Patriarxal siyasi mədəniyyət onunla fərqlənir ki, cəmiyyət üzvləri tərəfindən siyasi sistemə, onun fəaliyyət üsul və metodlarına, habelə siyasi idarəçiliyin nəticələrinə heç bir maraq göstərilmir.
Təbəəçi siyasi mədəniyyətin xüsusiyyəti ondadır ki, cəmiyyət üzvlərində siyasi hakimiyyətə, onun fəaliyyətinin nəticələrinə müəyyən maraq var, çünki onlar öz mənafelərinin reallaşması ilə həmin fəaliyyətin arasında əlaqə olduğunu dərk edirlər. Lakin siyasi sistemin fəaliyyətində iştirakçılıq meyili təbəəçi siyasi mədəniyyətdə həlledici movqeyə malik deyildir;