Mühazirə 6.
MS Word mətn redaktorunda əlavələrin edilməsi və
formatlaşdırma qaydaları.(2 saat)
1.MS Word mətn redaktorunda sənədə sadə obyektlərin, təsvirlərin və şəkillərin əlavəsi.
2. MS Word mətn redaktorunda sənədə iri həcmli obyektlərin əlavəsi. MS Word mətn redaktorunda sənədin formatlaşdırılması imkanları və onlardan istifadə olunması qaydaları.
Mətnin formatlaşdırılması mətn üzərində işləyərkən əsas mərhələlərdən biri sayılır. Mətnin formatlaşdırılması mətnə səliqəli, gözəl, ifadəli görkəm verir. Mətnin formatlaşdırılması dedikdə mətndəki simvolların xüsusiyyətinin dəyişdirilməsi (şriftin, ölçünün, rəngin, simvolların parametrlərinin və atributların) nəzərdə tutulur. Formatlaşdırmanın əsas alətləri Home (ГлавнаяƏsas) qoşmasındakı Font (Шрифт-Yazı tipi) təlqinində (qrupunda) toplanmışdır (şəkil 12.).
Ş ə kil 12. Home (Главная - Əsas ) qoşması, Font (Шрифт - Yazı tipi) t ə lqini
Mətnin formatlaşdırılmasına aid olan digər alətlər isə ekranın zəminində (arxasında) gizlənmişlər.
Belə panellərdən istifadə istifadəçi üçün əlverişlidir. Çünki mətn üzərində hər hansı bir əməliyyatı yerinə yetirən zaman istifadəçinin Home (Главная-Əsas) qoşmasına müraciət etməsinə ehtiyac qalmır. İtifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, sürüşən alətlər panelinə formatlamanın bütün alətləri daxil deyildir (şəkil 13.).
İstifadəçi bilməlidir ki, formatlama alətləri ancaq mətnin seçilmiş hissələrinə tətbiq edilə bilir. Bəzi hallarda formatlama alətlərini kursorun yerləşdiyi mətn hissəsinə də tətbiq etmək olur.
İstənilən əməliyyat sistemində istifadəçinin ixtiyarına çoxlu sayda şriftlər verilir. İstifadəçi onlardan istifadə etməklə müxtəlif proqramlarda müxtəlif xarakterli sənədlər hazırlaya bilər. Microsoft Office proqramlarında Windows şriftlərindən istifadə mümkündür. Əgər iş prosesində istifadəçiyə əlavə şriftlərdən istifadə etmək lazım gələrsə, onda o, əməliyyat sisteminə əlavə şriftləri yükləməlidir. İstifadəçi ona lazım olan şrifti Home (Главная-Əsas) qoşmasındakı Font (Шрифт-Yazı tipi) qupundan seçə bilər. Bunun üçün: 1.Şriftini dəyişmək istədiyiniz mənin fraqmentini seçin. 2.Home (Главная-Əsas) qoşmasındakı Font (ШрифтYazı tipi) qupunu seçin (şəkil 14.). 3.Sizə lazım olan şrifti şrift siyahısından seçin (şəkil 14.). Bu zaman mətndəki seçilmiş fraqmentin şrifti seçilmiş şriftə uyğun olaraq dəyişəcəkdir. 4.Mətndən fraqmenti seçin, sonra mausun oxunu şriftlərin siyahısı üzərinə gətirin, şrifti seçin, seçilmiş şrift seçilmiş fraqmentə tətbiq ediləcək (şəkil 15.).
Ş ə kil 14. Home (Главная - Əsas) qoşması, Font (Шрифт - Yazı tipi) qrupu, t ələ b olunan şri ftin seçilm ə si
İstifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, Microsoft Office –in sonuncu versiyalarında şriftin mətndəki seçilmişə tətbiqi yerinə yetirilən əməliyyatın sona çatmasına kimi müəyyən edilirdi. Bu versiyada isə istifadəçi iş prosesində mausun oxunu şriftin üzərinə gətirən kimi seçilmiş fraqmentə həmin şriftin tətbiq edilməsinin şahidi olur.
İstifadəçi şrifti ekrana açılmış şriftlər siyahısından da seçə bilər (əməliyyatı [Ctrl]+[Shift]+[F] düymələri kombinasiyası ilə də yerinə yetirmək mümkündür). Şriftin seçilməsinin digər variantı mətnin müəyyən hissəsini (fraqmentini) seçən zaman ekrana açılmış sürüşən paneldən də seçmək olar (şəkil 13.).
Sürüşən panel üzərindəki şriftlərdən istifadə etmək üçün aşağıdakı əməliyyatlar ardıcıllığını yerinə yetirin. 1.Mətndən fraqment seçin. Seçilmiş fraqmentin sol/yuxarı tərəfində sürüşən panel əmələ gələcək. 2.Süşürən panel üzərindəki Font (Шрифт-Yazı tipi) siyahısından zövqünüzə uyğun olan şrifti seçin. Seçilmiş şrift seçilmiş fraqmentə tətbiq ediləcək. Font (Шрифт-Yazı tipi) siyahısından sağ tərəfdə mətndə simvolların ölçüsünü dəyişmək üçün istifadə olunan Font Size (Размер шрифта-Şriftin ölçüsü) siyahısı yerləşir. İstifadəçi ekrana açılmış siyahıdan mətndə istifadə olunan şriftlərin ölçüsünü tələbinə uyğun seçməklə dəyişdirə də bilər. Şriftin ölçüsü, həmçinin formatlamanın digər atributları ancaq mətndə seçilmiş fraqmentə tətbiq edilir. Şriftin ölçüsü aşağıdakı əməliyyatlar ardıcıllığı ilə yerinə yetirilir. 1.Mətndən fraqment seçin. 2.Ekrana açılmış Font Size (Размер шрифта-Şriftin ölçüsü) siyahısından Sizə lazım olan şrift ölçüsünü seçin (məsələn, 14). Seçilmiş fraqmentə şrift tətbiq olunacaq (şəkil 16.).
