Işçi mühitin yadda saxlanılması
Matlabda işin nəticələrini yadda saxlamaq üçün File menyusundan Save Workspase Variables dialoq pəncərəsini aşmaq, faylın aid olduğu kataloqu və adını daxil etmək lazımdır. Əsas kataloq Work kataloqudur. Faylın adını tarixi ilə birlikdə vermək əlverişlidir. Məsələn,Work20-09-09. Bunun üçün əmrlər sətrindən >> save Work20-09-09 əmri də vermək olar. Bu zaman faylın genişlənməsi olan “.mat” sözünü yazmamaq olar. Bu faylı yükləmək üçün >> load Work20-09-09 əmrini vermək lazımdır.
“.mat” –fayllarında dəyişənlərin qiyməti 2-lik sistemdə saxlanılır. Buna görə də onlar başqa redaktorda açıldıqda ekranda görünmürlər.
Nəticələri mətn faylına yazmaq üçün dilary əmri ilə mətn faylının adını vermək mümkündür. Bundan sonra daxil edilən əmrlər həmin fayla yazılır. Misal:
>> dilary d20-09-09.txt
>> a1 = 3;
>> a2 = 2.5;
>> a3 = a1 + a2
a3 =
5.5000
>> save Work20-09-09
>> quit
hesablamalar yerinə yetirilir
verilənlər Work20-09-09 ikilik faylında saxlanılır
d20-09-09 iş jurnalı diskin mənbə kataloqunun Work kataloqunda saxlanılır və Matlab bağlanır.
Sonradan Matlabı açıb,
>>load Workd20-06-08 və ya >>load Workd20-06-08
əmri ilə həmin faylı açmaq olar.
Dəyişənlərin nəzərdən keçirilməsi
Matlabın işi zamanı istifadə olunmuş dəyişənlər haqqında məlumat almaq üçün Who və ya Whos əmrlərini vermək lazımdır. Məsələn,
>> whos
Name Size Bytes Class
a1 1 x 1 8 double array
a1 1 x 1 8 double array
a1 1 x 1 8 double array
Grand total is 3 elements using 24 bytes
>> who
a1 a2 a3
Matlabda bütün verilənlər massiv şəklində yadda saxlanılır. Bu misalda göstərilən a1 a2 a3 dəyişənləri ölçüsü 1 x 1 olan massıvlərdir.
>> clear a1 a3
>> who
Your variables are:
a2
Yaddaşdan artıq dəyişənləri silmək olar. Bunun üçün clear əmrini vermək lazımdır.
Dostları ilə paylaş: |