Mühazirə Fənnin tədrisinin məqsədi və vəzifələri. Proqram təminatı ( 2 saat) Mühazirə 2



Yüklə 3,24 Mb.
səhifə61/75
tarix01.01.2022
ölçüsü3,24 Mb.
#102831
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   75
Işçi mühitin yadda saxlanılması
Matlabda işin nəticələrini yadda saxlamaq üçün File menyusundan Save Workspase Variables dialoq pəncərəsini aşmaq, faylın aid olduğu kataloqu və adını daxil etmək lazımdır. Əsas kataloq Work kataloqudur. Faylın adını tarixi ilə birlikdə vermək əlverişlidir. Məsələn,Work20-09-09. Bunun üçün əmrlər sətrindən >> save Work20-09-09 əmri də vermək olar. Bu zaman faylın genişlənməsi olan “.mat” sözünü yazmamaq olar. Bu faylı yükləmək üçün >> load Work20-09-09 əmrini vermək lazımdır.

“.mat” –fayllarında dəyişənlərin qiyməti 2-lik sistemdə saxlanılır. Buna görə də onlar başqa redaktorda açıldıqda ekranda görünmürlər.

Nəticələri mətn faylına yazmaq üçün dilary əmri ilə mətn faylının adını vermək mümkündür. Bundan sonra daxil edilən əmrlər həmin fayla yazılır. Misal:


>> dilary d20-09-09.txt

>> a1 = 3;

>> a2 = 2.5;

>> a3 = a1 + a2

a3 =

5.5000


>> save Work20-09-09

>> quit


hesablamalar yerinə yetirilir




  • verilənlər Work20-09-09 ikilik faylında saxlanılır

  • d20-09-09 iş jurnalı diskin mənbə kataloqunun Work kataloqunda saxlanılır və Matlab bağlanır.

Sonradan Matlabı açıb,

>>load Workd20-06-08 və ya >>load Workd20-06-08

əmri ilə həmin faylı açmaq olar.


Dəyişənlərin nəzərdən keçirilməsi
Matlabın işi zamanı istifadə olunmuş dəyişənlər haqqında məlumat almaq üçün Who və ya Whos əmrlərini vermək lazımdır. Məsələn,


>> whos

Name Size Bytes Class



a1 1 x 1 8 double array

a1 1 x 1 8 double array

a1 1 x 1 8 double array

Grand total is 3 elements using 24 bytes



>> who

a1 a2 a3

Matlabda bütün verilənlər massiv şəklində yadda saxlanılır. Bu misalda göstərilən a1 a2 a3 dəyişənləri ölçüsü 1 x 1 olan massıv­lərdir.




>> clear a1 a3

>> who


Your variables are:

a2
Yaddaşdan artıq dəyişənləri silmək olar. Bunun üçün clear əmrini vermək lazımdır.



Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin