Mühazirə konspekti Bakı 2020 I mövzu


Mövzu 5.2 Abunəçi şəbəkəsinin rəqəmli veriliş



Yüklə 0,51 Mb.
səhifə38/44
tarix10.01.2022
ölçüsü0,51 Mb.
#108003
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   44
Mövzu 5.2 Abunəçi şəbəkəsinin rəqəmli veriliş

sistemləri ilə qurulması

Respublikada rabitənin inkişaf konsepsiyasında nəzərdə tutulan mərhələlər həyata keçirildikcə, yəni analoq tipli kommutasiya sistemləri rəqəmli kommutasiya sistemləri rəqəmli kommutasiya sistemləri ilə əvəz olunmaqla yanaşı abunəçi şəbəkəsinin rəqəmləşdirilməsi işi də parallel olaraq həyata keçirilir.

Ümumiyyətlə telekommunikasiya şəbəkəsinin və xidmətlərinin inkişafı ATS-lərin müasir avadanlıqlarla təhciz edilməsi ilə, yəni analoq veriliş sistemləri ilə əvəz olunması ilə bağlıdır.

Respublikada telefon şəbəkəsinin inkişaf etdirilməsi, rəqəmli kommutasiya sistemlərinin tətbiqi hazırda aktual məsələlərdən biridir.

Şəbəkədə ATS-lərin tikilib istifadəyə verilməsi, veriliş sistemlərinin yeni avadanlıqlarla əvəz edilməsi abunəçi şəbəkəsində də xətlərin və veriliş sistemlərinin dəyişdirilməsini tələb edir.

Bildiyimiz kimi abunəçi şəbəkəsi son stansiyalarla abunəçilərin son qurğuları qoşulan sahəni əhatə edir. Məhz bu sahədə rabitənin, keyfiyyətini yüksəltmək məqsədi ilə abunəçi şəbəkəsinin rəqəmləşdirilməsi işini də parallel olaraq inkişaf etdirmək vacibdir. Buna görə də bu gün abunəçi şəbəkəsində çevik tətbiq oluna bilən multipleksorlar və konsentratorlardan istifadə etməklə yüksək sürətli elektrik və optik lifli veriliş təşkil etməyə imkan vermişdir.

Abunəçi veriliş şəbəkəsinin qurulması ideyası yeni deyil, həm də bu şəbəkədə istifadə olunan avadanlıqların mənbəyi əvvəllər stansiyalararası rabitənin təşkilində tətbiq olunan avadanlıqların layihəsindən götürülmüşdür. Abunəçi şəbəkəsi faktiki olaraq daşıyıcı şəbəkənin bir hissəsidir.

Uzun illərdən bəri torpaq altında qalmış mis məftillərdən istifadə etmək üçün xarici şirkətlər tərəfindən müxtəlif avadanlıqlar işlənib hazırlanmışdır. Belə avadanlıqlara xDSL texnologiyaları ailəsinə daxil olan İSDN, HDSL, ADSL, VDSL, SDSL və s. misal göstərmək olar.

Bunlarla yanaşı həm də abunəçi şəbəkəsində yüksək sürətli rəqəm verilişinin təşkili üçün optik veriliş sistemlərində (multipleksorlardan) istifadə etməklə qurmaq daha məqsədə uyğundur. Məsələn: DSL (rəqəmli paylayıcı şəbəkə) avadanlığının köməyi ilə müxtəlif konfiqurasiyalı şəbəkələrin təşkil edilməsi mümkündür. Rabitənin inkişaf prosesinə nəzər salsaq görərik ki, əvvəllər abunəçi şəbəkəsinin son qurğusu yalnız telefon aparatı idisə bu gün artıq son qurğu kimi telefon aparatlarından başqa müxtəlif elektron qurğulardan istifadə olunur.

Bu zərurilik emal olunması, ötürülməsi və saxlanması lazım olan məlumatlarının sayının sürətlə artması ilə, müxtəlif servisli telekommunikasiya şəbəkələrinin qurulmasında irəli gəlmişdir. Belə şəbəkələr adətən yüksək proqram təminatı ilə təhciz olunurlar ki, bu da istifadəçilərə müxtəlif xidmətlərin təqdim olunması prossesini asanlaşdırır. Buna misal olaraq məlumatları kbit/s və kbit/s sürətlə ötürə bilən rəqəmli kommutasiya prinsipi əsasında qurulmuş İSDN – inteqral xidmətli rəqəmli şəbəkəni göstərmək olar.

