Mühazirə Fənnin tədrisinin məqsədi və vəzifələri. Proqram təminatı ( 2 saat) Mühazirə 2



Yüklə 3,24 Mb.
səhifə52/75
tarix01.01.2022
ölçüsü3,24 Mb.
#102831
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   75
Mühazirə 13.

Matlab paketinin tətbiqi ilə məsələlərin həlli ( 2 saat)

1.Matlab sistemində proqramlaşdırma metodikası.

2.Matlab sisteminin operatorları. Proqramın strukturu. Dilin əsas operatorlan. Mənsubetmə operatoru. Daxiletmə və xaricetmə operatorları. Şərt operatoru.
Matlab paketi Math Works kompaniyası tərəfindən 90-cı illərdə yara­dılmışdır. Matlab aşağıdakı tədqiqat problemlərini həll etmək üçüh istifadə olunur: matris analizi; siqnal və təsvirlərin işlənməsi; riyazi fizika məsə­lələri; optimallaşdırma məsələləri; verilənlərin emalı və vizual şəklə salın­ması; kartoqrafik təsvirlərlə iş; neyron şəbəkələri; qeyri-aşkar məntiq və s.

Matlabın xüsusi proqram vasitələri Toolbox paketində olur və matlab tərəfindən seçilərək istifadə olunur. Simulink paketi standart blanklardan ibarət qeyri-xətti dinamik sistemlərin modelləşdirilməsi üçündür. PDF –elektron kitablar Matlab haqqında nəzəri məlumatlar verir.

Matlab Microsoft Word və Excel ilə əlaqəli şəkildə işləyə bilir. Nəticədə Word redaktorunda M-kitab adlanan sənədlər yaratmaq mümkün olur. Bu sənədlərin daxilindən birbaşa Matlabı işə qoşmaq mümkündür. Matlabla birgə verilən Excel Link proqramı Excel sistemindən Matlaba müraciət etməyə imkan verir. Maple paketi simvolik hesablamaları yerinə yetirir. Matlabda Microsoft Access, Microsoft SQL, serever, Orance və s. ilə əlaqə yaratmaq mümkündür. GUİLDE təsvir mühiti qrafik interfeysin köməyi ilə əlavələr yaratmağa kömək edir.

Matlab interpretatordur, proqramın hər sətrini koda çevirir və sonra onu həll edir. Məhsuldarlığı artırmaq üçün Matlab Compiler modulu ilə proqramı kompilyasiya etmək mümkündür.

APİ – proqram interfeysi Fortran və C dillərində yazılmış proqramlarla işləməyə imkan verir.

Nümayiş proqramını işə salmaq üçün “>>” - əmrlər sətrində demo əmri verilir. Ekrana çıxan MATLAB Demo Windows pəncərəsinin sol tərəfində Matlabın bölmələrinin adları görünür. Bunlar aşağıdakılardır:




Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin