MühaziRƏ II əhaliNİn sağlamliq vəZİYYƏTİ, onun meyarlari və ona təSİr göSTƏRƏn amiLLƏr kompleksi. Rİsk faktorlari haqqinda anlayiş, onlarin təSNİfati və TƏSİr güCÜ



Yüklə 41,43 Kb.
səhifə6/15
tarix02.02.2022
ölçüsü41,43 Kb.
#114080
1   2   3   4   5   6   7   8   9   ...   15
Həyat tərzi insanların maddi və mənəvi həyat sferalarında müəyyənləşmiş, tarixən əsaslandırılmış fəaliyyət tipidir.

Həyat tərzinin tərkibini əks edən modellər hazırlanmış və onun müxtəlif əhali qruplarının sağlamlığına təsiri öyrənilmişdir. Müxtəlif meyarlar üzrə qruplaşdırma aparılmışdır.

Aktivliyin xarakterinə görə: əqli aktivlik, fizik aktivlik

Aktivliyin formalarına görə: əmək və ya istehsalat aktivliyi, sosial aktivlik, mədəni (təhsil) aktivlik, tibbi aktivlik və aktivliyin başqa formaları.

Həyat tərzi və həyat şəraiti anlayışlarını dəqiq fərqləndirmək üçün bilmək lazımdır ki, həyat tərzi insan necə, nə tərzdə, nə cür düşünür, özünü aparır, fəaliyyət göstərir; həyat şəraiti isə kim və nə insanı əhatə edir, hansı şəraitdə o yaşayır, yaradır, fəaliyyət göstərir suallarına verilən cavablardır. Beləliklə, həyat şəraiti həyat tərzini yaradan, ona təsir edən və onunla yanaşı fəaliyyət göstərən faktordur.

Həyat tərzi anlayışı ilə «həyat ukladı», «həyat səviyyəsi; həyat keyfiyyəti və həyat stili» anlayışlarını əlaqələndirirlər. «Həyat səviyyəsi» maddi və mənəvi tələbatın tərkibini xarakterizə edərək həyat tərzinin miqdarca ifadə oluna bilən, ölçülən parametridir. Həyat səviyyəsinə milli dövriyyə məhsulunu, milli gəliri, istehsal foııdunu, əhalinin real gəlir fondunu, mənzillə, istirahətlə, ticarətlə, təhsil orqanları ilə təminatını, tibbi yardımla əhatə olunmasını, sağlamlıq və demoqrafik göstəriciləri, təhsil səviyyəsini, əmək və istirahət vaxtlarını, əhalinin gəlir və çıxarının tərkibini və s. misal göstərmək olar.

«Həyat ukladı» dedikdə, insanların həyat fəaliyyəti baş verən müəyyən ardıcıllığı, reqlamenti nəzərdə tutulur.

«Həyat stili» fərdi davranış xüsusiyyətidir. Bura həm də fərdi düşüncə tərzi aiddir.

50-60-cı illərdən etibarən tez-tez «Həyat keyfiyyəti» anlayışına rast gəlinir. Həyat tərzinin keyfiyyət tərəfini xarakterizə edir.

Sağlamlıq təkcə göstəricilərdən və indekslərdən ibarət olmayıb, həm də mürəkkəb bir kompleks sistemidir. Ona görə də kompleks sosial-gigiyenik və kliniki-sosial tədqiqatlar, metod və yanaşmalarla öyrənilməlidir. Belə tədqiqatların köməyi ilə həyat tərzinin sağlamlığa bilavasitə təsirini aşkara çıxarmaq mümkündür. Sosial şərait və sağlamlıq göstəriciləri arasında korrelyasiya aşkar edilə bilər. Xüsusilə kompleks ailə daxili tədqiqatlar bu baxımdan yaxşı nəticələr verir. Ailədə gün rejiminə riayət olunursa 59% hallarda sağlamlıq vəziyyəti «yaxşı», 35%-kafi, 6%-pis qiymətləndirilmişdir. Əks halda isə yaxşı nəticə 45%, kafi - 47%, qeyri-kafi - 8% təşkil etmişdir. Düzgün olmayan həyat tərzi xroniki xəstəliklərlə bərabər 60% hallarda kəskin xəstəliklərin də səbəblərindən biri sayılmalıdır. Alimlər tərəfindən Qərbi-Sibir ərazisində mədə xərçənginin əmələ gəlməsinə həyat tərzinin təsiri araşdırılmışdır. Məlum olmuşdur ki, qeyri-normal həyat tərzi artıq 40 yaşına qədər formalaşıb qurtarır: qidalanma rejiminin pozulması (qeyri-requlyar qida qəbulu, quru yeməklər yemək, gecə doyunca yeyib yatmaq, çox yemək, çox isti, çox qızardılmış və ədviyyatlı qidaların qəbulu), spirtli içkilərdən çox istifadə etmə, siqaret çəkmə, peşə zərərləri, ağırfiziki əmək, əsəb-ruhi gərginlik və s. nəticəsində mədə xərçəngi xəstəliyi yaranmış olur.

Belə tədqiqatlar çox davamlı davranış stereotipi aşkara çıxarmışdır. Qocalığa görə təqaüdə çıxdıqdan sonra işləməyən təqaüdçülərin asudə vaxtlarından səmərəli istifadə edib - etmədikləri öyrənilərkən 37 faktorun təsiri araşdırılmış və əksər təqaüdçülərin öz əvvəlki stereotiplərini qoruyub saxladıqları aşkar edilmişdir. Alınan küllü miqdarda informasiyanın təhlili göstərir ki, həyat tərzinin sağlamlığa təsir gücü 50-55% təşkil edir.


Yüklə 41,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin