10) laqnonlin – parametrləri qeyri-xətti seçilməsi.
11) optimget – minimallaşdırma və optimallaşdırma funksiyalarının işini təyin edən parametrlərin alınması.
12) optimset – minimallaşdırma və optimallaşdırmanı idarə edən parametrlərin verilməsi
13) quadprog – kvadratik proqramlaşdırma məsələlərinin həlli.
Mühazirə 14.
İnformasiya təhlükəsizliyinin təmini və arxivləşdirmə üsullari ( 2 saat)
1.İnformasiya təhlükəsizliyi məsələləri. İnformasiya təhdidlərinin təsnifatı. İnformasiya təhlükəsizliyi tədbirləri və onların təsnifatı.
2.İnformasiya təhlükəsizliyinin təmininin müasir üsulları. İnformasiyanın arxivləşdirilməsinin proqram vasitələri. Arxivləşdiricilərə qoyulan əsas tələblər və onlardan istifadə qaydaları.
Kütləvi kompüterləşmə, ən yeni İT-nın tətbiqi və inkişafı təhsil, biznes, sənaye istehsalı və elmi tədqiqatlar sahəsində irəliyə doğru hiss olunan sıçrayışa gətirib çıxarmışdır. Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuşdur. Bu cəmiyyətdə informasiya ən mühüm resurs və başlıca amil olmuşdur. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən müəyyən asılılıq qazanır. əsrdə vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması milli təhlükəsizliyin təmin olunması sistemində informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.
İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını aşağıdakı səbəblər şərtləndirir:
Müasir kompüterlərin hesablama gücünün kəskin artması və bununla eyni zamanda onların istismarının sadələşməsi;
Kompüterlərin və digər avtomatlaşdırma vasitələrinin köməyi ilə toplanan, saxlanan və emal edilən informasiyanın həcminin kəskin artması;
Hesablama resurslarına və verilənlər massivinə bilavasitə girişi olan istifadəçilər dairəsinin kəskin genişlənməsi;
Hətta minimal təhlükəsizlik tələblərinə cavab verməyən proqram vasitələrinin coşqun inkişafı;
Şəbəkə texnologiyalarının hər yerdə yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;
İnformasiya emalı sisteminin təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal Internet şəbəkəsinin inkişafı
İnformasiya təhlükəsizliyi dedikdə, informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun müdafiəliliyi nəzərdə tutulur.
İnformasiyanın müdafiəsi – informasiyanın təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir. Praktika bu informasiyanın və verilənlərin daxil edilməsi, saxlanılması və ötürülməsi üçün istifadə edilən resursların tamlığını əlyetənliyinin və ola bilsin ki, məxfiliyinin himayə edilməsi deməkdir.
İnformasiyanın müdafiəsinin məqsədi istehlakçı üçün informasiyanın tamlığı, əlyetənliyi və məxfiliyinin pozulması səbəbindən (idarəetmədə) itkilərin minimuma endirilməsidir.
Dostları ilə paylaş: |