Mühazirə Fənnin tədrisinin məqsədi və vəzifələri. Proqram təminatı ( 2 saat) Mühazirə 2



Yüklə 3,24 Mb.
səhifə4/75
tarix01.01.2022
ölçüsü3,24 Mb.
#102831
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   75
Sistem PT-nin komponentləri .

Sistem PT-nin komponentləri bunlardır:

əməliyyat sistemləri (ƏS),

xidməti proqramlar,

proqramlaşdırma dillərinin translyatoru,

texniki xidmət proqramları və s. ibarətdir.

Əməliyyat sistemi kompüteri idarə edən, kompüterin qurğularını bir-birinə bağlayan, kompüterlə istifadəçi arasında əlaqə yaradan proqramlar toplusudur. Misal üçün: MS-DOS, Windows 95/98/NT/XP/2000/2003, Linux, Unix və s.

Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edib, onun vacib element­lərindən biridir. Əməliyyat sistemi kompüter işə düşərkən yerinə yetirilməyə başlayır. Kom­pü­terin bütün hissələrinin işləməsini təmin edir, informasiyanı idarə edir. Əməliyyat sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.

Onların əsas funksiyalarında biri informasiyanın daxiletmə - xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramların idarə edilməsidir. Əməliyyat sistemləri lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir. Onlar icra etdiyi funksiyalara görə üç qrupa bölünür:

1) bir məsələli (biristifadəçili);

2) çoxməsələli (çoxistifadəçili);

3) şəbəkə.

Birməsələli əməliyat sistemləri - müəyyən anda kompüter bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip əməliyyat sistemlərinin nümayəndəsi Microsoft firması tərəfindən yaradılmış Disk əməliyyat sistemidir (MS DOS).

Çoxməsələli əməliyyat sistemləri- kompüterləri multiproqram rejimində vaxt bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip əməliyyat sistemlərinə UNİX, OS/2, Windows 95/98, Windows XP və s.-ni misal göstərmək olar.

Şəbəkə əməliyyat sistemləri - lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraciətini təmin edir. Şəbəkə proqram təminatı paylanmış hesablama şəbəkəsinin resurslarını idarə edir. Bu əməliyyat sistemlərinə Nowel Net Ware, Windows NT, Banyan Vines, İBM LAN, UNİX, Solaris, Windows 2000, Windows for Workgroup və s. daxildir.

ƏS-nin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını yaxşılaşdırır. Bu proqramlar kom­püterin aparat hissəsinin işinə nəzarət etməyə, nasazlıqları aşkarlamağa, onların harada baş verdiyini müəyyənləşdirməyə, ƏS-nin nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından (disklərdən və viçesterdən) əməli yaddaşa yükləməyə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları arasında əlaqə yaratmağa, diskləri formatlaşdırmağa və s. imkan verir.


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin