Azərbaycanda sosial siyasət tarixi ənənələri və müasir nəzə - riyyələri nəzərə almaqla həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş vətəndaşların geniş sosial hüquqları əhatəli sosial siyasətin işlənib hazırlanmasının əsasını təşkil etmişdir. Həyata keçirilən sosial siyasətin əsas məqsədləri əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi və ədalətli əmək haqqı sisteminin yaradılması, etibarlı sosial müdafiə sistemi, o cümlədən aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi sahəsində xüsusi layihələrin həyata keçirilməsi, təhsil və səhiyyənin dövlət tərəfindən maliyyələşdirilməsi və s. ilə səciyyələnir. ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün olmuş 1 milyona yaxın vətəndaşın tələbatlarının ödənilməsi, mənzillərlə təminatı Azərbaycanın sosial siyasətinin xüsusi cəhətidir. Həyata keçirilən iqtisadi islahatlar və ölkənin iqtisadi imkanlarının genişlənməsi dövlətin sosial xərclərə daha çox vəsait ayırmasını mümkün etmişdir ki, bu da nəticə etibarilə Azərbaycanda sosial dövlət modelinin qərarlaşmasına etibarlı zəmin hazırlayır.