Politologiya idarəetmə funksiyasını yerinə yetirir. Siyasi inkişafın meyllərini və istiqamətlərini göstərən politologiya səmərəli siyasi rəhbərliyi həyata keçirmək və sosial prosesləri idarə etmək üçün konkret informasiya və tövsiyələr verir. Bunlar həm insanların obyektiv həyat fəaliyyəti şərtlərini, həm də subyektiv amilləri: siyasi motivləri, məqsədləri, mənafeləri, ideoloji təsəvvürləri, arzu və niyyətləri və i.a. əhatə edir. Deyilənlərdən əlavə, politologiya ideoloji, dünyagörüşü, maarifçi və s. funksiyaları yerinə yetirir.