1) Signal Prosessing Toolbox – siqnalların tədqiqatı və emalı üçündür. Bu bölmənin aşağıdakı funksiyaları vardır:
siqnalların yaradılması, importu və eksportu;
sonlu və sonsuz impuls xüsusiyyətli filtrlərin yaradılması, tədqiqi və istifadəsi;
siqnalların spektral təhlili və emalı;
xətti sistemlərin modelləşdirilməsi.
2) İmage Prosessing ToolBox - təsvirlərin ədədi emalı və təhlili üçündür. Bu bölməyə aşağıdakı funksiyalar aiddir:
- qrafik informasiyanın importu, eksportu;
- həndəsi əməliyyatlar – ölçülərin dəyişməsi, döndərmə və s.;
- təsvir haqqında statistik informasiya almaq;
- informasiyanın təhlili intensivliyin sərhəddi və s.-nin müəyyənləşdirilməsi;
- təsvirlərin emalı – kontrastlığın dəyişməsi, filtrlərin tətbiqi;
- xətti filtrlərin hazırlanması;
- diskret çevrilmələr –Furye çevrilməsinin cəld yerinə yetirilməsi;
- qonşu elementlərlə əməliyyatlar;
- rənglərin çalarları ilə iş;
- təsvirin tiplərinin çevrilməsi.
Dostları ilə paylaş: |