Mühazirə konspekti Bakı 2020 I mövzu


Mövzu 2.3 İnternet rabitəsi və kompüter texnikası



Yüklə 0,51 Mb.
səhifə13/44
tarix10.01.2022
ölçüsü0,51 Mb.
#108003
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   44
Mövzu 2.3 İnternet rabitəsi və kompüter texnikası

vasitəsilə rabitənin yaradılması.

İnternet telefoniya dedikdə internet şəbəkəsi vasitəsilə səs siqnalının ötürülməsidir. Bu sistemaə əsasən abunəçinin danışıq zamanı səs siqnalları sıxılmış verilənlər paketinə çevrilərək veriliş istiqamətində ötürülür. Qəbul tərəfdən həmin paketlər dekodlanaraq səs siqnallarına çevrilir. İP - telefoniya rabitəsində səs siqnalları telefon apparatından-telefon aparatına , kompüterdən-kompüterə və kompüterdən-telefon aparatına ötürülə bilir.

Adi telefonlarda məlumatlar kanal kommutasiyasından istifadə etməklə ötürülürsə, İP - telefoniya məlumatlar TSP/İP protokolu paket kommutasiyasından istifadə etməklə ötürülür. Bu zaman məlumat kiçik ölçülü paketlərlə bölünərək müxtəlif marşrutlar üzrə verilir.

Fərdi kompüterlər vasitəsilə səs siqnallarının ötürülməsi konsepsiyası 1993-cü ildə ABŞ Universitetində yaradılmışdır və 1994-cü ildə səsin paketlərlə bölünərək ötürülməsi praktikada həyata keçirilmişdir. 1996-cı ildən isə telefon abunəçiləri tərəfindən kütləvi şəkildə internet şəbəkəsi vasitəsilə səs siqnallarının ötürülməsinə başlanmışdır.

Telefon və rəqəm verilişi şəkilləri bir-birindən ayrı-ayrılıqda inkişaf etmişlər İP telefoniya isə onları vahid kommunikasiya şəbəkəsi halında birləşdirir. İP telefoniya istənilən abunəçiyə bir şəbəkə vasitəsilə səs və rəqəm siqnallarının həm beynəlxalq, həm də şəhərlərarasında ötürülməsinə imkan yaradır.

İP telefoniya telefon servrrlərinin iş prinsipi belədir: bir tərəfdən server telefon xətləri ilə digər tərəfdən isə internet şəbəkəsi ilə əlaqələnir. Bu server standart telefon siqnalını qəbul edərək rəqəmli formaya salır, sonra isə paketlərə bölərək TSP/İP protokolu vasitəsilə internet şəbəkəsinə ötürür. Şəbəkədən daxil olan paketlər isə əksinə olaraq səs siqnallarına çevrilərək telefon şəbəkəsinə ötürülür.

Hal-hazırda İP telefoniyanın praktiki reallaşması iki əsas sxem üzrə həyata keçirilir. Onlardan birincisi dupleks telefon rabitəsini aparmağaimkan verən xüsusi proqramlarda və multimediya avadanlığı ilə təchiz olunmuş fərdi kompüter istifadəçiləri arasındakı telefon danışıqlarının təşkili ilə bağlıdır. İkinci sxem isə xüsusi çoxfunksiyalı qurğuların şlüzlərin istifadəsini nəzərdə tutur. Şlüzlərin əsas vəzifəsi analoq danışıq və xidməti siqnalların rəqəmli siqnal ardıcıllığına çevirməkdə alınmış rəqəmli siqıpllar ardıcılığından qlobal internet şəbəkəsinin paketlər ardıcıllığının formalaşdırılmasından, onları şəbəkəyə ötürülməsindən rəqəmli danışığın və xidməti siqnaların bərpa edilməsindən və digər xidməti funksiyaların yerinə yetirilməsindən ibarətdir.

Şlüzlər internet provoyderlərin serverlərində, şəhər telefon stansiyalarında, müəssisə ATS-lərində, kompaniyaların Web serverlərində, marşrutlayıcılarda və s. qurula bilər.

İnternet sistemindəki danışıq dialoqu prosesini informasiya nöqteyi nəzərdən keçirək. Bu proses aşağıdakı fazadan ibarətdir.

- abonentlərin birləşməsi;

- inforomasiya mübadiləsi;

- abonentlərin ayrılması;

Birinci və üçüncü fazanın yerinə yetirilməsi zamanı yalnız xidməti informasiya verilir və bu zaman ərzində yaradılması baş verir. İkinci fazanın mövcud olduğu zaman ərzində abonentlər həm xidməti, həm də informasiyanı verilənlərin mübadiləsini aparırlar.

İP - telefoniya əsasən 3 - növ senari ilə təsvir olunur. Həmin senarilər bunlardır:

-«kompüter- kompüter»

-«kompüter- telefon»

-«telefon- telefon»

«Kompüter-kompüter» senariləri multimediya vasitələri ilə təchiz olunmuş və internet şəbəkəsinə qoşulmuş fərdi kompüterlər əsasında həyata keçirilir. Bunun üçün ən geniş yayılmış proqram təminatı Microsoft NetMeeting paketidir. Bu senarini təmin etmək üçün İnternet xidmətlərigöstərən təşkilat (provoyder) istifadəçi adlarını dinamik İP ünvanlarına çevirən ünvan-serverini şəbəkəyə yerləşdirməlidirlər.

Mövzu 2.4 NGN şəbəkələri

NGN- (Next Generation Network)-yeni nəsil rabitə şəbəkəsi deməkdir. IP texnologiyası əsasında telefon şəbəkəsi-yəni NGN-i qurmaq ideyasıını 2001-ci ildə Amerikanın “Lucent Texnologies” şirkəti həyata keçirmişdir. Bu şirkət IP texnologiyası əsasında qurduğu ilk avadanlıq nümunəsini Softswıtch (telefon serveri) adlandıraraq, Softswıtch terminini kəşf etmışdir. Telefon serveri (Softswıtch) tətbiq edilmış paket kommutasiyalı şəbəkə modeli NGN adlanır. Ən müasir şəbəkə olan NGN-ilk dəfə Bakıda 64 saylı dekad-addım tipli stansiyada tətbiq edilmişdir. Bu şəbəkənin mövcud şəbəkə infrastrukturundan əsas prinsipial fərqi onun digər funksional modellər və prinsiplər əsasında qurulması təşkil edir. NGN konsepsiyası öz funksional mahiyyətinə görə üç dəqiq səviyyəsi ilə xarakterizə olunur. Belə ki, NGN danışıq səs və digər növ ilkin istifadəçi informasıya selini IP paketlərinə çevirən abunə xətlətinə qoşulma imkanlığı səviyyəsi, IP paketlərin ötürülməsi funksiyasını daşıyan nəqliyyat şəbəkə səviyyəsi və birləşmələri idarə etmək üçün Softswıtch-telefon server səviyyəsindən ibarətdir. İstifadəçilərə ənənəvi xidmətləri təqdim etmək üçün kanal kommutasiya şəbəkəsindən fərqli olaraq müxtəlif növ xidmətləri təqdim edən NGN şəbəkəsi aşağıdan yuxarı müxtəlif səviyyələri birləşdirən vertikal struktura malikdir.

NGN –şəbəkəsinin arxitekterası üç səviyyədən ibarətdir.

-I səviyyə: Çevik siqanallaşma və idarəetmə proqram kommutatoru (Softswitch və ya telefon serveri), biling və əlavə serverlər;

-II səviyyə : Siqnallaşma şlüzləri kanal kommutasiyalı şəbəkələrə giriş və çıxış qoşulmasını təmin edir;

Adi şlüzlər (Gateways)-IP xidmətlərin qoşulmasını təmin edir;

Terminal avadanlığı və ya son qurğular.

-III səviyyə: Paket kommutasiya texnologiyaları əsasında IP nəqliyyat şəbəkəsi;

Kommutasiya prosesinin tam idarə edilməsi və siqnallaşma informasiya selinin ötürülməsi səviyyəni təşkil edən Softswitchin (telefon serverin) vəzifəsi siqnallaşma Softswitch selinin emalı, çağrışların marşrutlanması və s. proseslərin idarə edilməsidir.

NGN-nin strukturu aşağıda verilmışdir.





NGN avadanlığının təsnifatı aşağıda göstərildiyi kimidir.

--Çağrışların kommutasiyanın idarə olunması

- Softswitch;

-Şlüzlərin idarə olunması;




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin