Mühazirə Fənn: Nəqliyyat hüququ Müəllim Sərvərov Bəxtiyar


Beynəlxalq su (çay) daşımalarının hüquqi tənzimlənməsi



Yüklə 200,14 Kb.
səhifə45/46
tarix01.01.2022
ölçüsü200,14 Kb.
#103231
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   46
Beynəlxalq su (çay) daşımalarının hüquqi tənzimlənməsi
Beynəlxalq daşımalar həm də beynəlxalq çaylardan istifadə etməklə yerinə

yetirilir. Beynəlxalq çaylar dedikdə dünya okeanının dənizləri ilə bağlı olan, iki

və daha çox dövlətin ərazisini bölən (ərazisindən keçən) çaylar başa düşülür; belə

çaylar sahilboyu dövlətlərin və ya bütün digər dövlətlərin ticarət gəmilərinin

naviqasiyası üçün açıqdır.

Beynəlxalq su (çay) daşımaları beynəlxalq çayların vasitəsilə həyata

keçirilir;ən azı iki dövlətin ərazisində beynəlxalq çayların vasitəsilə yerinə

yetirilən daşımalara beynəlxalq su (çay) daşımaları deyilir. Bu növ daşımalar

sahilyanı dövlətlər arasında bağlanan çoxtərəfli sazişlərin əsasında tənzimlənir;

həmin sazişlərin əsas məqsədi beynəlxalq çayların ticarət gəmiçiliyi üçün istifadə

rejimini müəyyənləşdirməkdən ibarətdir. Onlar çay gəmilərinin hərəkət

təhlükəsizliyinin təmin olunmasına, sahilyanı dövlətlərin çay ətrafında olan

obyekt və qurğularından istifadə edilməsinə, belə istifadənin kommersiya

şərtlərinə, ekologiya məsələlərinə və s. aid normalar nəzərdə tutur.

Avropada beynəlxalq su (çay) daşımaları, əsasən, iki beynəlxalq çayın

vasitəsilə həyata keçirilir: Reyn çayı, Dunay çayı. Reyn çayı ilə beynəlxalq

daşımalar Reyn üzrə gəmiçilik haqqında Konvensiya (1868-ci il), Dunay çayı ilə

beynəlxalq daşımalar isə Dunayda gəmiçiliyin rejimi haqqında Konvensiya ilə

(1948-ci il) tənzimlənir.

Beynəlxalq su (çay) daşımaları həm də aşağıda göstərilən beynəlxalq-hüquqi

sənədlərlə tənzimlənir:

-Su nəqliyyatının və beynəlxalq göllərin istifadəsinə və qorunmasına dair

Konvensiya (1992-ci il);

-Beynəlxalq əhəmiyyətli vacib çay yolları haqqında Avropa Sazişi (1996-cı

il)

-Təhlükəli yüklərin çaylarla beynəlxalq daşınması haqqında Avropa Sazişi



-Çayla yük daşınması müqaviləsi haqqında Budapeşt Konvensiyası və s.

Beynəlxalq su (çay) daşımaları həm də ikitərəfli sazişlərlə tənzimlənir. Bu

növ daşımaların tənzimlənməsində çoxtərəfli sazişlər əsas rol oynayır. Belə ki, beynəlxalq çaylar, adətən, ikidən çox dövlətin ərazisindən keçir. Təbii ki, həmin

dövlətlərlə sahilyanı dövlətlər öz aralarında çoxtərəfli beynəlxalq saziş

bağlamaqla beynəlxalq su (çay) daşımalarının hüquqi tənzimlənməsini həyata

keçirirlər. Məsələn, 1955-ci ildə sahil dövlətləri Dunay çayı ilə yük daşınmasının

ümumi şərtləri barədə, 1978-ci ildə Dunay çayı ilə konteyner daşımaları

haqqında, 1979-cu ildə beynəlxalq yük tariflərinə dair müvafiq çoxtərəfli sazişlər

bağlamışdır.

Beynəlxalq su (çay) daşımaları ilə bağlı dövlətlərarası münasibətləri

tənzimləyən hüquq normalarının məcmusu beynəlxalq su (çay) daşımaları

hüquq institutu adlanır; o, beynəlxalq nəqliyyat hüququnun institutlarından

biridir.

Qeyd etməliyik ki, beynəlxalq su (çay) daşımaları, əsasən, Avropada həyata

keçirilir; beynəlxalq su (çay) yolları, başlıca olaraq, bu qitədə inkişaf etmişdir.

Belə ki, Avropada inkişaf etmiş nəqliyyat infrastrukturuna malik olan çay və

kanallar şəbəkəsi mövcuddur.


Yüklə 200,14 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin