SADƏ HESABLAMALAR
Matlab 6.x sisteminin işçi mühitinə aşağıdakılar daxildir:
- menyu;
- tərkibində düymələr və açılan siyahılar olan alətlər lövhəsi;
- ToolBox-un müxtəlif modullarına müraciət etməyə imkan verən Launch Pad və Workspace pəncərələri;
- köhnə əmrlərə baxmaq, onları təkrar çağırmaq, cari kataloqu müəyyən etmək və s. üçün Command History və Current Directory pəncərələri;
- əmrlər pəncərəsi;
- cari vəziyyəti göstərən sətir.
Əgər Matlab 6.x –in işçi mühitində bəzi pəncərələr yoxdursa, onda View menyusunda uyğun bəndlər seçilməlidir: Command Window, Command History, Current Directory, Workspace, Launch Pad.
Hesab əməlləri:
Hesab əməlləri (toplama, çıxma, vurma, bölmə) əmrlər sətrinə klaviaturadan yazılıb daxil edildikdə dərhal yerinə yetirilir və ans= sözündən sonra cavab çıxır:
Əməliyatı davam etdirmək olar:
>> ans/4.5
0.6677
>> 1 + 2
ans =
3
Dostları ilə paylaş: |