MühaziRƏ II əhaliNİn sağlamliq vəZİYYƏTİ, onun meyarlari və ona təSİr göSTƏRƏn amiLLƏr kompleksi. Rİsk faktorlari haqqinda anlayiş, onlarin təSNİfati və TƏSİr güCÜ



Yüklə 41,43 Kb.
səhifə4/15
tarix02.02.2022
ölçüsü41,43 Kb.
#114080
1   2   3   4   5   6   7   8   9   ...   15
Sağlamlıq balansı - sağlamlıq potensialı ilə ona təsir göstərən faktorlar arasında müvazinət vəziyyətidir.

İnsanın, fərdin sağlamlığı müxtəlif aspektlərdən öyrənilə bilər: sosial-bioloji, sosial-iqtisadi, iqtisadi, mənəvi-estetik, psixofizioloji və digərləri. Mücərrəd sağlamlıqdan deyil, fərdi sağlamlıqdan danışıldığı üçün insana heyvani bir orqanizm kimi yox, biososial bir varlıq kimi yanaşılmalıdır. Müasir insanın sağlamlığı «Homo Sapiens» cinsinin təbii təkamülünün nəticəsi kimi ortaya çıxaraq daha çox xarici-sosial faktorlardan asılıdır. Sivilizasiyanın inkişafının bütün mərhələlərində bu faktorların rolu bütün münasibətlərdə durmadan artır. Sağlamlıq insana təbiət tərəfindən bir bəxşiş kimi, ali bir nemət kimi bəxş olunmuşdur. İctimai proseslərdə insanın sağlamlığı gah bu, gah da digər istiqamətlərdə dəyişə bilər. İnsanın təbiətində bioloji həmişə sosialla əlaqəlidir, vəhdətdədir. Məhz insanda sosialla biolojinin nisbəti problemi onun sağlamlığının xarakterini və təbiətini müəyyən edir. Sağlamlıq və xəstəliyə biososial kateqoriya kimi yanaşmaq vacibdir.

Sağlamlığı tibbi-sosial cəhətdən təcəssüm etdirmək məqsədilə ÜDST-nın qətnaməsində sağlamlığa verilən tərifin

üzərində dayanaq. Sağlamlıq təkcə xəstəliyin və fiziki qüsurların olmaması deyil, tam fiziki, ruhi və sosial salamatlığın ahəngdarlığı vəziyyətidir. ÜDST sənədlərində dəfələrlə qeyd edilib ki; insanların sağlamlığı sosial keyfiyyətdir. Buna görə də ictimai sağlamlığı qiymətləndirmək üçün ÜDST aşağıdakı göstəriciləri məsləhət bilir:

1. Milli dövriyyə məhsulundan səhiyyə üçün ayrılan vəsaitin

həcmi;


2. Birincili - tibbi-sosial yardımın mümkünlüyü;

3. Əhalinin tibbi xidmətlə əhatə olunması;

4. Əhalinin peyvəndlərlə əhatə olunma səviyyəsi;

5. Hamilə qadınlara yüksək ixtisaslı tibbi yardımın

göstərilməsi səviyyəsi;

6. Qidalanmanm, o cümlədən uşaqların qidalanmasının

vəziyyəti;

7. Körpə ölümünün səviyyəsi;

8. Orta ömür uzunluğu;

9. Əhalinin tibbi savadı, gigiyenik biliklərin səviyyəsi

İctimai sağlamlığı, əhali sağlamlığını, qrup halında

sağlamlığı qiymətləndirmək üçün ənənəvi olaraq aşağıdakı meyarlardan istifadə olunur:

1. Tibbi-demoqrafik göstəricilər

2. Xəstələnmə göstəriciləri

3. Əlillik göstəriciləri

4. Fiziki inkişaf göstəriciləri

1. Tibbi-demoqrafik göstəricilərə aşağıdakılar aiddir:

1.1 Əhalinin statikası göstəriciləri: əhalinin miqdarı, tərkibi (yaş, cins və digər əlamətlər üzrə);

1.2. Əhalinin dinamikası.

1.2.1. Əhalinin mexaniki hərəkəti - əhalinin miqrasiyası:

immiqrasiya, emiqrasiya.

1.2.2. Əhalinin təbii hərəkəti:

- ölüm (ümumi ölüm, ayrı-ayrı yaşlar üzrə ölüm, körpə

ölümü, ayrı-ayrı səbəblər üzrə ölüm və b.);

- doğum, nəsltörətmə (ümumi doğum, kəbinli nəsil törətmə, ümumi nəsl törətmə);

- əhalinin təbii artımı;

- orta yaşama müddəti;

- evlənmə və boşanma göstəriciləri.

2. Xəstələnmə göstəriciləri aşağıakı göstəricilərlə xarakterizə olunur:

2.1. İlkin xəstələnmə;

2.2. Xəstəliklərin əhali içərisində yayılması;

2.3. Ayrı-ayrı xəstəliklərlə xəstələnmə;

2.4. Hospitalizə olunmuş xəstələnmə;

2.5. Ayrı-ayrı yaş qrupları üzrə xəstələnmə;

2.6. Yoluxucu xəstəliklərlə xəstələnmə və b.

3. Əlillik göstəricilərinə:

3.1. İlkin əlillik;

3.2. Ümumi əlillik;

3.3. Ayrı-ayrı xəstəliklər üzrə əlillik;

3.4. Əlillik qrupları üzrə göstəricilər daxildir.

4. Fiziki inkişaf göstəricilərinə:

4.1. Antropometrik göstəricilər;

4.2. Somatoskopik və funksional göstəricilər daxildir.

Hələ ki, bu günə qədər ictimai sağlamlığın hamı tərəfindən qəbul olunmuş göstəriciləri işlənib hazırlanmamışdır. Uzun müddət ÜDST baş direktoru vəzifəsində çalışmış X.Maler onu «sosial və iqtisadi planda əlverişli produktiv həyat tərzi» ni realizə etmək, həyata keçirmək anlayışı ilə əlaqələndirirdi. ÜDST ekspertləri bu anlayışı konkretləşdirməyə çalışaraq yüzlərlə meyar və göstəriciləri nəzərdən keçirərək yuxarıda göstərilənlərə əlavə olaraq aşağıda verilənlərin üzərində dayanmışlar: gigiyenik baxımdan içməyə yararlı sudan istifadə edənlərin sayı, kiçik çəki ilə (2500q-dan az) doğulanların faizi və s. X.Maler ictimai sağlamlıq dedikdə, hamı üçün sağlamlıq nəzərdə tutur, «produktiv həyat tərzi» meyarından istifadə edirdi. Demək, «ictimai sağlamlıq sağlam həyat tərzi yaratmaq və təmin etmək istiqamətində cəmiyyətin keyfiyyəti, vəziyyətidir».

İctimai sağlamlıq anlayışı «ictimai sərvət», «həyat tərzi» anlayışları ilə üzvi əlaqədə olduğu üçün «ictimai sağlamlıq potensialı», «ictimai sağlamlıq indeksi», «sağlam həyat tərzi indeksi» ndən istifadə oluna bilər.

İctimai sağlamlıq indeksi (İSİ) dedikdə - sağlam və qeyri-sağlam həyat tərzi faktorlarının xüsusi çəkisi nəzərdə tutulur. Sağlam həyat tərzi indeksi (SHTİ) - sağlam həyat tərzi keçirənlərin faizidir.

İctimai sağlamlıq potensialı (İSP) - aktiv, sağlam həyat tərzi ilə yaradılaraq cəmiyyətdə toplanan ehtiyat sağlamlıq ölçüsüdür. Onu sağlam insanların faizi ilə göstərmək olar. Müxtəlif riyazi və məntiqi modellərdən istifadə oluna bilər. Tibbi-demoqrafik və tibbi-statistik göstəricilərə əsasən sağlamlığın itirilməsi müəyyənləşdirilərkən əhalinin sağlamlıq qrupları əsasında İSP-nı hesablamaq mümkündür. Məsələn:

I qrupda - sağlamlar - il ərzində itki yoxdur, İSP-100%;

II qrupda - praktiki sağlamlar - sağlamlığın itirilməsi 5- 10% arasında qiymətləndirilir;

III qrupda - xəstələr - sağlamlığın itirilməsi 10-20% qiymətləndirilir. Beləliklə, ümumi populyasiyada sağlamlıq itkisi 30% və daha çox təşkil etdiyi üçün İSİ təxminən 70% təşkil edir.

Beləliklə, həyat tərzi ilə xarakterizə olunan ictimai sağlamlıq;sağlamlıq səviyyələri sistemində sosioloji səviyyəni; tibbi-statistik və demoqrafik göstəricilərlə təyin edilən əhali sağlamlığı isə sosial-gigiyenik səviyyəni təmin edir.

Sağlamlıq vəziyyətindən danışarkən xəstəlik qabağı, premorbid, donozoloji, K.Qalen tərəfindən «üçüncü vəziyyət» adlandırılan vəziyyətin də üzərində dayanmaq yerinə düşər. Tibbi statistikada bü vəziyyət qeydə alınmır, ictimai sağlamlıqda, xüsusilə sanalogiyada isə onun %-ni bilmək vacibdir. Əgər risk faktorlarının mövcudluğu baxımından problemə yanaşsaq, onda o, II sağlamlıq qrupuna - 20%-ə müvafiq gələcək. Əgər bura III qrupdan, ayrı-ayrı xəstəliklər səbəbindən hərdənbir tibbi yardım almaq üçün müraciət edən, stasionar müalicə tələb etməyən, əmək qabiliyyətinin itirilməsinə səbəb olmayan, kompensasiya vəziyyətində olanları, 30%-i də əlavə etsək, onda «üçüncü vəziyyət» artaraq 50% təşkil edəcək. Müasir dövrdə alimlərin əksəriyyəti əhalinin yarıdan çoxunun belə bir vəziyyətdə olduğunu göstərirlər.




Yüklə 41,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin