CASE texnologiyası mürəkkəb informasiya sistemlərinin yaradılmasında tətbiq edilir. Buraya tətbiq sahəsinin təhlili, verilənlər bazasının layihələşdirilməsi, proqramlaşdırma və informasiya sisteminin istismarı daxildir. Bu texnologiyanın instrumental vasitələri informasiya texnologiyalarının bütün sahələrində tətbiq edilir. CASE texnologiyası - informasiya sistemlərinin layihələndirilməsinin avtomatlaşdırilması vəsaitləri texnologiyasıdir.CASE texnologiyası hazırda informatikanın ən dinamik inkişaf edən sahəsidir. Appelication Development Worskbench, B.Pvin, CDE Tods Clear Case, Compresor və s. sistemlər CASE texnologiyasına aiddir.
Müasir CASE texnologiyaları banklar, maliyyə korporasiyaları və ən iri firmalar üçün informasiya sistemlərinin yaradılmasında tətbiq edilir. Onların qiyməti adətən baha olur və öyrənilməsi xeyli vaxt tələb edir. Lakin onların tətbiqi iqtisadi cəhətdən sərfəlidir.
Dostları ilə paylaş: |