Ş ə kil 16. Şriftin ölçüsünün d ə yişdirilm ə si
Font Size (Размер шрифта-Şriftin ölçüsü) siyahısında istifadəçinin iş prosesində ən çox istifadə etdiyi şriftlər mövcuddur. Bəzi hallarda istifadəçi öz tələbinə uyğun şriftin ölçüsünü əl ilə göstərə bilər. Məzələn, Siz hazırladığınız mətndə şriftin ölçüsünü 6 təyin etmək istəyirsinizsə, onda əl ilə həmin ölçünü ölçü qutusuna daxil edə bilərsiniz. Ölçünü qutuya daxil etdikdən sonra [Enter] düyməsi sıxılmalıdır.
Ş ə kil 17. Şriftin ölçüsünü d ə yişm ə k üçün istifad ə olunan düym ələ r
Düymələrdən istifadə etməklə mətnin müəyyən atributlarına “aşağı indeks” və “yuxarı indeks” mənimsətmək olar. Aşağıda hər iki düymənin yerinə yetirdiyi funksiyaya nümunə göstərilir. 1.Strikethrough (Надстрочный знак-Sətirüstü) əmrinə nümunə: E = mc 2
2.Superscript (Подстрочный знак-Sətiraltı) əmrinə nümunə: H 2 SO 4
Ş ə kil 18. Underline (Подчеркнутый - Altıx ə tli) düym ə sin ə aid olan x ə ttl ə rin üslubu
Ş ə kil 19. Home (Главная - Əsas) qoşması, Font (Ш рифт Yazı tipi) qrupu, Strikethrough (Зачеркнутый - Üstüx ə tli) ə mri
Mətn redaktorunda mətn yığarkən istifadəçi susma prinsipinə görə əsasən qara rəngdən istifadə edir. Buna səbəb qara rəngli şriftin işgüzar sənədlərin hazırlanmasında geniş istifadə olunmasıdır. İstifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, Word mətn redaktoru təkcə işgüzar sənədlərin hazırlanmasında deyil, digər sənədlərində, məsələn, açıqcaların, reklam vərəqlərinin və Veb-səhifələrin hazırlanmasında istifadə edilə bilər. Odur ki, istifadəçi hazırladığı sənədin xarakterindən asılı olaraq şriftin rəngini dəyişə bilər.
Fraqmentdəki şriftləri rəngləmək üçün sadəcə olaraq dialoq pəncərəsindəki istənilən rəngi seçmək kifayətdir. Bəzən rəngləmək üçün istifadə olunacaq rəng dialoq pəncərəsində olmur. Bunun üçün dialoq pəncərəsinin üzərindəki More Colors (Другие цвета-Başqa rənglər) əmrini aktivləşdirmək lazımdır. Bəzən istifadəçi hazırladığı sənəddən seçilmiş fraqmentə qradiyent tətbiq etməli olur. Bunun üçün dialoq pəncərəsindəki (şəkil 20.) Credient (ГрадиентнаяQradiyent) əmrini seçmək kifayətdir. Masaüstünə Credient (Градиентная-Qradiyent) diaoq pəncərəsi açılacaq (şəkil 20.). Dialoq pəncərəsi istifadəçiyə seçilmiş fraqmenti bir rənglə deyil, daha mürəkkəb rənglərdən (qradiyent dolumlarından) istifadə etməklə rəngləməyə şərait yaradır. İstifadəçi seçilmiş fraqmentdəki müxtəlif sözləri müxtəlif rənglərlə rəngləyə bilər. Hətta fraqmentdəki bir sözə daxil olan simvoların hər birini müxtəlif rənglərlə rəngləmək mümkündür.
Ş ə kil 21. Text Highlight Color (Цвет выделенного текста Seçilmiş m ə tnin r ə ngi) ə mri
İstifadəçi mətn üzərində formatlaşdırma əməliyyatları aparan zaman mətnin yığılması zamanı istifadə edilən şriftə müxtəlif effektlər tətbiq etməklə yanaşı şriftin yazılma variantlarını da seçə bilər. İstifadəçi bu məqsədlə Font (Шрифт-Yazı tipi) qrupuna daxil olan Text Effects and Typography (Текстовые еффекты и оформление-Mətn effektləri və tərtibat) əmrindən istifadə edə bilər (şəkil 23.). Text Effects and Typography (Текстовые еффекты и оформление-Mətn effektləri və tərtibat) əmri çoxlu sayda punktlardan ibarətdir. Mətnə kölgə, həcm, yarışəffaf və s. effektlərindən birini vermək olar.
Ş ə kil 22. M ə tnin fraqmentinin r ə ng seçimi
İstifadəçi mətnə daha incə effekt tətbiq etməklə yanaşı tətbiq edilmiş effekti sazlaya da bilər. Bunun üçün o, dialoq pəncərəsinin aşağı hissəsindəki OutLine (СтруктураQuruluş), Shadow (Тень-Kölgə), Reflection (Отражениеİnikas) və Glow (Подсветка-İşıq salma) əmrlərdən (punktlardan) istifadə edə bilər (şəkil 23.).
Ş ə kil 23. Text Effects and Typography (Текстовые еффекты и оформление - M ə tn effektl ə ri v ə t ə rtibat) dialoq p ə nc ə r ə si
Bəzən də istifadəçi yerinə yetirilmiş bütün formatlaşdırma əməliyyatlarını bir dəfəyə ləğv etməli olur. Bunun üçün Home (Главная-Əsas) qoşmasındakı Clear Formatting (Очистить формат-Formatlamanı təmizlə) əmrindən istifadə olunur. Əmri icra edən düymə Font (Шрифт-Yazı tipi) qrupuna daxildir və qrupun yuxarı/sağ küncündə yerləşir (şəkil 24.).
Ş ə kil 24. Clear Formatting (Очистить формат - Formatlamanı t ə mizl ə ) ə mrini icra e d ə n düym ə
Prinsipcə Font (Шрифт-Yazı tipi) qrupunda formatlaşdırma əməliyyatını yerinə yetirmək üçün yararlı olan bütün alətlər toplanmışdır.
Ş ə kil 25. Font (Шрифт - Yazı tipi) dialoq p ə nc ə r ə si, Font (Шрифт - Yazı tipi) s ə hif ə si
İstifadəçinin nəzərənə çatdırılır ki, Font (Шрифт-Yazı tipi) dialoq pəncərəsinin köməkliyi ilı yerinə yetirilmiş əməliyyatlar dialoq pəncərəsində yerləşən OK düyməsi sıxıldıqdan sonra həyata keçir. OK düyməsi sıxılan kimi dialoq pəncərəsi bağlanır. Odur ki, istifadəçi mətn üzərində müəyyən formatlaşdırma əməliyyatlarını ancaq dialoq pəncərəsi açıq olan halda yerinə yetirə bilər.
Ş ə kil 26. Font (Шрифт - Yaz ı tipi) dialoq p ə nc ə r ə si, Advanced (Дополнительно - Əlav ə ) s ə hif ə si
Abzasın formatlanması dedikdə müəyyən parametrlərin mətndəki bütün abzaslara tətbiqi başa düşülür. Abzasın formatlanması özündə müəyyən parametrləri cəmləşdirir. Bunlara mətnin tənləşdirmə üslubunu, sətirlərin çıxıntılarını, öndəki abzas ilə növbəti abzas arasındakı intervalı, abzasa daxil olan sətirlərarası intervalı və s. aid etmək olar. İstənilən abzası formatlamaq üçün əvvəlcə həmin abzasa daxil olan bütün mətn seçilməlidir. Seçim aparmaq üçün müxtəlif üsullardan: 1.Mausun oxunu abzas mətninin istənilən yerinə gətirib sol düyməni iki dəfə sıxmadan; 2.Mausun oxunu abzas mətninin sol tərəfinə gətirib sol düymənin sıxılmış vəziyyətində oxu sürümədən. Abzasa tətbiq edilən bütün formatlama parametrləri bütün abzasda öz əksini tapacaq.
MƏTNİN TƏNLƏŞDİRMƏ TİPLƏRİ
İstifadəçi mətn hazırlayarkən hazırladığı mətnə qoyulmuş tələbatdan asılı olaraq dörd tip tənləşdirmə tətbiq edə bilər (şəkil 27.).
Ş ə kil 27. T ə nl ə şdirm ə düym ələ ri
Susma prinsipinə görə hazırlanmış sənədin sol tərəfinə görə tənləşdirmə yerinə yetirilir. Sənədi mərkəzə doğru tənləşdirəndə sətirlərin sol və sağ tərəflərinə eyni məsafəyə malik yelənlər verilir. Belə hiss olunur ki, nəzəri olaraq sətirin ortasından keçən şaquli xətt hazırlanmış mətni iki bərabər hissəyə bölür. Sətirin bu şəkildə bölünməsi adətən başlıqlar və ya titul vərələri hazırlananda həyata keçirilir. Sətirin sağa doqru tənlənməsi təsadüfi hallarda istifadə edilir. Bu tipdə sətirlər sağa doğru düzlənir, sol tərəf isə ixtiyarı şəkildə düzülmüş olur.
SƏTİRLƏRARASI İNTERVALIN SAZLANMASI
Abzasları formatlaşdıran zaman sətirlərarasi intervalın sazlanması (dəyişdirilməsi) istifadəçi tərəfindən yerinə yetirilə bilər.
Əməliyyat aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir: 1.Bir neçə abzasdan ibarət olan mətn hazırlayın. İstifadəçi bu şəkildə olan mətni öncədən hazırlanmış mənbəədən də kopiyalaya bilər. 2.Mausun oxunu mətnin istənilən abzaslarından birinin yanında yerləşdirin. 3.Home (Главная-Əsas) qoşmasındakı Paragraph (Абзац-Аbzas) qrupuna daxil olan Line and Paragraph Spacing (Интервал-Çıxıntı və İnterval) düyməsini sıxın (şəkil 29.).
