r = solve(f1, f2, ..., fn, t1, t2, ..., tn) - əlavə t1, t2, …, tn arqumentləri təyin olunmalı dəyişənləri göstərir.
[r1, r2, …, rn] = solve(f1, f2, ..., fn, t1, t2, ..., tn) –həllin nəticələri r1, r2, …, rn simvolik dəyişənlərinə yazılır.
1.2. İnterpolyasiya 1) polyfit – bir dəyişənli cədvəl funksiyasına ən kiçik kvadratlar üsulu ilə verilmiş tərtibli çoxhədli ilə yaxınlaşma.
2) griddata – qeyri müntəzəm paylanmış üçölçülü verilənlərə requlyar şəbəkədə qurulmuş səth vasitəsi ilə yaxınlaşma.
ZI = griddata (x, y, z, XI, YI) – koordinatları (x(i), y(i), z(i)) olan nöqtədən keçən səthin ən yaxşı üsulla qurulması. x, y və z vektorlarında qeyri-müntəzəm paylanmış verilənlər yerləşir. XI və YI matrisləri müntəzəm şəbəkəni verir (onlar meshgrid vasitəsi ilə generasiya oluna bılər). Nəticə olaraq müntəzəm şəbəkənin düyünlərində interpolyasıya edilən funksiyanın qiymətlərindən ibarət olan ZI matrisi alınır.