MühaziRƏ II əhaliNİn sağlamliq vəZİYYƏTİ, onun meyarlari və ona təSİr göSTƏRƏn amiLLƏr kompleksi. Rİsk faktorlari haqqinda anlayiş, onlarin təSNİfati və TƏSİr güCÜ


Sanalogiya - valeologiya. Sağlamlığın yaradılmasının bəzi konsepsiyaları



Yüklə 41,43 Kb.
səhifə9/15
tarix02.02.2022
ölçüsü41,43 Kb.
#114080
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Sanalogiya - valeologiya. Sağlamlığın yaradılmasının bəzi konsepsiyaları. Sağlamlığı qiymətləndirmək üçün müvafiq göstəricilər, meyarlar demək olar ki, yoxdur. 60-cı illərdə bu məqsədlə sağlamlıq indeksindən istifadə olunmağa başlanmışdır. Sağlamlıq indeksi il ərzində tibbi yardım üçün müraciət etməyənlərin xüsusi çəkisi ilə ölçülür. Bu günə qədər təbabət patologiya elminə və müalicəyə istinad edir. Həqiqətdə isə təbabətin məqsədi insanların xəstəliklərdən qorunması, sağlamlığın möhkəmləndirilməsidir. Sanalogiya termini ilk dəfə 70-ci illərdə Y.P. Lisitsin tərəfindən tibbə gətirilib: sanitas - sağlamlıq deməkdir. Sanalogiya - sağlamlıq haqda təlim olub, sağlamlarda sağlamlığın qorunması, möhkəmləndirilməsi ilə məşğul olan elm sahəsidir. Sanalogiya termininə «valeologiya» termini çox yaxındır. Alim İ.İ.Brexman tərəfindən 80-ci illərdə tibbə gətirilmiş və «Valeologiyaya giriş» (1987) kitabında ətraflı şərh olunmuşdur. Sanalogiya termininə nisbətən valeologiya daha geniş yayılmışdır. Bunların arasında semantik fərq mövcuddur. Valeologiya daha çox fərdi sağlamlığa aiddir. Sanalogiya isə ictimai, qrup, populyasiyon sağlamlıq təlimidir. Fərdi sağlamlıq xarici mühit göstəriciləri üçün xarakterizə edilə bilməz. Valeologiyanın obyekti sağlam insandır və ya üçüncü vəziyyətdə olan insandır. Məqsədi: fərdin sağlamlığını qoruyub saxlamaq, möhkəmləndirmək, dəyişən xarici mühit faktorlarına uyğunlaşma imkanlarını genişləndirmək, sağlamlıq mexanizmini təkmilləşdirməkdir.

Sanalogiya termini fizioloqlar, patofizioloqlar tərəfindən tez-tez işlədilən sanogenez terminindən yaranıb. Mahiyətinə görə sanalogiya təbabətin ümumtibbi nəzəri, metodoloji-sintetik aspektidir. Sanalogiyanın başlanğıc konsepsiyalarına aşağıdakılar aiddir:

- risk faktorları (birincili, ikincili, böyük);

- sağlamlığın əsaslandırılması modelləri;

- həyat tərzinin sağlamlığa birbaşa təsiri;

- sağlam həyat tərzi, onun formalaşdırılması, tibbi aktivliyin rolu;

- başqaları.

Valeologiyanın tərəfdarları sanalogiyanı gigiyenanın bir hissəsi sayırlar. Ancaq qeyd etmək lazımdır ki, sanalogiya sağlamlarda sağlamlığı təkcə gigiyenik tədbirlərlə yox, həm də iqtisadi, təşkilati, sosial, psixoloji, tibbi və digər tədbirlərlə qoruyur. Gigiyena isə bioloji, kimyəvi, fiziki və başqa xarici mühit faktorlarının sağlamlığa təsirini və onlardan qorunma yollarını öyrənir. Sanalogiya sağlamlığı təmin edən, onu artıran, möhkəmləndirən və qoruyan nəzəri və təcrübi sahənin vəhdətidir.

Sanalogiya əhalinin sağlamlığının qorunması sahəsində yeridilən sosial siyasətin ideologiyası olmalıdır. Sanalogiya bir tərəfdən XX əsr təbabətinin konkret nailiyyəti kimi qiymətləndirilməlidirsə, digər tərəfdən təbabətin əsas məsələsi olan: sağlamlıq nədən asılıdır? - sualına cavab olaraq sağlamlığın əsaslandırılması formulu və modelinin hazırlanması istiqamətində böyük nəzəri yekun kimi qiymətləndirilməlidir. Bu formulun ictimai sağlamlığın qorunması və möhkəmləndirilməsi proqramı hazırlandıqda və həyata keçirildikdə bu formulun böyük strateji əhəmiyyəti olmuşdur.

Y.P. Lisıtsinin fikrincə, sağlamlığın formalaşması 2 faza üzrə getməlidir:

I. faza - sağlamlığa təsir göstərən risk faktorlarının aradan qaldırılması;

II. faza - sağlam həyat tərzi amillərini faktorlarını yaratmaq (cədvəl 1).

Sanalogiya V.M. Dilman tərəfindən yaradılmış dörd ümumiləşdirici xəstəlik modeli ilə çox əlaqəlidir. Xəstəliklərin səbəbi daha çox xarici aləmdən gələn (ekoloji model), nəsli-irsi asılılıq (genetik model) ilə izah edilir, çünki bu modellərin faktorları zəiflədilə, idarə edilə və hətta qarşısı belə alına bilər.


Yüklə 41,43 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin