Akselerasiya nəzəriyyələri:
I. Fiziki-kimyəvi nəzəriyyələr
1. Heliogen. 2. Radiomaqnit dalğası. 3. Kosmik radiasiya. 4. Karbon qazlarının konsentrasiyasının atmosferdə artması.
II. Həyat tərzi amilləri ilə əlaqədar nəzəriyyələr
1. Alimentar. 2. Nutritiv. 3. Yüksək informasiya.
III. Genetik nəzəriyyələr
1. Bioloji dəyişikliklərin dövrülüyü. 2. Heterezis.
IV. Həyat faktorları kompleksi nəzəriyyəsi
Akselerasiya terminini tibbə gətirən Koxun fikrincə, akselerasiyanın səbəbini heliogen nəzəriyyə ilə izah etmək lazımdır: ultrabənövşəyi şüalarla şüalanmanın artması, uşaqların təmiz havada günəş radiasiyası altında çox olması.
Maqnit, radiodalğa nəzəriyyəsinə görə radiodalğaları inkişaf hormonlarına qıcıqlandırıcı təsir göstərərək akselerasiyaya səbəb olur.
K.Arsenev havada karbon və dəm qazının artmasını əsas səbəb sayır. Meşələrin qırılması, intensiv urbanizasiya nəticəsində atmosfer havasına daha çox karbon qazı buraxılır, nəticədə döş qəfəsinin dairəsi daha çox hava udmaq üçün enlənir və bunun nəticəsində digər F.İ. parametrləri də dəyişir.
II. Həyat tərzi ilə bağlı nəzəriyyələr
Lens hesab edir ki, şəhərlərdə zülaldan qida maddəsi kimi çox istifadə olunması akselerasiyanın səbəblərindən biridir. Furst hesab edir ki, vitaminlər və mineral maddələrlə zəngin qidalanma nutrigen nəzəriyyə əsas səbəblərdəndir. Digərləri informasiyanın artmasını əsas səbəb sayırlar.
III. Genetik nəzəriyyələrə diqqət böyükdür. Valideynlərin fiziki göstəriciləri, onların yaşı, uşaq doğarkən ananın yaşı əsas sayılır. Bu nəzəriyyələrin tərəfdarları bioloji dəyişikliklərin dövrü xarakterinə, müxtəlif tarixi dövrlərdə çəkinin və boyun qalxıb enməsinə istinad edirlər. məsələn: 160 sm ölçülü neandertal insan, 180 sm ölçülü kramanyon insan, kiçik ölçülü orta əsr insanları və XX əsrin 60-cı illərinin akselerantları.
Başqa izahatlarda əsas yeri heterezis: etnik qrupların bir-birinə qarışması, intensiv miqrasiya, urbanizasiya və s. tutur. Heterezis qarışıq nigahlar nəticəsində Fİ-ın sürətlənməsi, I nəsl hibridlərinin valideynlərindən ən yaxşı əlamətlərin seçilməsi ilə əlaqədardır.
IV. Həyat tərzi ilə bağlı faktorlar kompleksi nəzəriyyəsidir.
Şəhər uşaqları və yeniyetmələri arasında kəndə nisbətən
akselerasiya sürətlə gedir. Sosial və iqtisadi faktor kompleksindən asılı olaraq hətta bir ölkənin müxtəlif sosial qrupları arasında, varlı və yoxsul uşaqlar arasında kəskin fərqlər mövcuddur. Yoxsul uşaq və yeniyetmələr arasında əksinə, retrodasiya müşahidə olunur. Son illərdə urbanizasiya, sənayeləşmə və kollektiv həyat tərzi ilə bağlı faktorlar hətta travmaya bərabər sayılır və buradan da «urbanistik travma» nəzəriyyəsi ortaya çıxmışdır. Akselerasiya ilə əlaqədar tibbi baxımdan bəzi çətinliklər ortaya çıxmışdır: uşaqların böyük çəki ilə doğulması ölü doğulma və perinatal ölümü yüksəldir, doğuşun ağır keçməsinə, ana ölümünə səbəb olur. 5 kq çəki ilə doğulan uşaqlarda ölü doğulma 20 dəfə çox rast gəlir. Uzun sümüklərin belə intensiv inkişafı digər paranxemetoz orqanların inkişafını ləngidır, qamət pozğunluğu, skaliozlar yaradır.
Bu gün belə akselerasiya nə tam müsbət, nə də mənfi proses kimi qiymətləndirilə bilməz. Akselerasiya həkimlərin qarşısında çoxlu problemlər yaradıb:
- sosial yetişkənliyə nisbətən bioloji yetişkənliyin daha böyük sürətlə getməsi (cinsi əlaqəyə tez girmək, erkən abortlar, gənc anaların çoxalması, nigahdan kənar uşaq doğma və s.);
- uşaqların əmək fəaliyyəti, fiziki yük daşınması, qidalanması ilə bağlı yeni normalar, uşaq geyimləri, ayaqqabı, mebel və başqa məişət əşyaları üçün yeni normativlərin hazırlanması;
- norma ilə patologiyanm arasında differensasiyanın çətinləşməsi (variabilliyin artması hesabına);
- qrasializasiyanın artması (gövdənin uzununa böyüməsi ilə eninə böyüməsinin uyğun gəlməməsi hesabına doğuşun ağırlaşması).
Artıq 80-ci illərdən akselerasiyanın stabilləşməsi haqda məlumatlar verilməkdədir. İlk əvvəl Norveç, Almaniya, Çexoslovakiya, İtaliya, Yaponiya və başqa iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə akselerasiyanın zəifləməsi və disselerasiya müşahidə olunmaqdadır. L.V. Ermanın məlumatlarına görə, 1993-cü ildən Sankt-Peterburqda akselerasiya dayanmışdır. Ancaq inkişaf etməkdə oan ölkələrdə onun sürətlənməsi gözlənilə bilər.
Dostları ilə paylaş: |