Bir dəyişənli funksiyaların qrafiklərinin qurulması
Birdəyişənli y(x) = e-xsin 10 x , x ª [0, 1] funksiyasının qurulması məsələsinə baxaq. Aşağıdakı mərhələlər vardır:
1. x arqumentinin qiymətinin verilməsi;
2. y(x) funksiyasının qiymətindən ibarət y vektorunun qurulması;
3. qrafikin qurulması üçün plot əmrinin verilməsi.
Məsələn,
>> x = [0: 0.05: 1];
>> y = exp(-x) .* sin(10 * x);
>> plox(x, y)
Əmr yerinə yetirildikdən sonra
ekranda şəkil 1-dəki təsvir çıxır. İşçi
mühitdə funksiyanın qrafikini qurmaq
üçün eyni ölçülü (x və y) vektorları
təyin olunmalıdır. X massivi arqument,
y massivi isə funksiyanın qiymələridir.
Plot əmri (x(i), y(i)) nöqtələrini birləşdirir.
Onların miqyası avtomatik qoyulur (Şəkil 1).
Nöqtələri çox götürməklə qrafiki hamarlamaq olar.
Bir neçə funksiyanın qrafikini eyni koordinat sistemində vermək, onların rənglərini və xətlərin quruluşunu dəyişmək olar.
Məsələn,
>> x = [-1: 0.005: -0.3];
>> f = sin (x .^-2);
>> g = sin (1.2*x.^-2);
>> plot (x, f, x, g)
Bu misaldakı qrafiklər müxtəlif rəng-
lərlə çıxarılır. Rəngi və stili vermək
üçün (1-ci qrafiki bütöv qara xətlə,
2-ni nöqtə ilə) əmr belə yazıla bilər:
>> plot (x, f, ‘k-‘, x, g, ‘k:’)
Burada k –qara, - –bütöv, : - nöqtə-
lərlə deməkdir. (Şəkil 2).
Dostları ilə paylaş: |