Optik lifkli veriliş sistemlərinin (OLVS) yüksək buraxma qabiliyyətinə malik olması, onların təkcə telekommunikasiya xidmətlərində deyil, həmçinin televiziya proqramlarının ötürülməsində, müxtəlof interaktiv sistemlərin qurulmasında da istifadə olunmasını mümkünləşdirir. Optik kabelin uzun müddət xidmət göstərməsi, əsaslı diqqət tələb etməməsi və qiymətinin getdikcə aşağı düşməsi kimi müsbət cəhətlərini də nəzərdən qaçırmaq olmaz.

Bütün bunlara baxmayaraq optik kabelin çəkilişi zamanı mütəxəssislərin böyük əməyi və vaxtı tələb olunur. Məhz buna görə də yalnız yeni salınmış yaşayış ərazilərdə (rayonlarda) telefonlaşmanı həyata keçirən zaman optik kabellərdən istifadə olunması məqsədə uyğun hesab olunur. Optik kabelin abunəçi şəbəkəsində tətbiqi konsepsiyası bir neçə istiqamət təyin edir.

FTTB – binaya qədər optik kabel;

FTTO – ofisə qədər optik kabel;

FTTZ – hər hansı rayona (əraziyə) qədər optik kabel, yəni o əraziyə ki, orada çoxlu sayda əhali yaşayır.

Əgər inkişaf etmiş ölkələrdə, abunəçi şəbəkəsində, optik kabellərdən geniş istifadə olunur. İlk növbədə optik veriliş sistemlərindən analoq xidmətləri üçün, daha sonra isə tələbata uyğun olaraq İSDN verilənlərin ötürülməsində və başqa xidmətlər üçün istifadə etmək olar. Belə ki, FTTB (Fiber to the building-optika binaya qədər) FTTZ Fiber, to the Zone – optika zonaya (rayona) qədər şəbəkədə istifadə olunarkən, mis məftili kabel magistrallarının salınmasına ehtiyac qalmır. Bütün bunlara baxmayaraq, istismarda olan abunəçi şəbəkəsində mis – məftilli xətlərin optik kabellərlə və optik liflərlə əvəz olunması çox baha başa gəlir. Ele buna görə də optik lifli veriliş sistemlərindən yalnız yeni magistrallar salınarkən istifadə etmək daha məqsədəuyğun hesab olunur.

Yuxarıdakı analizlərdən belə nəticəyə gəlmək olar ki, əhaliyə müasir, rəqəmli inteqral xidmətlərinin və başqa xidmətlərin, hazırda istismarda olan abunəçi şəbəkəsinin vasitəsilə verilməsi üçün xDSL ailəsinin texnologiyalarından istifadə edilməsi daha ucuz və əlverişlidir.

Bir çox xarici şirkətlər xDSL texnologiyası əsasında abunəçi xətlərində istifadə oluna bilən çoxlu sayda sıxlaşdırma avadanlıqları təklif edirlər ki, bu avadanlıqların köməyi ilə indiki abunəçi xətlərinin səmərəsini 4 – 8 və bəzi hallarda 30 – 60 dəfə artırmaq mümkündür.

Məsələn: Almaniyanın “Elcon” firmasının işləyib hazırladığı 2,4 və 11 kanallı sıxlaşdırma sistemlərini analiz edək. RCM-YA tipli rəqəm veriliş sistemi abunəçi, şəbəkəsində istfadə olunan avadanlıqlardandır. PCM – 4A sistemi də başqa sıxlaşdırıcı sistemlər kimi 2 yarımkomplektdən (COT və RT) ibarətdir. PCM – VA stansiya yarımkomplekti olub, ona ATS – in kommutasiya sahəsindən gələn 4 analoq xətti qoşulur. Bu yarımkomplektdən keçən məlumatlar 288 kbit/s sürətli rəqəm selinə çevrilərək HDSL texnologiyasının, köməyi ilə (2B1Q xətti kodlaşma ilə) abunəçi yarımkomplektinə PCM – 4TA daxil olur.

PCM – VA blokunda “a” və “b” interfeyslərinin ATS – lə uyğunlaşması (razılaşması) prossesi həyata keçirilir. Bu blokda həmçinin, danışıq məlumatlarının analoq rəqəm çevrilmə prossesinə nəzarət olunur, həm də abunəçi tərəfinə verilən çağırış gərginliyinin səviyyəsi tənzimlənir.

PCM – 4TA blokuna abunəçi tərəfdən gələn məlumatlar, məsələn: Şleyf və qəza vəziyyətləri abunəçinin “a”, “b” interfeyslərində modulyasiya olunur.

Sistemdə PCM – 4TA blokunda mərkəzi telefon stansiyalarının, analoq interfeysləri modulyasiya olunur və danışıq siqnallarının analoq rəqəm çevrilmə prossesi həyata keçirilir.

PCM – 11A avadanlığının iş prinsipi PCM – 4A avadanlığının iş prinsipi ilə oxşardır. Bir modula 7 ədəd PCM – 11VA bloku yerləşdirilir. İşçi məsafəsini artırmaq lazım gəldikdə regeneratorlardan (ZVVR – 11) istifadə olunur. Bu zaman regenertorları qidalandırmaq üçün əlavə bir cütlük də lazım olur. Rəqəm seli bir cüt mis məftillə (2B1Q kodlaşma ilə) 784 kbit/s sürətlə ötürülür.

Bunlardan başqa, hazırda geniş yayılmış UPG – 60 sıxlaşdırma sistemi mərkəzdən idarəetmə sistemi ilə hər tipli ATS – lərlə və abunəçi qurğuları ilə uyğunlaşa bilən texnologiyadır.

Hal-hazırda xDSL texnologiyası ailəsindən ən çox tətbiq olunanı (BR İSDN –dən başqa) HDSL texnologiyasıdır. HDSL texnologiyasının başlıca ideyası istismarda olan elektrik (mis məftilli) kabellər vasitəsilə uzaq məsafələrə 2M bit/san sürətlə rəqəm selinin regeneratorsuz simmetrik ikitərəfli verilişini təmin etməkdir.

Abunəçi veriliş şəbəkələrini müasir qurulma konsepsiyasının son şəbəkə qurğularının birbaşa abunəçilərin yaşayış ərazisi yaxınlığında quraşdırılmasını nəzərdə tutulur. Bu isə çoxlu miqdarda mis kabellərin çəkilişini ixtisara salmağa və İSDN, verilənlərin ötürülməsi (internet) kimi yeni xidmətlərin asanlıqla tətbiq olunmasına imkan yaradır.

Bu zaman abunəçi avadanlıqlarının (RT) layihələndirilməsi (ayrılması) üçün çevik topologiyalı sistemlər “xətti”, “ulduzvari”, “ağacabənzər” formalı konfiqurasiyalar nəzədə tutulur.

Bu konsepsiyanı həyata keçirməyin ən əlverişli yolu və AFC (Amerika) şirkətinin texnologiyasına əsaslanan DLC - 1100E (digital carrilir – DLC rəqəmli paylayıcı şəbəkə) tipli multipleksor konsentratorların şəbəkədə tətbiq olunmasıdır. Bildiyimiz kimi şəbəkənin ilk qurulma dövründə çoxlu sayda analoq kommutasiya avadanlıqları və analoq veriliş sistemləri olur. Həm də o zaman DLC avadanlığının şəbəkəyə analoq interfeysləri vasitəsilə qoşulması məqsədəuyğun idi. Sonralar isə şəbəkənin “rəqəmləşməsi” ilə rəqəmli abunəçi multipleksor - konsentratorları üçün beynəlxalq standartlaşmaya uyğun siqnallaşma V5 tədricən yayılmağa başladı. DLC multipleksorların şəbəkəyə qoşulmasını E1 (G,703) rəqəm interfeysinin kanal platalarının bir hissəsini dəyişmək yolu ilə həyata keçirməyə nail oldular. Bu zaman azad olunmuş kanal palatalarından, universal olduqlarına görə həm analoq avadanlıqlar qalan yerlərdə, həm də şəbəkənin başqa sahələrində istifadə etmək mümükün idi.

DLC avadanlıqların öz arxitekturasına görə geniş istifadəçi və xətti interfeys yığımları olan, zamana görə bölünmə prinsipi ilə işləyən multipleksorlardandır. Stansiya terminalındakı multipleksor çoxlu sayda abunəçi və ya birləşdirici xətlərin məlumatlarını yüksək sürətli rəqəmli qrup seli şəkilində birləşdirir. Abunəçi terminalında isə tərsinə çevrilmə prossesi yəni qrup selinin fərdi kanallara ayrılması prossesi həyata keçirilir. Bu tip multipleksorlar abunəçi avadanlıqlarının birbaşa istifadəçilərin cəmləşdiyi yerlərdə quraşdırılmasına imkan yaradır.

DLC – 1100E tipli multipleksor – konsentrartorlar 2000 nömrəyə qədər çıxışı təşkil edə bilirlər. Bu xidməti göstərən avadanlıq, yəni 120 abunəçiyə eyni vaxtda xidmət edən avadanlıq bir standart ölçülü (19 dyüm) kasetdə yerləşdirilir.

DLC multipleksorlarının ən mühüm funksional imkanı onların dinamiki konsentrasiya (cəmləşmə) prossesini avtomatik surətdə həyata keçirməsidir.

Adi zamana görə bölünmə prinsipi ilə işləyən multipleksorlar qrup selinin zaman aralıqlarına bölünməsini və onların tələb olunan istifadəçi interfeysində çevrilməsini (məsələn: analoq telefon kanalı) təmin edirlər. Bu zaman istifadəçi kanallarının sayı (telefon xətləri) ilkin zaman aralıqlarının sayına (əsas rəqəm kanalları) tam bərabərdir. Məsələn: əgər iki zamana görə bölünmə prinsipi ilə işləyən 32 zaman aralığı olan multipleksor E1 traktı ilə bir-birilə əlaqəlidirsə, belə multipleksor 30 abunəçiyə xidmət göstərə bilir. Yada salaq ki, məhz bütün İKM – 30 tipli veriliş sistemləri bu cür prinsiplə işləyirlər. Bu sistemlərdən fərqli olaraq abunəçi veriliş şəbəkəsi üçün hazırada avtomatik surətdə dinamiki cəmləşmə funksiyasını yerinə yetirə bilən yeni nəsil avadanlıqdan DLC- 1100E multipleksor – konsentratorlardan istifadə olunur. Bu zaman birləşdirci xətlərin E1 zaman aralıqları yalnız danışıq vaxtı danışan abunəçinin xəttinə verilir. Bu o deməkdir ki, 30 əsas rqəm kanallı birləşdirici xətlər vasitəsilə (yükün statistik paylanmasını nəzərə alaraq) çoxlu sayda abunəçiyə - 960 –a qədər abunəçiyə xidmət etmək imkanı vardır. Bu zaman konsentrasiya əmsalının hesablanması ele prinsiplə aparılmalıdır ki, son telefon stansiyalarındakı birləşdirici xəttlərin sayının hesablanması zamanı abunəçilərin sayı, onların dərəcəsi və s. nəzərə alınsın.

DLC – 1100E avadanlığı həm də dalğa uzunluğuna görə bölünmə prinsipli multipleksorlarla (Vvabe Lenyth Division Multiplexing – vvDM) işləyə bilir.

VVDM – optik (dalğaya və ya spektrə görə) sıxlaşdırma prinsipli texnologiyalardan olub, dalğa uzunluğuna görə siqnalları ayıra bilən optik multipleksor sistemidir. Bu cür optik multipleksorlar, analoq veriliş sistemlərində istifadə olunan tezliyə görə bölünmə prinsipli sistemlərin gördüyü işi görürülər. Məhz buna görə də VVDM sistemlərini çox vaxt tezliyə görə bölünmə prinsipli optik multipleksor sistemləri də adlandırılır.

Müasir dövrdə məlumat texnologiyasının sürətlə inkişaf etməsi ötürülməsi lazım olan verilənlərin artması ilə əalqədar olaraq və əhaliyə müxtəlif servis xidmətlərinin verilməsini həyata keçirmək üçün abunəçi xətlərində rəqəm texnologiyasının tətbiq olunması mühüm rol oynayır. Bu məqsədlə istismarda olan infrastrukturada müasir tipli, beynəlxalq standartlara uyğun olan, geniş imkanlara malik avadanlıqların tətbiq olunması məqsədəuyğundur.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin