MühaziRƏ II əhaliNİn sağlamliq vəZİYYƏTİ, onun meyarlari və ona təSİr göSTƏRƏn amiLLƏr kompleksi. Rİsk faktorlari haqqinda anlayiş, onlarin təSNİfati və TƏSİr güCÜ



Yüklə 41,43 Kb.
səhifə14/15
tarix02.02.2022
ölçüsü41,43 Kb.
#114080
1   ...   7   8   9   10   11   12   13   14   15
Həyat tərzinin mənfi faktorları

Gene- tik risk

Ətraf mü- hitin çirk- lənməsi

Səhiyyədə olan ça- tışmazlıq- lar

Ürəyin işemik xəstəlikləri

60

18

12

10

Beyin-damar pozğunluqları

65

17

13

5

Digər ürək-damar sistemi xəstəlikləri

40

35

17

8

Xərçəng

45

26

19

10

Şəkərli diabet

35

53

2

10

Pnevmoniya

19

18

43

20

Ağciyərlərin emfizeması və astma

35

15

40

10

Qaraciyər sirrozu

70

18

9

3

Nəqliyyat zədələnmələri

65

3

27

5

Başqa bədbəxt hadisələr

55

5

30

10

İntiharlar

55

25

15

5

FİG»nin səviyyəsinə sosial-bioloji, tibbi-sosial, təşkilati, təbii-iqlim faktorları kompleksi təsir göstərir. FİG müxtəlif millətlərin nümayəndələrində, müxtəlif coğrafi en dairələrində yaşayanlarda bir-birindən fərqlənir. Mənfi faktorların uzunmüddətli təsiri nəticəsində FİG pisləşir, əksinə, həyat şəraitinin yaxşılaşması, normallaşması onun səviyyəsini yüksəldir.

Fiziki inkişaf göstəriciləri aşağıdakılardır:

1. Antropometrik göstəricilər. İnsanın bədəninin, skeletin ölçülərinin öyrənilməsinə əsaslanır. Bura aşağıdakılar aiddir:

1.1. somatometrik - bədənin və onun hissələrinin ölçüləri;

1.2. osteometrik - skeletin və onun hissələrinin öiçüləri;

1.3. kraniometrik - kəllənin ölçüləri.

2. Antroposkopik - bütünlükdə bədənin və onun hissələrinin təsviri. Buraya piy təbəqəsinin, əzələlərin inkişaf vəziyyəti, döş qəfəsinin, onurğanın, qarnın, ayaqların forması, piqmentasiya, tük örtüyü, ikincili cinsi əlamətlər və sairə aiddir.

3. Fiziometrik əlamətlər. Orqanizmin fizioloji vəziyyətini və funksional imkanlarını müəyyən edir. Xüsusi cihazların köməkliyi ilə ölçülür. Ağ ciyərin həyat tutumu spirometrlə, əl əzələlərinin gücü isə dinamometrlə ölçülür.

Fiziki inkişaf konstitusional diaqnostikada böyük rol oynayır. Bir çox xəstəliklərın və patoloji vəziyyətlərin antropometrik markerlərini aşkara çıxarmaq, mamalıq praktikasında çanağın ölçülərini bilməklə doğuşun taktikasını müəyyənləşdirmək üçün istifadə olunur. Antropometrik göstəricilər uşaqların fiziki inkişafı üzərində nəzarət aparmağa, sağlamlaşdırıcı tədbirlərin səmərəli olub olmamasını qiymətləndirməyə imkan verir. Həyat rejimini müəyyənləşdirdikdə, fiziki yükün miqdarını öyrəndikdə bu göstəriciləri bilmək vacibdir. Uşağın məktəb üçün yetişkənliyini müəyyənləşdirdikdə və eləcə də məhkəmə təbabətində istifadə olunur. Antropometrik göstəricilərin bəzilərindən statistikada «diri doğulma», «ölü doğulma», «yarımçıq doğulma», «doğularkən çəki» kriterilərini müəyyənləşdirmək üçün istifadə olunur. Hərbi xidmətdə iştirak etməyə yararlıq və qoşun növünü müəyyənləşdirmək üçün də bu göstəricilərdən istifadə olunur.

Fiziki inkişaf böyük tibbi-sosial əhəmiyyətə malikdir. Onun səviyyəsi cəmiyyətin sosial güzəranından asılıdır.

Fiziki inkişafın öyrənilməsi ilə aşağıdakı vəzifələrin yerinə yetirilməsi mümkündür:

1. Müxtəlif yaş-cins qruplarında fiziki inkişafm öyrənilməsi və müəyyən müddətdə yaranmış dəyişikliklərin, qanunauyğunluqların araşdırılması.

