Mühazirə konspekti Bakı 2020 I mövzu


Mövzu 2. Sənədli telekommunikasiya şəbəkəsi



Yüklə 0,51 Mb.
səhifə11/44
tarix10.01.2022
ölçüsü0,51 Mb.
#108003
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   44
Mövzu 2. Sənədli telekommunikasiya şəbəkəsi

Mövzu 2.1 Paket kommutasiyalı rəqəm veriliş şəbəkələri (PKŞ)

1970 – ci illərin əvvəllərindən informasiya verilişinin bu yeni növündən istifadə olunmağa başlandı və “paket kommutasiyası” adı ilə məhşurlaşdı. PKRVŞ-in başlanğıc mərhələdə kiçik sayda işlədicilərin tələbini ödəyən müəssisə şəbəkəsi halında yaranmış kiçik həcmli məxfi informasiyaların verilməsinə xidmət etmişlər. Bu növ şəbəkələrdə bütöv bir məlumat ayr- ayrı paketlərə bölünür və biri digərindən asılı olmayaraq müxtəlif kanallarla şəbəkə üzrə işlədicilərə verilir. Paket kommutasiyanın əsas konsepsiyalarından biri bir kanal üzrə eyni zamanda bir neçə terminallardan informasiyanın verilməsidir. Buna rabitə xətlərinin zamana görə ayrılması vasitəsilə həyata keçirən multikpleksləşmə deyilir. PKRVŞ –nin 4 səviyyədən ibarət olan tərkibi aşağıdakı sxemdə verilmişdir.



Sxemdən göründüyü kimi onun yuxarı 4-cü səviyyəsində şəhərlərarası paket kommutasiyalı mərkəzlər (ŞAPKM), 3-cü səviyyədə paket kommutasiyalı mərkəzləri (PKMB), 2-ci səviyyədə konsektratorlar (K), 1-ci səviyyədə isə sinxron və paket rejimində işləyən abonent məntəqələri AM, ŞHM-lər, personal EHM, PEM və terminal prosessorları (TEP) ilə təchiz edilmiş işlədici avadanlıqlar yerləşdirilir. Bu şəbəkənin tərkibinə həm xüsusi qurğular şlüzlər (Ş) daxildir ki, bunun vasitəsilə PKVR, KKPV, ümumi xidmət teleqraf VXTQ və ümumi xidmət telefon , şəbəkələri qarşılıqlı fəalyyət göstərirlər. Bəzi hallarda işlədiciyə məlumatı qeyri-elektrik formada yəni blankda, perfolentdə, perfokartada, maqnit lentdə və s. Şəkildə ötürmək və qəbul etmək lazım gəlir. Belə hallarda məlumatı qeyri-elektrik formadan elektrik formasına və və əksinə çevirmək üçün istifadə olunan rabitə avadanlığı teleqraf aparatı adlanır. Teleqraf aparatının əsas vəzifələri arasında rəqəm şrift məlumatlarının hazırlanması, ötürülməsi, qəbulu, yadda saxlanması və s. vardır.




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin