Ekspert sistemləri- iqtisadi və sosial sahədə məntiqi və mütəxəssis təcrübələrinə əsasən evristik tip məsələlərin həll prosesində informasiya emalı vasitələrinə tələbat daima artır. Burada əsas ideya məsələsinin necə həll edilməsini təyin edən ciddi formalaşdırılmış alqoritmlərdən, tətbiq sahəsinin mütəxəssisləri tərəfindən biliklər bazasında toplanan qaydaları göstərməklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu tip məsələlərin həlli üçün ekspert sistemlərindən istifadə olunur.
Ekspert sisteminin əsasını qoyulan məsələsinin həlli üçün istifadə edilən formal qaydaları özündə birləşdirən biliklər bazası təşkil edir. Qaydalar adətən, səbəb və nəticəni əlaqələndirən, məntiqin sətirlər formasında verilən faktlararası münasibətlər kimi təsvir olunur. Ekspert sistemləri aşağıdakı məqsədlər üçün istifadə olunur:
1) obyektin vəziyyətinin interpretasiyası (izah);
2) obyektinin vəziyyətinin diaqnostikası;
3) obyektdə vəziyyətin proqnozu;
4) məqsədli planlaşdırma;
5) obyektin işinin pozulmasını aşkar etmək;
6) obyektin işini idarə etmək.
Ekspert sistemlərinin kompüterlərdə reallaşdırmaq üçün ekspert sisteminin örtüyü adlanan vasitədən istifadə olunur. İqtisadiyyatda tətbiq edilən ekspert sistemlərinin örtüyünə misal olaraq Exspert-Ease, tibbi diaqnostikada EMYCİN və s. göstərmək olar.
Dostları ilə paylaş: |