Ş ə kil 2 9. Paragraph (Абзац - Аbzas) qrupu, Line and Paragraph Spacing (Интервал - Çıxıntı v ə İnterval) dü ym ə sini sıxmaqla ekrana açılmış kontekst menyu
Ş ə kil 31. Paragraph (Абзац - Аbzas) dialoq p ə nc ə r ə si, Line and Paragraph Spacing (Интервал - Çıxıntı v ə İnterval ) s ə hif ə si
ABZASLARIN ÇIXINTALARI
Paragraph (Абзац-Аbzas) qupuna daxil olan Decrease Indent (Уменьшить отступ-Cıxıntını azalt) və Increase Indent (Увеличить отступ-Çıxıntını artır) düymələrindən istifadə etməklə cari abzasın sol tərəfdən çıxıntısını sazlamaq mümkündür. Çıxıntıdan istifadə adətən hazırlanmış materialın (müəyyən frqamentin və ya müxtəlif istinadların) diqqəti cəlb etməsi üçün yerinə yetirilir. Abzas çıxıntısının artırılması digər abzaslara nəzərən seçildiyi üçün o dəqiqə nəzərə çarpır (şəkil 32.). Increase Indent (Увеличить отступ-Çıxıntını artır) düyməsini sıxdıqda abzas sağa doğru müəyyən məsəfə çəkilir (şəkil 32.). Belə olan halda nəzərə almaq lazımdır ki, sağa doğru istiqamətlənmiş abzasdakı sətirin sonu digər abzaslardakı sətirlərin sonu ilə eynilik təşkil edir. Bununla yanaşı abzasın uzunluğu da müəyyən qədər qısalmış olur. Bu abzasdakı sətirlər sayının artmasına səbəb olur. Əgər istifadəçi abzası daha çox artırmaq istəyirsə, onda Increase Indent (Увеличить отступ-Çıxıntını artır) düyməsini təkrar sıxmalıdır. Nəzərə almaq lazımdır ki, Increase Indent (Увеличить отступ-Çıxıntını artır) düyməsi təkrar-təkrar sıxıldıqca abzas məsafəsi artacaqdır.
Şəkil 32. Çıxıntıdan istifadəyə nümunə
Bəzən abzas məsafəsini azaltmaq lazım gəlir. Bunun üçün Decrease Indent (Уменьшить отступ - Cıxıntını azalt) düyməsindən istifadə etmək olar. Düyməni təkrar-təkrar sıxmaqla lazım olan qədər abzas məsafəsini azalmaq mümkündür.
ABZASLARIN FORMATLAŞDIRILMASININ ƏLAVƏ OLARAQ SAZLANMASI
Abzasların daha dəqiq formatlaşdırılması üçün Paragraph (Абзац-Аbzas) qupuna daxil olan Paragraph (Абзац-Аbzas) düyməsindən istifadə edilir. Düymə Paragraph (Абзац-Аbzas) qupunun yuxarı/sağ tərəfində yerləşir. Abzasların belə sazlanması adətən az istifadə edilir, çünki lent üzərində yerləşən formatlaşdırma alətləri abzasların sazlanması üçün kifayət qədərdir. Bəzən istifadəçi hazırladığı mətni ciddi qanunlar əsasında formatlaşdırmalı olur. Bunun üçün ekrana açılmış Paragraph (Абзац-Аbzas) dialoq pəncərəsindən istifadə məsləhətdir (şəkil 33.). Paragraph (Абзац-Аbzas) dialoq pəncərəsi iki səhifədən ibarətdir. Mətnin düzləndirilməsi üçün, həmçinin çıxıntıların və intervalların genişlındırımış şəkildə sazlanması üçün Indents and Spacing (Отступы и интервалы-Çıxıntı və interval) səhifəsindən istifadə etmək olar. Dialoq pəncərəsindəki General (Общие-Ümumi) qrupuna daxil olan əmrlər abzasda sətirin tənləşdirilməsini seçməyə imkan verir. Prinsipcə, istifadəçi bu əməliyyatı lent üzərindəki düymələrdən istifadə etməklə də yerinə yetirə bilər. Bu baxımdan da istifadəçinin Paragraph (Абзац-Аbzas) dialoq pəncərəsindən istifadə edərək parametri sazlamasına eytiyac yoxdur.
Ş ə kil 33. Paragraph (Абзац - Аbzas) dialoq p ə nc ə r ə si, Line and Paragraph Spacing (Интервал - Çıxıntı v ə İnterval) s ə hif ə si
Dialoq pəncərəsində aşağıdakı parametrlərdən istifadə
edilir:
1.Left (Слева-Soldan) qutusundan istifadə etməklə abzasın soldan olan çıxıntısı müəyyən edilir. 2.Right (Справа-Sağdan) qutusundan istifadə etməklə abzasın sağdan olan çıxıntısı müəyyən edilir. 3.First Line (Отступ-Çıxıntı) qrupuna daxil olan Special (Первая строка-Birinci sətir) qutusu abzasın birinci sətirinin çıxıntısını müəyyən etməyə imkan verir. Abzasın birinci sətirinin sağa doğru nə qədər sürüşəcəyi By (НаQədər) qutusuna daxil edilmiş ölçü ilə müəyyən edilir. Abzasın digər sətirləri olduğu kimi öz yerlərində qalırlar. Belə şəkildə abzasın birinci sətirinin yerinin sürüşdürülməsi əsasən bədii ədədbiyyatlarda daha çox istifadə edilir (bunu bədii ədəbiyyatlarda “qırmızı sətir” adlandırırlar).
MARKERLƏNMİŞ VƏ NÖMRƏLƏNMİŞ SİYAHILAR
Markerlənmiş və nömrələnmiş siyahılar yaratmaq üçün lent üzərində yerləşən Paragraph (Абзац-Abzas) sahəsinə müraciət edilməlidir (şəkil 35.).
Ş ə ki l 35. Paragraph (Абзац - Abzas) sah ə si, markerl ə nmiş v ə nömr ələ nmiş siyahılar yaratmaq üçün yararlı olan düym ələ r
Markerlənmiş siyahı yaratmaq üçün aşağıdakı əməliyyatlar ardıcıllığını yerinə yetirmək lazımdır. 1.Paragraph (Абзац-Abzas) sahəsindəki Bullets (Маркеры-Markerlər) düyməsinin sağ tərəfində, aşağıya istiqamətlənmiş qara rəngli üçbucağın üzərinə mausun oxunu gətirin və sol düyməni sıxın (şəkil 35, soldan birinci düymə). Ekrana kontekst menyu açılacaq. Kontekst menyuda markerin bir neçə növü verilmişdir (şəkil 36.).
Ş ə kil 36. Kontekst menyu
Ş ə kil 39. Kontekst menyu
Ş ə kil 41. Ekrana açılmış kontekst menyu
Qeyd etmək lazımdır ki, altindeks əsasən kimyəvi və riyazı düsturların yazılmasında, üstindeks isə riyazıyyatda üstlü funksiyaların yazılışında geniş istifadə edilir.
MS Word mətn redaktorunda yaradılmış sənədə müxtəlif obyektlərin əlavəsi məqsədilə «Вставка» menyusunun əmrlərindən istifadə edilir. Bu əlavələrdən birincisi sənədə müəyyən böş aralığın verilməsidir. Menyunun «Разрыв» əmrini verdikdən sonra açılan yeni pəncərədən ilkin üç rejimlə aralığın bir səhifə, bir sütun və ya bir sətir olacağı variantlarından biri seçilir və yerinə yetirilir. Bu pəncərədə sonrakı variantlarla yeni bölmənin haradan başlayacağını müəyyənləşdirmək olar. Yeni bölmə cari səhifədən. yeni səhifədən, cüt və ya tək səhifədən başlaya bilər.
Sənədə səhifə nömrələrini əlavə etmək məqsədilə «Вставка» menyusunun «Номера страниц» əmrindən istifadə olunur. Əmr verildikdən sonra açılan pəncərədə səhifə nömrəsinin səhifənin aşağısında və ya yuxarısında yerləşəcəyi, secimdən asılı olaraq onun səhifənin solunda, sağında, mərkəzində və ya güzgü əksli vərəqlərdə daxildə və ya xaricdə veriləcəyi müəyyənləşdirir. Sonra həmin pəncərədə olan «Формат» düyməsini basmaqla növbəti səhifəyə keçilir. Bu səhifədə nömrələrin formatı (adi rəqəmlə, rum rəqəmləri ilə, hərflərlə verilməsi), aktivləşmədən sonra başlıq və alt başlıqların nömrələnməsi qaydası və nömrənin neçədən başlayacağı müəyyənləşdirilir və əmrin yerinə yetirilməsi ilə nömrələr səhifəyə əlavə edilir.
Sənədə cari tarix və vaxtın əlavəsi məqsədilə «Вставка» menyusunun «Дата и время» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədə tarix və vaxtın veriləcəyi dil və onun formatı seçilir. Xüsusi sahənin aktivləşdirilməsi ( həmin sahəyə işarənin əlavəsi) tarix və vaxtın avtomatik yenilənməsini təmin edir.
«Вставка» menyusunun «Автотекст» əmri ilə sənədə avtomatik olaraq müxtəlif mətnlərin (salamlama, xüdahafizləşmə, müraciət və s.) əlavəsi seçilmiş bəndə uyğun olaraq həyata keçirilir. Qeyd edək ki, istifadəçi özü də tez-tez istifadə olunan avtomatik mətn yarada bilər. Adətən belə yaradılmış avtomətn «Обычный» bəndində yerləşdirilir.
Yaradılmış sənədə xüsusi sahələrin əlavəsi məqsədilə «Поле» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədən sahənin kateqoriyası seçilir. Bu kateqoriyalar yerinə yetirilən əməliyyatların avtomatlaşdırılmasına, vaxt və tarixə (cari vaxt və tarix, sənədin yaradılması, dəyişdirilməsi, çapı və s. tarix və vaxtlar), nömrələməyə (səhifınin nömrəsi, abzasın nömrəsi, bölmənin nömrəsi və s.), sənəd haqqında məlumatlara (müəllif, xüsusiyyətlər, sənəd yerləşən faylın adı və həcmi, sənəddəki sözlərin, simvolların, səhifələrin sayı və s.), istifadəçi haqqında məlumatlara (istifadəçinin ünvanı, inisialları, adı), əlaqə və müraciətlərə uyğun məlumatlara (başqa fayldan olan mətn hissəsi və ya şəkil, müxtəlif hipermüraciətlər və s. onlara müraciətlər), müxtəlif mənbələrdən götürülərək sənəd hissələrinə birləşdirmələrə uyğun məlumatlara, göstəricilərə (mündəricat və sənəd elementlərinin nömrələri və ya siyahı əlamətləri), düsturların və xüsusi simvolların qoyulmasına uyğun sahələrin sənədə əlavəsinə imkan verir. Sahə adətən sənədin digər hissəsindən fon və ola bilər ki. yazılışına görə fərqli olsun. İş zamanı əlavə edilmiş sahə xüsusi obyekt kimi qəbul edilir.
Sənədə klaviaturada olmayan simvolların əlavəsi məqsədilə «Вставка» menyusunun «Символ» əmrindən istifadə edilir. Əmrdən sonra açılan pəncərədən şriftlər yığımı və şriftin özü seçilir. Daha sonra verilmiş cədvəldən simvol götürülür, «Вставить» düyməsini basdıqda həmin simvol sənədə əlavə edilir. «Символ» əmrini verdikdə açılan pəncərənin köməyi ilə xüsusi təyinatlı işarələri (ticarət markası, mühafizə, paraqraf işarələri və s.) də sənədə əlavə etmək, eləcə də seçilmiş simvolun sənədə əlavəsini hər hansı düymələrin kombinasiyasına da həvalə etmək, avtomatk olaraq onların digəri ilə əvəzlənməsini müəyyən etmək mümkündür.
«Вставка» menyusunun «Примечание» əmrindən sənədin kursorun durduğu mövqeyinə xüsusi qeydlərin qoyulması mümkündür. Qeydlərin ekranda istifadəçi istəyinə uyğun görünüb-görünməməsinin təmini məqsədilə «Вид» menyusunun «Разметка» əmrindən istifadə edilməsi lazımdır. Qeydlərin ləğvini isə qeydin kontekst menyusunun ləğvetmə əmri ilə həyata keçirmək mümkündür.
Müxtəlif müraciətlərin sənədə əlavə edilməsi üçün «Вставка» menyusunun «Ссылки» əmrindən istifadə edilir. Əmr verildikdən sonra müraciətin forması seçilir. Bu haşiyələr (сноски), adlandırma (название), qarşılıqlı müraciət(перекрестная ссылка), mündəricat və göstəricilər(оглавление и указатели) ola bilər.
Hər bir seçilən varianta uyğun pəncərə açılır. Haşiyələr üçün açılan pəncərədə haşiyənin mətnə və ya sənədə aid olması, onun mətnin, səhifənin və ya sənədin sonunda verilməsi, haşiyələrin nömrələnmə qaydası və formatı və s. müəyyən edilir.
Adlandırma üçün pəncərə açıldıqda burada hansı obyektin cədvəlin, şəkilin və ya düsturun adlandırılması müəyyənləşdirilir. Əgər adlandırılacaq obyekt başqadırsa «Создать» düyməsini basmaqla onun adını siyahıya əlavə etmək olar. Burada adlandırmada nömrələmənin də aparılması müəyyənləşdirilir.
Müraciətlərdən növbətisi qarşılıqlı müraciətlərin verilməsidir. Əvvəlcə müraciət olunacaq element abzas, şəkil, cədvəl və ya başqa element siyahıdan seçilir və sonra parametrlər verilərək müraciət müəyyənləşdirilir.
Burada olan sonuncu bənd (оглавление и указатели) mündəricatların verilməsi, cədvəl, şəkil və ya istifadə olunan ayrı-ayrı sənəd tərkibinin elementlərinin yerləşdiyi bölmə və ya səhifələrin siyahısını almaq olar. Qeyd edək ki, mündəricatın avtomatik verilməsi üçün əvvəlcədən fəsil başlıqları birinci səviyyəli (заголовок 1), paraqraf başlıqları ikinci səviyyəli (заголовок 20, alt paraqraflar üçüncü səviyyəli başlıqlar (заголовок 3) kimi və s. , əsas mətn hissəsi isə əsas mətn (основной текст) kimi elan edilməlidir.
Word mətn redaktorunda hazırlanmış sənədə şəkillərin və müxtəlif təsvirlərin əlavəsi üçün «Вставка» menyusunun «Рисунок» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədə şəkilin və ya təsvirin hansı mənbədən götürüləcəyi müəyyənləşdirilir. Bu mənbələr aşağıdakılardır:
Картинки- Bu mənbə seçildikdə sağ tərəfdə yeni işçi oblast və ya pəncərə açılır. Bu pəncərədən əvvəlcə axtarış kolleksiyası seçilir və «Начать» düyməsi basılır. Ekranda şəkillər kolleksiyası görünür. Seçilən şəkil avtomatik olaraq sənədə kursor durduğu mövqedən əlavə edilir;
Из файла- əmr verildikdən sonra açılmış yeni pəncərədən əlavə olunacaq şəklin yerləşdiyi faylın olduğu qovluq seçilir. Lazımi fayl tapılır və həmin fayla daxil olaraq şəkil götürülür, götürülmüş şəkil sənədə əlavə edilir;
Со сканера или камеры- Bu bənd kompüterə qoşulmuş skaner və ya veb kamera vasitəsilə götürülmüş hər hansı şəkili sənədə əlavə etməyə imkan verir;
Создать рисунок- Müxtəlif mənbələrdən alınmış şəkil və təsvirlərin birləşdirilməsi, bəzi elementlərin, xətlər və həndəsi fiqurların əlavəsi ilə. müəyyən hissələrin silinməsi və görünüşünün dəyişdirilməsi və s. əməliyyatlarla yeni təsvirlər yaradılır;
Автофигуры- Kompüterdə mövcud olan (düymə basıldıqdan sonra ekrana verilən alətlər panelinin elementləri) xətlər, əyrilər, həndəsi və digər fiqurlardan istifadə etməklə təsvirlərin yaradılması imkanları verilir;
Объект Word Art- əmr verildikdən sonra açılan yeni pəncərədən yazılş forması müəyyənləşdirilir. Növbəti pəncərədə yazının şrifti, hərflərin ölçüsü və yazılış üslubu təyin olunur və yazılış sənədə əlavə edilir.
Организационная диаграмма- təşkilatı dioqramların qurulması üçün bu bənd seçilir. Seçimdən sonra ekranda ilkin maket və uyğun alətlər paneli görünür. Bu maketə panelin ayrı-ayrı alətləri ilə müxtəlif səviyyələr seçildikdən sonra yeni element əlavə etmək (eyni səviyyəli, tabe olan, köməkçi element), hər bir elementi aktivləşdirərək onun daxilindəki yazını dəyişmək, maketin formasını dəyişmək (adi, ikitərəfli, sağtərəfli, soltərəfli), maketin digər stilini təyin etmək, mətn daxilində yerləşmə vəziyyətini müəyyənləşdirmək, görünüş miqyasını vermək mümkündür;
Диаграмма- sənədə Excel cədvəlində verilənlərlə birlikdə uyğun diaqramı verir. Həmin verilənləri dəyişməklə və uyğun olanları daxil etməklə yeni diaqram qurmaq və sənədə əlavə etmək olar.
Qeyd edək ki, redaktorun adətən işçi pəncərənin aşağısında yerləşən «Рисование» alətlər panelinin alətləri ilə yuxarıda qeyd olunan təsvirlər xüsusiyyətlərinə uyğun olaraq dəyişdirilə və başqa formaya salına bilərlər.
«Вставить» menyusunun «Схематическая диаграмма» əmri vasitəsilə sənədə sxematik əlaqə və münasibətləri əks etdirən diaqramlar əlavə etmək olar. əmr verildikdən sonra ekranda görünən 6 diaqram tipindən uyğun gələni seçilir və əmrin verilməsi ilə ekranda görünən alətlər panelindən istifadə etmələ təşkilatı diaqramlarda olduğuna analaoji əməliyyatları yerinə yetirmək mümkündür.
Tərtib edilmiş sənədə xüsusi çərçivələrdə yerləşdirilmiş və hərəkət imkanına malik yazıların əlavəsi üçün «Надпись» əmrindən istifadə edilir.
Sənədə bütöv bir faylın əlavəsi üçün həmin menyunun «Файл» əmri verilir. Açılan pəncərədən fayl seçilir və sənədə kursor durduğu mövqedən əlavə olunur.
Bəzən yaradılmış sənəddə redaktə işinin və ya digər düzəlişlərin edilməsi ilə əlaqədar müəyyən mövqeyin tez tapılmasını müəyyənləşdirən əlamətin olması tələbatı yaranır. Belə əlamət «Закладка» (əlfəcin ) qoyulması ilə həyata keçirilir. Bu əlfəcinin yerinin müəyyənləşdirilməsi üçün «Правка» menyusunun «Перейти» əmrindən istifadə edilir.
Sənədə Word redaktorunda və ya digər redaktorda yaradılmış faylın məzmununun deyil adının qoyularaq istənilən vaxt onun xüsusi əlaqə ilə gətirilməsini təmin etmək məqsədilə «Вставка» menyusunun «Гиперссылка» əmrindən istifadə edilir. Bu cür əlavə edilmiş hipermüraciətin işləməsinin təmini üçün klaviaturanın “Ctrl” düyməsini basılı saxlayaraq müraciətin üzərində MOUS-un düyməsini iki dəfə basmaq tələb olunur. Hipermüraciət sənədin əsas mətnindən rənginə görə fərqlənir.
Windows əməliyyatlar sisteminin bütün proqramları qarşılıqlı işləmə qabliyyətinə malikdirlər. Bundan istifadə edərək Word mətn redaktorunda da yaradılmış istənilən sənədə digər proqramların obyektlərini əlavə etmək mümkündür. Bu məqsədlə «Вставка» menyusunun «Объект» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərənin yuxarı hissəsindəki iki rejimdən biri seçilir. Əgər «Создание из файла» seçilərsə onda obyekt müəyyən olunmuş fayldan seçilərək ya obyelt, ya da xüsusi işarə kimi əlavə edilir. Bu əlavədə ilkin faylla əlaqəni də təmin etmək olar. Bu əlaqə hər dəfə ilkin faylda olan dəyişikliklərin sənəddəki obyektdə də avtomatik dəyişiklik edəcəyinə imkan verir. «Создание» rejimi seçildikdə xüsusi oblastda əlavə olunacaq obyektin aid olduğu proqramın seçilməsi təklif olunur. Seçimdən sonra ekran dəyişərək seçkiyə uyğun proqramın işçi pəncərəsini yükləyir. Obyekt hazırlandıqdan sonra düymənin basılması ilə yenə də sənədə qayıdılır və obyekt əlavə olunur. Əlavədən sonra obyektdə hər hansı dəyişikliklər etmək üçün onun üzərində sağ düyməni basaraq kontekst menyunun açılması təmin olunur.
Bu proqramlardan ən çox istifadə edilənlərdən biri də riyazi və digər düsturların və yazılışların aparılması üçün istifadə edilən Microsoft Equation-dur. Onun seçilməsi ilə ekranda xüsusi yazılış pəncərəsi və alətlər paneli görünür. Bu alətlər panelinin alətləri indekslərin, üstlərin qoyulmasına, yunan hərflərini yazılışına, matrislər, müxtəlif cəmlər və hasillər, inteqrallar və s. yazılışı imkanını yaradır.
Word mətn redaktorunda yaradılmış sənədin formatlaşdırılması məqsədilə «Формат» menyusunun əmrlərindən istifadə edilir. Bu əmrlərin köməyi ilə siyahıların tərtibi («Список» əmri) mümkündür. Əmr verildikdən sonra adi markalanmış siyahılar, nömrələnmiş müxtəlif səviyyəli siyahılar yaratmaq mümkündür.
Sənəd hissəsinin və ya səhifənin çərçivəyə alınması və mətn hissəsinin fonunu rənglənməsi məqsədilə «Границы и заливки» əmrindən istifadə olunur. Bu əmr verildikdən sonra açılan pəncərənin imkanları ilə qoyulacaq çərçivənin forması. Çərçivə xətlərini tipi, qalınlığı, rəngi və s. müəyyənləşdirilir. Fon rəngi də həm rəng. həm də naxışlar baxımından müxtəlif cür seçilə bilər.
«Формат» menyusunun «Колонки» əmri vasitəsilə sənədin yerləşdiyi səhifələr sütunlara bölünə bilər. Əmr verildikdən sonra açılan pəncərədəki parametrlərin verilməsindən asılı olaraq sütunların sayı, onların eni, aralarındakı məsafə, sütunlaşmanın sənədin aid olduğu hissə müəyyənləşdirilə bilər.
Bu menyunun «Табуляция» əmri kursorun klaviaturanın Tab düyməsi vasiitəsilə hərəkətini və hər hərəkət sıçrayışının məsafəsini, tabulyasiya məsafəsinin düzləndirilmə tərəfini və məsafənin doldurulacağı işarəni müəyyənləşdirə bilər.
«Формат» menyusunun «Буквица» əmri seçilmiş hərf və ya hərlərin xüsusi obyekt kimi forma almasına, ölçülərini dəyişdirilməsi və əsas mətndən məsafənin müəyyənləşdirilməsinə imkan verir. Menyunun «Направление текста» əmri vasitəsilə bu cür formaya salınmış hərf və ya hərflərin, eləcə də cədvəl xanalarındakı sözlərin yazılış istiqamətlərini müəyyənləşdirir.
Menyunun «Регистр» əmri seçilmiş mətn hissəsinin cümlədəki kimi, kiçik hərflərlə, baş hərflərlə, hər bir sözün baş hərflə başalması ilə, sözlərin ilk hərflərinin kiçik, qalanların baş hərflərlə yazılması rejimlərinin verilməsini təmin edir.
«Формат» menyusunun «Фон» əmri vasitəsilə sənəd yerləşən sənifənin bütövlükdə fonunun tərtibatı həyata keçirilir. Belə ki, əmr verildikdən sonra açılan yeni pəncərədə verilən istənilən rənglə fonu rəngləmək olar. Eyni zamanda açılan pəncərədəki «Способы заливки» rejiminin seçilməsi ilə fon yalnız bir rənglə deyil şəkillə, müxtəlif rənglərin qarışığı ilə, əvvəlcədən hazırlanmış xüsusi tərtibatlı təsvirlə doldurula bilər. Burada verilən «Подложка» rejimi isə səhifə fonuna müxtəlif şəkil və yazıların dioqonal, üfiqi və ya digər formalarda solğun rəngdə fon şəkili kimi verilməsinə imkan yaradır.
Bu menyunun digər əmrləri ilə redaktorun mövcud standart mövzulara («Тема») uyğun format tərtibatının istifadəsinə, sənəd olan pəncərədə müxtəlif tərəflərdə yerləşən cərcivələrdə («Рамки») eyni sənədin müxtəlif variantlarını görməklə işləmə imkanlarını, mövcud formatlaşma parametrlərinin tətbiqi imkanlarını («Автоформат») , yazılış və tərtibat üçün yeni formatlaşma stillərini yaradılmasını («Стили и форматирование»), tərtib edilmiş sənədin və ya sənəd hissəsinin formatlaşma parametrlərinin araşdırılmasını («Показать форматирование») da həyata keçirə bilər. Eyni zamanda menyunun «Объект» əmri vasitəsilə seçilmiş sənəd obyektini də əmrin verilməsi ilə ekranda görünən xüsusi alətlər panelinin alətlərinin köməyi ilə formatlaşdırmaq olar.
Dostları ilə paylaş: |