MühaziRƏ II əhaliNİn sağlamliq vəZİYYƏTİ, onun meyarlari və ona təSİr göSTƏRƏn amiLLƏr kompleksi. Rİsk faktorlari haqqinda anlayiş, onlarin təSNİfati və TƏSİr güCÜ


Sağlamlığa təsir göstərən risk faktorlarını aradan qaldırmaq



Yüklə 41,43 Kb.
səhifə11/15
tarix02.02.2022
ölçüsü41,43 Kb.
#114080
1   ...   7   8   9   10   11   12   13   14   15
Sağlamlığa təsir göstərən risk faktorlarını aradan qaldırmaq

II faza

Sağlam həyat tərzi faktorlarını yaratmaq

Sosial və tibbi aktivliyin, ümumi və gigiyenik mədəniyyətin səviyyəsinin aşağı olması

Yüksək səviyyəli sosial və tibbi aktivlik, ümumi və gigiyenik aktivlik, sosial optimizm

Aşağı səviyyəli tibbi aktivlik və öz əməyindən narazılıq

Yüksək səviyyəli əmək aktivliyi, öz əməyindən razılıq

Psixoemosional stress, passivlik, apatiya, psixoloji diskomfort, depressiya və s.

Fiziki və ruhi komfort. Fiziki, ruhi və intellektual imkanların harmonik inkişafı

Ətraf mühitin çirkləndirilməsi, ekoloji aktivliyin aşağı səviyyədə olması

Ətraf mühitin sağlamlaşdırılması, yüksək ekoloji aktivlik, mədəni ekoloji davranış

Hipodinamiya, fiziki aktivliyin aşağı səviyyədə olması

Fiziki aktivlik

Qeyri-rasional, balanslaşdırılmamış qidalanma, qida çatışmazlığı

Rasional, balanslaşdırılmış qida- lanma

Spirtli içkilərdən çox istifadə etmə, siqaret çəkmə, narkotik və toksik maddələrdən istifadə

Pis adətlərin olmaması (spirtli içkilər içməmək, siqaret çəkməmək, narkotik və s. maddələrdən istifadə etməmək)

Ailədaxili münasibətlərin gərgin- liyi, məişət şəraitinin pis olması

Mehriban ailə münasibətləri, məişət şəraitinin yaxşı olması

liyin yaranması üçün şərait, mənfi fon yaradır. Qeyd etmək lazımdır ki, bəzən xəstəliyin səbəbləri və risk faktorları bir-biri ilə elə güclü səbəb-nəticə əlaqələri ilə çarpazlaşmış, elə inteqrasiyaya uğramışdır ki, səbəb bəzi risk faktoru üçün nəticə və əksinə ola bilər. Xroniki qeyri-epidemik xəstəlikləri öyrənmək üçün risk faktorları təlimi çox əhəmiyyətlidir.

Risk faktorlarının sayı ilbəil durmadan artır. 60-cı illərdə genetik faktorların sayı ancaq 1000 idisə, indi 3 mini ötüb. Ancaq ətraf mühitdən insana 6 mln-dan artıq çirkləndirici təsir göstərir, hər il onların sayı 5-6 min artır.

Risk faktorlarının müxtəlif təsnifatı mövcuddur, bunlardan biri də böyük risk faktorları nəzəriyyəsidir. ÜDS xəstəlikləri üçün aşağıdakı risk faktorları əsasdır: siqaret çəkmə, hipodinamiya, artıq çəki, balanslaşdırılmamış qidalanma, arterial hipertenziya, psixoemosional stress, alkoqol və s. Deyilənlər həm də bir çox qeyri-epidemik xəstəliklərin risk faktorudur. Əksəriyyəti subyektiv faktorlar olub insanların davranışından, həyat tərzindən yaranır.

Təbiətinə görə risk faktorları birincili və ikincili ola bilər. Həyat tərzinin bütün mənfi təzahürləri, ətraf mühitin kimyəvi maddələrlə çirklənməsi, səhiyyə xidmətinin pis təşkil edilməsi birincili risk faktorlarındandır.

Birincili böyük risk faktorlarına: siqaret çəkmə, spirtli içkilərdən istifadə etmə, qeyri-rasional qidalanma, hipodinamiya, psixoemosional stresslər; ikincili böyük risk faktorlarına: diabet, arterial hipertenziya, lipidemiya-xolisterinemiya, revmatizm, allergiya, immundefisitlər aiddir.

Əhalinin müəyyən xəstəliklərə qarşı meylli qruplarına risk qrupları deyilir. Bura: qocalar, uşaqlar, hamilə qadınlar, miqrantlar, tənhalar, işsizlər, yaşayış yeri olmayanlar, deviant davranışlı şəxslər (alkoqoliklər, sərxoşlar, narkomanlar, psixopatlar, fahişələr-əxlaqsızlar) və zərərli istehsalat mühitində işləyənlər aiddir.

Y.P. Lisitsın tərəfindən sağlamlıq riski olan əhalinin 5 qrupdan ibarət yeni təsnifatı verilmişdir.

1. Demoqrafik əlamətlər üzrə qruplar: uşaqlar, qocalar, tənhalar, dul qalmışlar, miqrantlar, qaçqınlar, tez-tez yaşayış yerini dəyişənlər.

2. İstehsalat, peşə risk qrupları: sağlamlıq üçün zərərli istehsalat şəraitində işləyənlər (ağır metallurgiya, maşınqayırma, nəqliyyat, neft, kimya sənayesi və başqaları).

3. Funksional və patoloji vəziyyətlə bağlı risk qrupları: hamilələr, yarımçıq doğulmuşlar, kiçik çəki ilə doğulanlar, genetik riski olan, anomaliyası defektli şəxslər, uşaqlıq yaşından əlil olanlar.

4. Ağır həyat şəraiti ilə, yoxsulluq və dilənçiliklə bağlı risk faktorları, kasıblar, pis təmin olunmuşlar, işsizlər, yarım iş günü işləyənlər, peşəsi üzrə iş yeri olmayanlar, yaşayış yeri olmayanlar.

5. Deviant davranışlı şəxslər risk qrupu: spirtli içkilərdən çox istifadə edənlər, narkomanlar, toksikomonlar, əxlaqsızlar, seksual təmayüllü şəxslər (homoseksualistlər, bisek- sualistlər və digər seksual azlıqlar), ruhi və davranış deformasiyası olanlar (nevropatlar, psixopatlar və s.).

Y.P. Lisitsının hesablamalarına görə, risk faktorları içərisində əsas yeri, hətta yarıdan çoxunu həyat tərzi ilə bağlı faktorlar təşkil edir. Ətraf mühitlə bağlı faktorlar 20-25%, irsi faktorlar 15-20%, səhiyyə müəssisələri və orqanları ilə bağlı faktorlar 8-12% təşkil edir. Bu faktorlar sağlamlığa və xəstəliyə öz təsirini göstərir. Verilən rəqəmlər amerikan alimlərinin araşdırmalarında da təsdiq edilmişdir. Cədvəl 2 ayrı-ayrı risk faktorlarının sağlamlıq göstəricilərinə və sağlamlığın pozulmasına olan təsirini, cədvəl 3 isə müxtəlif xroniki və zədələnmələr zamanı risk faktorlarının xüsusi çəkisini əks etdirir.




Yüklə 41,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin