Mühazirə Fənnin tədrisinin məqsədi və vəzifələri. Proqram təminatı ( 2 saat) Mühazirə 2


Mühazirə 4. Mətn redaktorlarının təsnifatı ( 2 saat)



Yüklə 3,24 Mb.
səhifə29/75
tarix01.01.2022
ölçüsü3,24 Mb.
#102831
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   75
Mühazirə 4.

    1. Mətn redaktorlarının təsnifatı ( 2 saat)

1.Mətn redaktorları və onların inkişaf mərhələləri. MS Word mətn redaktoru və onun işçi stolu.

2.MS Word mətn redaktoru, işçi pəncərəsi. MS Word mətn redaktorunun menyularının ümumi təyinatı və onların təyinatı.

4.1. Mətn redaktorları. Ms Word mətn redaktoru, işçi pəncərəsi, menyuları
Kompüterlərin yarandığı ilkin dövrlərdən başlayaraq digər məsələlərin həlli ilə bərabər hər bir müəssisənin fəaliyyətində mühüm əhəmiyyətə malik sənədləşmə ilə əlaqədar mətnlərin yığılmasının proqram vasitələrinin yaradılması üzərində iş aparılırdı. Yaradılan redaktorlarda müxtəlif əlifbalar, şriftlər və işarə­lərin (hərf, rəqəm və digər işarələrin) müxtəlif parametrlərinin təyin olunması imkanlarına malik deyildi. Məhz bunu nəzərə alaraq Windows proqram örtüyü yarandığı vaxtdan mətnlərin yığılması, onlar üzərində müxtəlif əməliyyatların aparılması üçün mətn redaktoru olan Word mətn redaktoru istifadəyə verildi. Bu redaktor Windows əməliyyatlar sisteminin inkişafına və yeni versiyalarının yaradılmasına uyğun olaraq yeni imkanların əlavəsi ilə təkmilləşdirildi. Eyni zamanda Word mətn redaktoru Windows əməliyyatlar siste­minin Offis proqramı kimi mübadilə, müxtəlif proqramların əlaqəli işləməsi, müasir tələbatlara uyğun xüsusiyyətləri də özündə cəmləşdirdi.

Mıcrosoft Word (əksər hallarda əməliyyat sistemini MS Word və ya sadəcə olaraq Word adlandırırlar) mətn redaktorudur və sadə formalı cədvəl-matritsa alqoritminin lokal tətbiqindən istifadə etməklə mətn sənədlərinin redaktə edilməsini və yaradılmış mətnə baxışın keçirilməsini həyata keçirir. Mətn redaktoru Microsoft Office paketinin tərkibində Microsoft şirkəti tərəfindən istehsal olunur. Redaktorun ilk versiyası 1983-cü ildə IBM PC kompüterləri üçün Riçard Brodi (Richard Brodie) tərəfindən (DOS – da istifadə edilməkdən ötrü) yazılmışdır. Sonrakı illərdə Apple Macintosh (1984-cü il), SCO UNIX və Microsoft Windows (1989-cu il) əməliyyat sistemləri üçün versiyalar istehsal edilir.

Texniki ədəbiyyatların əksəriyyətində Microsoft Word ün yaradıcıları proqramın yaradılmasına təkan verən və əsas rol oynayan Bravo original qrafik interfeysli mətn prosessoruna öz minnətdarlıqlarını daima bildirirlər. Bravo mətn prosessoru “Xerox PARC” tədqiqat mərkəzində yaradılmışdır. Bravo mətn prosessorunun yaradıcısı Çarlz Simoni (Charles Simonyi) PARC firmasini məlum olmayan səbəbdən 1981-ci ildə tərk edir.

Həmin ilin yayında Simoni Bravo mətn redaktoru üzərində tədqiqatlarını davam etdirən Brodi ilə proqramın üzərində birgə tədqiqat aparmaq üçün razılığa gəlir. 1983-cü ilin axırlarında MS DOS üçün Word mətn redaktorunun ilk buraxılışı baş tutur. Mətn redaktoru satış bazarında özünə tutarlı yer tuta bilmir. Buna səbəb o ərəfədə satış bazarında özünə lazımı səviyyədə yer tutmuş WordPerfect proqramı olur. Lakin 1985-ci ildə mətn redaktorunun Macintosh üçün hazırlanmış versiyası özünə geniş istifadəçi auditoriyası yarada bilir. Bu ərəfədə hazırlanmış və həddindən artıq səhvlərə malik olan Word-ün 3.0 versiyası tez bir zamanda aradan çıxarılır və əmələ gəlmiş səhvlər üzərində həcmli tədqiqatlar aparılır. İki ildən sonra istehsal olunan “Macintosh üçün Word 3.01” versiyası satış bazarında öz mövqeyini möhkəmləndirir.

1990÷1995-ci illərdə Windows üçün Word-ün birinci versiyası (1989-cu ildə istehsal olunan) Amerika Birləşmiş Ştatlarında 500 dollara satışa çıxarılır. Mətn redaktoru Microsoft şirkətinin bu sahədə düzgün istiqamət seçdiyini nümayiş etdirir. İstehsal olunan Windows əməliyyat sistemi həddindən çox əməliyyatları Macintosh əməliyyat sistemindən mənimsəməklə yanaşı müəyyən əməliyyatların və əmrlərin həyata keçirilməsindən ötrü klaviatura üzərindəki düymələr kombinasiyasından da (məsələn, faylın yaddaşa yazılması üçün [Ctrl]+[S] düymələrinin birgə sıxılması) tutarlı səviyyədə istifadə edirdi.

Əgər lazım gələrsə istifadəçi səhifənin formatını dəyişməklə yanaşı onun istiqamətini və digər parametrlərini nizamlaya bilər. Məsələn, A3 formatında hazırlanmış sənədi çap etmək üçün (əgər istifadəçinin uyğun printeri varsa) mütləq sənədə aid olan səhifələrin parametrlərini sazlamaq lazımdır. Səhifənin parametrləri Page Layout (Разметка страницы-Səhifə parametrləri) qoşmasındakı Page Setup (Параметры страницы-Səhifə qur) qrupunda cəmlənmişdir. Lazım olan parametrləri seçməkdən ötrü lent üzərində düymələr qrupu yerləşdirilmişdir (şəkil 1.).



Ş ə k il 1. Page Layout (Разметка страницы - S ə hif ə parametrl ə ri) qoşması

Səhifənin istiqaməti dialoq pəncərəsindəki Orientation (Ориентация-İstiqamət) menyusundan seçilir. Səhifənin istifqaməti kitab şəkilində (səhifə şaquli istiqamətdə durur) və ya albom şəkilində (səhifə üfqi istiqamətdə durur) müəyyən edilir.

Sənəddəki hər bir səhifə yelənə malikdir. Yelən – səhifənin kənarından olan çıxıntıdır. Yelənə obyekt və ya mətn yerləşdirmək olmaz. İstifadəçi yelənləri hazırlayarkən mütləq səhifənin tikilməsi üçün lazım olan yeləni də nəzərə almalıdır. Tikilmə üçün lazım olan yelən digərlərindən ölçüsünün böyükliyü ilə fərqlənir. Susma prinsipinə görə yelənlər standarta uyğun olaraq istifadəçiyə təqqdim olunurlar: yuxarı və aşağı tərəf – 2 sm, sol tərəf – 3 sm (nəzərə alınmalıdır, sol yelən səhifənin tikilməsi üçün nəzərdə tutulur), sağ tərəf – 1,5 sm. Digər tərəfdən yelənlərin ölçülərinin müəyyən edilməsi istifadə olunacaq printerin markasından da asılıdır. İstifadəçi yelənlərin ölçüsünü 0,5 sm azalda bilər, amma istifadə edəcəyi printerin yelənləri azaldılmış səhifəni çap edə biləcəyini mütləq nəzərə almalıdır. Əksər hallarda hazırlanmış sənəddəki səhifələrdə əlavə informayaları (başlıqların adları, müəllifin adı və ya adları, cari səhifənin nömrəsi və s.) vermək üçün yuxarı və aşağı kolontitullardan da istifadə edilir.



Ş ə kil 2. Ekrana açılmış kontekst menyu

Word mətn redaktorunu yükləmək üçün işçi stolun “Пуск” düyməsini basdıqdan sonra açılan pəncərədən “Программы” bəndindən Microsoft Word seçərək yerinə yetirilmə verilir. Yükləməni işçi stoldakı proqrama uyğun piktoqramdan və Word sənədinin işarəsindən də yükləmək olar.

Ş ə kil 4. Page Setup (Параметры страницы - S ə hif ə qur) dialoq p ə nc ə rsi, Margins (Поля - Sah ə ) s ə hif ə si



Ş ə kil 3. P age Setup (Параметры страницы - S ə hif ə qur) dialoq p ə nc ə rsi

Yüklənmədən sonra redaktorun işçi pəncərəsi aşılır. Pəncərənin birinci sətrində redaktorun və aktiv faylın adı verilir. Əgər fayl açılmayıbsa, onda onun əvəzinə Document1 göstərilir. Sonrakı sətirdə redaktorun əsas menyuları verilir. Daha sonra standart və formatlaşdırma alətlər panellərinin işçi lentləri verilir. Bu işçi lentlərdən sonra redaktorun işçi oblastı yerləşir. Bu hissənin yuxarı və sol hissəsində ölçü xətkeşləri, sağ və aşağı hissəsində isə işçi oblastda hərəkət düymələri yerləşir. İşçi oblastdan sonra sənəd görünüşü və sənəd haqqında məlumatlar sətirləri yerləşir. Burada səhifə, sətir, səhifələrin sayı, sütun və yerinə yetirilən əməliyyat haqqında məlumat verilir.

Ş ə kil 5. Margins (Поля - Sah ə ) düym ə sini sıxan zaman ekrana açılmış dialoq p ə nc ə r ə si

Səhifənin rəngini seçmək üçün lent üzərindəki Page Layout (Разметка страницы-Səhifə parametrləri) qoşmasındakı Page Color (Цвет страницы-Səhifənin rəngi) düyməsini sıxın. Masaüstünə açılmış menyuda çoxlu sayda rəng nümunələri istifadəçinin ixtiyarına verilir. Rəngin seçilməsi istifadəçinin seçimindən asılıdır.

Ş ə kil 6. Page Color (Цвет страницы - S ə hif ə nin r ə ngi) düym ə sini sıxdıqda ekrana açılmış dialoq p ə nc ə r ə si

Microsoft Word mətn redaktoru istifadəçiyə hazırladığı səhifəyə su nişanı (bəzi kağız növlərində, xüsusən pul kağızlarında işığa tutduqda görünən nişan) rəngini verməyə imkan verir. Əməliyyatı yerinə yetirmək üçün Page Layout (Разметка страницы-Səhifə parametrləri) qoşmasındakı Substrate (Подложка-Təlqin) əmrini aktivləşdirin (şəkil 8.).

Ş ə kil 7. Colors (Цвета - R ə ngl ə r) dialoq p ə nc ə r ə si




Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin