsələn,
Gürcüstanla (1996-cı il), Türkiyə ilə (1997-ci il) və Ukrayna ilə (1999-cu il)
ikitərəfli saziş bağlamışdır.
Dostları ilə paylaş: |