Televiziya və səs yayım rabitəsi: bu rabitə növündən əhali televiziya təsvirlərini və radio dalğaları vasitəsilə siqnalları qəbul edə bilir.
Kosmik rabitə: bir-birindən çox uzaq məsafədə yaşayan adi rabitə xətti ilə əlaqəsi mümkün olmayan məntəqələr arasında rabitə siqnallarının göndərilməsini təşkil edir.
Telekommunikasiya rabitəsinin əsasını müxtəlif növ məlumatların müəyyən məsafəyə verilməsi təşkil edir. Məlumat xəbərlər toplusu başa düşülür. Bu musiqi, səs, maşın yazısı məntəqələri, çertyojlar, şəkillər, televiziya təsviri ola bilər. Yelekommunikasiya avadanlıqları qeyd etdiyimiz məlumatları istənilən məsafəyə, istənilən ünvana yüksək keyfiyyətlə ötürürlər.
Dostları ilə paylaş: |