Qeyri-demokratik rejimlərdən demokratik rejimlərə keçid 20-ci yüzilliyin ikinci yarısı bəşər sivilizasiyasının inkişafında yeni bir proseslə - dünyanın ayrı-ayrı regionlarında mövcud olan avtoritar siyasi rejimlərin bir-birinin ardıca demokratik rejimə transformasiya edilməsi ilə səciyyələnir. 2-ci dünya müharibəsi dəhşətlərinin faşizmin və Stalin sisteminin insanlıq əleyhinə törətdikləri cinayətlərin şahidi olan bəşəriyyət vəziyyətdən çıxmağın yeganə yolunu, haqlı olaraq, insana zidd cəmiyyətin varlığına son qoymaq və demokratik idealı dünyanın bütün bölgələrində bərqərar etməkdə tapdı. Bununla əlaqədar olaraq siyasi elmdə demokratik rejimə keçidin nəzəri əsaslarını işləyib hazırlamaq problemi ortaya çıxdı.
Qeyd etmək lazımdır ki, modernləşdirmə prosesi ilk dəfə M.Veberin ictimai münasibətlərin rasionallaşdırılması adlanan nəzəriyyəsində öz tam şərhini tapmış və sonradan politoloqlar tərəfindən üç əsas səpgidə nəzərdən keçirilmişdir: qabaqcıl ölkələrə çatmaq məqsədini güdən inkişaf; radikal islahatlar; üçüncü ölkə, habelə cənub-şərqi Avropa ölkələrində mövcud olan Avropa nümunə - lərinə əsasən hərəkət etmək. Buradan çıxış edən D.Rostou demok - ratiyaya keçid nəzəriyyəsini işləyib hazırlamış və burada həmin prosesin aşağıdakı əsas mərhələlərdən ibarət olduğunu əsas landır - mışdır: hazırlıq mərhələsi, qərarların qəbul edilməsi mərhələsi adaptasiya mərhələsi. Bu zaman belə bir cəhəti nəzərə almaq lazımdır ki, sivilizasiyanın hazırkı inkişaf səviyyəsi avtoritar rejimlərin transformasiyası zamanı keçmiş cəmiyyətin inqilabi yolla inkar edilməsi yolunu qəbul etmir və belə bir fikri əsas tutur ki, (Portuqaliyada 1974-cü il aprel inqilabı istisna edilməklə) inqilablar bir qayda olaraq, demokratizmə gətirib çıxarmır və əksər hallarda antidemokratik rejimlərin qurulması ilə nəticələnir. Bir sıra ölkələrin, o cümlədən Yunanıstan, İspaniya, Braziliya, Argentina, Uruqvay, Çili və Boliviyanın təcrübəsi sübut edir ki, yalnız tədrici inkişaf, ictimai münasibətlərin tədricən dəyişdirilməsi əsl demokratiyanın bərqərar olmasını təmin edə bilir. Adları çəkilən dövlətlərin təcrübəsindən məlum olur ki, demokratik rejimə keçid əsas etibarilə bir neçə formada həyata keçirilə bilir. Bunlardan birincisi "yuxarıdan" həyata keçirilən islahatlar yoludur. Özü-özlüyündə mütərəqqi olan bu yol, təəssüf ki, təcrübədə həmişə uğurlu olmur. Bunun başlıca səbəbi islahatları keçirən rəhbərin öz hərəkətlərində ardıcıl olmamasıdır. Belə ki, çox zaman dövlət başçısı rejimin demokratik olmasını istəyir və ona doğru can atır, lakin bu zaman özü hakimiyyətdən getmək istəmir. Bu isə əksər hallarda mümkün omur (Bununla əlaqədar olaraq, N.S.Xruşşovu və M.S.Qorbaçovu müqayisə edin).
Dostları ilə paylaş: |