Mühazirə Fənnin tədrisinin məqsədi və vəzifələri. Proqram təminatı ( 2 saat) Mühazirə 2


Üsulyönlü tətbiqi proqram paketləri-



Yüklə 3,24 Mb.
səhifə19/75
tarix01.01.2022
ölçüsü3,24 Mb.
#102831
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   75
Üsulyönlü tətbiqi proqram paketləri- riyazi-iqtisadı məsələlərin müəyyən üsullarla həllini reallaşdırır. Buraya aşağıdakı tətbiqi proqram paketləri aiddir:

1) riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s.)

2) şəbəkəli planlaşdırma və idarəetmə;

3) kütləvi xidmət nəzəriyyəsi;

4) riyasi statistika

Bu paketlərə misal olaraq fərdi kompüterlərdə reallaşdırılan Math Cad, Matlab, Derive, TK Solver, Mathematica, Maple, Simplex, Stats Network proqramlarını göstərmək olar.

Tətbiqi proqram paketlərinin çox geniş yayılmış sinfi problemyönlü paketlərdir. Təcrübi olaraq, elə bir tədqiqat sahəsi yoxdur ki, burada heç olmasa bir problemyönlü paket olmasın. Onlar elə proqram məhsullarıdır ki, burada hər hansı sahənin konkret məsələsi həll olunur.

Problemyönlü tətbiqi proqram paketləri sənaye, qeyri-sənaye və xüsusi sahələrdə tətbiq üçün nəzərdə tutulur.

Sənaye sahələri üçün problemyönlü tətbiqi proqram paketləri aşağıdakı xüsusiyyətlərə malikdir:

1) yalnız istehsalı mükəmməl üsullarla planlaşdırmaq deyil, həmçinin iş planının (ehtiyatların idarə edilməsi, müştəri sifarişləri və s.) yerinə yetirilməsinə nəzarət texnoloji xəritənin tətbiqi, maliyyə və əmək ehtiyatlarının idarə edilməsi bir sıra «qeyri-istehsal» funksiyalarının servis xidməti, hazır məhsulun və marketinqin paylanmasına nəzarət funksiyalarını da yerinə yetirir.

2) onlar kliyent-server arxitekturu, çoxməsələli, çoxistifadəçili əməliyyat sistemləri və relyasiya verilənlər bazası əsasında, yaradılır, qrafiki istifadəçi interfeysinə malik olur və CASE texnologiyası geniş istifadə olunur.

3) müxtəlif tip istehsalı nəzərə alır.

Qeyri-istehsal sahələri üçün problemyönlü tətbiqi proqram paketlərin material istehsalı ilə bağlı olmayan obyektlərin (bank, birja, ticarət və s.) fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulur.

Ayrı-ayrı istehsalat sahələri üçün tətbiqi proqram paketləri mühasibat işləri, maliyyə menecmenti, hüquq sistemi və s. üçün nəzərdə tutulur.

Müasir mühasibat sistemlərinin tətbiqi proqram paketləri Windows əməliyyat sistemi mühitində işləyir və lokal şəbəkələr üçün nəzərdə tutulmuşdur. Firmaların elektron ofisi bu tip proqramlara əsaslanır. Hüquq sistemində deyilən tip paketlər böyük həcmli qanunların işlənməsi üçündür.


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin