Workspace pəncərəsi whos əmrində olduğu kimi dəyişənlər haqqında məlumat verir.
Funksiyaların qiymətləri cədvəlinin qurulması
Fərz edək ki, əmrlər sətrində funksiyasının 0.2, 0.3, 0.5, 0.8, 1.3, 2.5 nöqtələrində qiymətlərini çıxarmaq lazımdır. Bunun üçün 1)verilmiş nöqtələrin koordinatları olan x vektor-sətrini daxil etmək lazımdır; 2)vektorun hər elementinin y(x) funksiyasını hesablayıb, alınmış qiymətləri y vektor-sətrinə yazmaq lazımdır. Bu zaman əməliyyatlar vektorun hər elementi üçün yerinə yetirilməlidir.
>> x = [0.2 0.3 0.5 0.8 1.3 1.7 2.5]
x =
0.2000 0.3000 0.5000 0.8000 1.3000 1.7000 2.5000
>> y = sin(x) .^2 ./ (1+cos(x)) + exp(-x) .* log(x)
y =
-1.2978 -0.8473 -0.2980 0.2030 0.8040 1.2258 1.8764
Vektorun elementləri arasında fərq eyni olduqda, belə vektorları daxil etmək üçün onun elementləri arasında qoşa nöqtə qoyulur. Məsələn, aşağıdakı iki operator eyni vektor-sətir yaradır:
>> x = [1, 1.2 1.4 1.6 1.8 2.0] və ya >> x = [1:0.2:2]
x =
1.0000 1.2000 1.4000 1.6000 1.8000 2.0000
Bu üsulu şərti olaraq, belə göstərmək olar:
x = [başlanğıc qiymət : addım : son qiymət]
Addım sonuncu qiyməti verməyə də bilər. Vektor-sətir sonuncu qiymətdən böyük olmayan qiymətə qədər dolur. Addım mənfi olarsa, başlanğıc qiymət son qiymətdən böyük olmalıdır.
Vektor-sütunu doldurmaq üçün əvvəlcə vektor-sətir yaradıb, sonra onu tpansponirə etmək lazımdır. Məsələn,
>> x = [0:0.1:0.5]’
x =
0
0.1000
0.2000
0.3000
0.4000
0.5000
Nəzərə almaq lazımdır ki, qoşa nöqtə ilə doldurulan vektorun elementləri yalnız həqiqi ədəd ola bilər.
Addım 1 olsa, yazılış zamanı onu göstərməmək olar. Məsələn,
>> x = [1:5]
x =
1 2 3 4 5
Misal: y(x) = e-xsin 10 x funksiyasının qiymətlər cədvəlini daxil edin.
x ª [0, 1], x = 0.05.
1) >> x = [0:0.05:1]
>> y = exp(-x) .* sin(10 * x);
>> x
x =
columns 1 thorungh 7
0 0.0500 0.1000 0.1500 0.2000 0.2500 0.3000
columns 8 thorungh 14
0.3500 0.4000 0.4500 0.5000 0.5500 0.6000 0.6500
columns 15 thorungh 21
0.7000 0.7500 0.8000 0.8500 0.9000 0.9500 1.0000
>> y
y =
columns 1 thorungh 7
0 0.4560 0.7614 0.8586 0.7445 0.4661 0.1945
columns 8 thorungh 14
-0.2472 -0.5073 -0.6233 -0.5816 -0.4071 -0.0291 0.1123
columns 15 thorungh 21
0.3262 0.4431 0.4445 0.3413 0.1676 -0.0291 -0.2001
Dostları ilə paylaş: |