5) ToolBox Partial Differential Equation (PDE) – diferensial və xüsusi törəməli tənliklər və sistemlər ilə verilən riyazi-fizika məsələlərinin tədqiqi üçündür. Nəticələr qrafik təsvirlərlə verilir və elmin aşağıda göstərilən sahələrinə uyğunlaşdırıla bilər:
- elastiklik nəzəriyyəsi;
- elektrostatika və maqnitostatika;
- istilikkeçirmə;
- diffuziya nəzəriyyəsi.
Burada qeyri-stasionar proseslər animasiyalı qrafiklər vasitəsi ilə təsvir olunur. Burada qeyri-xətti və adaptiv rejimli məsələlərin həll üsulları verilir. Buraya daxil olan funksiyalar ixtiyari ölçülü tənliklər sisteminin həllində istifadə oluna bilər. Qeyri-dəqiq məntiq və neyron şəbəkələrə aid məsələləri də uyğun ToolBox proqramları vasitəsi ilə həll etmək mümkündür. Matlab sistemində analoq və rəqəmli informasiyanın toplanması üçün xüsusi paket vardır.
Dostları ilə paylaş: |