2. Eyni kollektivlərdə həm fiziki inkişafm üzərində və həm də sağlamlıq vəziyyəti üzərində dinamiki müşahidənin aparılması.

3. Fərdi və qrup halında fiziki inkişafı qiymətləndirmək üçün yerli və regional yaş-cins standartlarının hazırlanması.

4. Sağlamlaşdırıcı tədbirlərin səmərəliliyinin

qiymətləndirilməsi.

Fiziki inkişafı qiymətləndirmək üçün hazırda 60 təsviri və ölçülü əlamətin öyrənilib qiymətləndirilməsi vacibdir. Bu zaman vacib standart tələbləri gözləmək lazımdır. Ölçü və qiymətləndirmənin səhər, yaxşı işıqlandırılmış yerdə, dəqiq işləyən alətlərlə, müasir texnologiya və metodikaya əsasən aparmaq tövsiyə olunur. Antropometriya üçün antropometr, boyölçən, santimetr lenti, pərgar və s. istifadə olunur.

Antroposkopiya məqsədilə şkalalardan və sxemlərdən istifadə olunur. Fiziometriya xüsusi cihazlar əsasında aparılır, hətta fotoqrafiyadan - stereofotoqrammometriyadan istifadə olunur. Uşağın fiziki inkişafı üzərində nəzarət doğulduğu andan başlanır, uşaq poliklinikaları, məktəbəqədər uşaq müəssisələri və məktəblərdə müəyyən vaxtlarda müvafiq təlimatlara əsasən aparılır. Alınan nəticələr «uşağın inkişaf tarixinə», «uşağın tibbi vərəqəsinə» köçürülür. Fiziki inkişafı təhlil etmək və onu qiymətləndirmək üçün ümumiləşdirici və fərdi müşahidə metodlarından istifadə edilir. Daha tam və dünya üzrə dəqiq məlumat reqressiya şkalası üzrə fərdi qiymətləndirilmədir. Bu günə qədər ümumi qəbul olunmuş yaş-cins standartları yoxdur. Regional yaş-cins standartları hazırlanarkən aşağıdakı şərtlər mütləq gözlənilməlidir:

1. Standartların regional olması təmin edilməlidir.

2. Standartlar reprezentativ tədqiqatla əldə edilən məlumatlara əsasən hazırlanmalıdır.

3. Müşahidə materialından xəstə (raxit, qamət pozğunluğu, endokrin pozğunluğu olan) və böyük amplitudaya malik olan (çox uzun, çox gödək, arıq, kök) uşaqlar haqqında məlumatlar çıxarılmalıdır.

4. Vahid metodika üzrə aparılmalı, ölçülməli və qiymətləndirilməlidir.

5. Yerli standartlarda həyat tərzinin dəyişilməsi ilə əla qədar 5 ildən bir düzəliş aparılmalıdır.

Fiziki inkişafı üzərində mütləq nəzarət aparılmalı olan kontingentlər, yeni doğulanlar, hərbi çağırışçılar, hamilə qadınlar, digər əhali kateqoriyalarıdır.

Yeniyetmələrin fiziki inkişafı öyrənilərkən ikincili cinsi əlamətlərin meydana gəlməsi vaxtı və vəziyyəti mütləq qiymətləndirilməlidir; qasıq və qoltuqaltı nahiyədə tükün çıxma vaxtı, tüklənmə dərəcəsi xüsusi kriterilər əsasında ballarla qiymətləndirilir. Qızlarda menstruasiyanın başlama vaxtı öyrənilməlidir, Hətta bəzən selikli qişaların rəngi də qiymətləndirilir.

Məktəblilərin fiziki inkişafı öyrənilərkən mütləq arterial qan təzyiqi, nəbz, sidik, nəcis və qanın müayinəsi daxil edilməlidir.

Beləliklə, fiziki inkişafı qiymətləndirərkən fərdi qiymətləndirmə ilə yanaşı, orta göstəricilər, göstəricilərin bir-birinə münasibəti, müvafiqliyi, korrelyasiyası və reqressiya üzrə də qiymətləndirmə aparılmalıdır. Reqressiya şkalası üzrə qiymətləndirmə apararkən əsas əlamət kimi ayaq üstə boy götürülməlidir. Hazırda fiziki inkişafı qiymətləndirmək üçün çoxlu sxemlərdən istifadə olunur, məsələn: sovet antropoloqlarından V.V.Bunak, A.B.Staviskaya, P.İ.Başkirov, A.İ.Poxomiçev və başqaları tərəfindən verilən sxemlər diqqətə layiqdir. V.Q.Vlastovskiy qeyd edirdi ki, bu sxemlərin çatışmayan cəhəti piy təbəqəsinin inkişaf dərəcəsinin, köklüyün, döş qəfəsinin dairəsinin geniş olması faktorlarının nəzərə alınmamasıdır. Alimin fikrinə görə, şəhər uşaqlarının 4-5%-ində çəki normadan 15-30% artıqdır, piy təbəqəsinin qalınlığı 2-3 dəfə çoxdur və onlar reqression şkalalar üzrə adekvat qiymətləndirilə bilmirlər.

Akselerasiya (latın sözü olan acceleratio - sürətlənmə) əvvəlki nəsillərə nisbətən uşaq və yeniyetmələrin boyunun artması kimi ilk dəfə 1935-ci ildə alman gigiyenisti Kox tərəfindən tibbə gətirilib. Akselerasiyanın ən yüksək təzahürü XX əsrin ortalarında qeydə alınmışdır. Tarixi inkişafda akselerasiyanı qiymətləndirmək məqsədilə müharibədən əvvəlki fıziki inkişafın göstəricilərini 60-cı illərlə, bu məlumatları isə 80-ci illərin ortaları və nəhayət, XX əsrin sonuncu 10 illiyi ilə müqayisə edək.

Birinci növbədə yenidoğulanların çəkisinə diqqət yetirək. 30 il müddətində (1939-1968) doğularkən çəki 500 qr artıb və 3500 qrama çatıb. Bu müddətdə boy isə 2 sm (E.S.Şmakov) artıb. Almaniyada 40-45 il müddətində doğularkən çəki 300 qr, boy isə 1,2 sm artmışdır (K.Vinter). 4000 qr-dan artıq çəki ilə doğulanların sayı 5%-dən artaraq 12-16%-ə qədər çatmışdır. Deyilənlərdən aydın olur ki, akselerasiya bətndaxili dövrdən başlanıb. Fiziki inkişafın güclənməsi bütün yaşlarda özünü göstərib. Moskva şəhərində 1963-1964-cü illərdə 1926-1927-ci illərə nisbətən 1 yaşlı uşaqların boyunun 4 sm, çəkisinin isə 1284 qram artması aşkara çıxarılmışdır; Leninqradda boy 2,15 sm, çəki 870 qram; Kiyevdə isə boy 1,5 sm, çəki 1143 qr artmışdır. Fİ-da nəzərə çarpan dəyişikliklər məktəbəqədər və məktəb yaşlılarda da müşahidə edilmişdir.

Yeniyetmələrin Fİ göstəriciləri səhiyyənin göstəricisi, səhiyyə orqanlarının və maarif idarələrinin həyata keçirdikləri tədbirlərin səmərəlilik göstəricisi kimi də qiymətləndirilə bilər. Ən ağır vəziyyət 1943-1945-ci illərdə müşahidə edilmişdir: 15 yaşlı işləyən yeniyetmələrin boyu 1940-cı illə müqayisədə öz həmyaşıdlarından 8,5 sm, çəkisi 6-7 kq az olmuşdur, döş qəfəsinin dairəsi 3,3 sm azalmışdır. 1955-ci ildən sonra işləyən yeniyetmələrin FİG müharibədən əvvəlki göstəricilər səviyyəsinə yüksələ bilmişdir. 1944-1945-ci illərlə müqayisədə 16 yaşlı oğlan uşaqlarının boyu 1966-cı ildə 17,8 sm, çəkiləri isə 16,7 kq, döş qəfəslərinin dairəsi 11,5 sm artmışdır.

K.Arsenev adlı mühəndisin «Texnika molodeji» (1969, 3) jurnalında dərc etdirdiyi «Yer kürəsi nəhənglər planeti olacaqmı?» məqaləsi belə başlanır: - əhvalat Poltava yaxınlığında baş vermişdir. XVIII əsrdə həmin yerdə İsveç kralı Karlin qoşunları ilə I Pyotrun qoşunları arasında müharibə olmuşdu. Arxeoloqlar müxtəlif məişət və hərbi əşyaları öyrənərkən həm də yolüstü əsgərlərin skeletlərini də öyrənməyə başlayırlar və belə bir qəribə faktla rastlaşırlar, sən demə XVIII əsrin əsgərləri müasir əsgərlərdən 20 sm qısa boylu imiş. Daha sonra 1961-ci il hərbi çağırışçılarının boyu 1941-ci illə müqayisə olundu: - boy 8 sm artmışdı. Müqayisə nəticəsində aydın oldu ki, 200 il müddətində boy 20 sm, 20 il müddətində isə 8 smartmışdır. Hər 10 il müddətində boyun artması I halda 1 sm, II halda isə 4 sm təşkil etmişdir.

Moskva şəhərində uşaqların boyu 30 il müddətində 10 sm, Yaroslavl şəhərində 7 sm, kənd yerlərində isə cəmi 4 sm artmışdır.

Azəbaycanda K.Y. Fərəcova 1927-1928-ci illərin məlumatını 1959-1960-cı illərlə müqayisə edərək çəki, boy və bədən ölçülərinin artmasını qeyd etmişdir. Çəki oğlanlarda 6 kq, qızlarda 2-5 kq; boy isə 14-15 yaşlı oğlanlarda hətta 10 sm artmışdır.

Qərbi Avropa dövlətlərində məktəb yaşlı uşaqların boyunun 5-10 sm artması qeyd olunub. V.Knott və X.Mereditin (1963) məlumatlarına görə, 1961-1980-ci illər ərzində ABŞ-da 11 yaşlı ağ amerikalıların boyu 10 sm, 15 yaşlıların isə 13 sm artmışdır. Çəkiləri müvafiq olaraq 7 və 14 kq artmışdır; çəki təqribən 30%, boy isə 8% artmışdır.

İ.Xeymendinçer inkişaf etmiş kapitalist dövlətləri üçün sekulyar artımı % ilə ifadə edərək göstərmişlər ki, oğlanlarda bədənin uzunluğu 5%, qızlarda 4,4%; çəkiləri isə müvafiq qaydada oğlanlarda 9,4%, qızlarda 10,7% artmışdır.

Ədəbiyyat məlumatlarının təhlili nəticəsində demək olar ki, 100 il ərzində (70-ci illərədək) yeniyetmələrin boyu 15-20 sm artmışdır. 50 il ərzində yaşlı kişilərin boyu 10 sm, qadınlarınki 6 sm artmışdır.

Boyun uzanması əsasən aşağı ətrafların hesabınadır, gövdənin uzunluğu dəyişilməyib. Akselerasiya nəticəsində qızların boyunun uzanması daha tez başa çatır və 16-17 yaşında dayanır; oğlanlarda isə 18-19 yaşda başa çatır, halbuki, 50 il əvvəl kişilərin boyu 25-26 yaşadək artırdı. Skeletin sümükləşməsi tezləşmiş, dişlərin çıxması və süd dişlərinin tökülməsi sürətlənmişdir. 60-cı illərdə 50 yaşında olanların görmə qabiliyyəti əvvəlki illərdə 45 yaşlıların görmə qabiliyyətinə bərabər idi. Ədəbiyyatlarda yeniyetmələrin ürəyinin böyük ölçülü olması haqda da məlumatlara rast gəlinir.

Ədəbiyyatlarda «sekulyar trendin» idman sahəsində nailiyyətlərə, xüsusən «yadro» itələmə, uzununa və hündürlüyə tullanmada yaxşı nəticələrə səbəb olması haqda, yəni hərəki aktivliyə səbəb olması haqda məlumatlara rast gəlinir. Bəzi biokimyəvi konstantların akselerantlarda dəyişməsi, məsələn: leykosit və limfasitlərin azalması qeyd olunur. Boyun, çəkinin artması ilə yanaşı, cinsi yetişkənliyin də tezləşməsi müşahidə olunur. Oğlanlarda cinsi yetişkənlik XIX əsrə nisbətən 2 il tezləşmişdir. K.Fərəcovanın məlumatlarına görə, 1970-ci ildə artıq qızlarda cinsi yetişkənlik 10-11 yaşda, oğlanlarda 12-13 yaşda başlanır.

Şimali Avropada birinci menstruasiya 17 yaşında (1850) başlayırdısa, 100 il sonra 13 yaşa qədər tezləşib. Hər 10 ildən bir menstruasiya yaşı 4-6 ay qabağa keçir. ABŞ, Qərbi Avropada 1970-ci ildə menstruasiya yaşı 12-13 yaş təşkıl edirdi.

Əvvəllərdə belə bir fikir vardı ki, güya cənublu qızlar şimal qızlarına nisbətən daha tez yetişir. Ancaq Nigeriyada yaşayanlarda və eskimoslarda bunu müqayisə etdikdə aydın olur ki, menstruasiyanın başlanma yaşı bərabərdir (14,3 və 14,4 yaş).

Akselerasiya ilə əlaqədar klimaks yaşının 5-8 il gecikməsi müşahidə olunur. əksər qadınlarda 48-50 yaşda baş verır.

Xarici ölkə alimləri akselerasiya ilə əiaqədar yeniyetmə və gənclərdə praqmatizmin, skeptisizmin artması, fantaziyanın zəifləməsi, texniki və təşkilatçılıq imkanlarının artmasında görürlər. Sovet alimləri isə şəxsiyyətin inkişafında xarakter dəyişikliklər: erkən yaşlarda uşaq ərköyünlüyünün yaranmasını, dərs mənimsəmə qabiliyyətinin artmasını qeyd edirlər. Bəzi alimlər orta yaşama müddətinin artmasını akselerasiya ilə əlaqələndirirlər.


Yüklə 41,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin