Mühazirə konspekti Bakı 2020 I mövzu


Mövzu 5.5 Genış zolaqlı inteqral şəbəkə



Yüklə 0,51 Mb.
səhifə41/44
tarix10.01.2022
ölçüsü0,51 Mb.
#108003
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   44
Mövzu 5.5 Genış zolaqlı inteqral şəbəkə

Vahid şəbəkədə telefon və digər «qeyri-telefon» (teleqraf, məlumat verilişi, faksimil verilişi və s.) telekommunikasiya sistemlərinin birləşdirilməsi (inteqrasiyası) nəzərdə tutulur. Belə inteqrasiyasıya elmi, texniki, metodoloji və təşkilati prinsiplər əsasında qurulmalıdır. Beynəlxalq Telekommunikasiya Ittifaqı (ITU) belə şəbəkələr üçün iki forma müəyyən etmişdir: 1. Integrated Digital Network (IDN)- «Inteqral rəqəmli şəbəkə» adlanır. Bu şəbəkə, rəqəm siqnallarının verilişi üçün istifadə edilən rəqəmli kommutasiya sisteminin köməyilə qurulur. IDN veriliş sistemi, həm də kommutasiya sistemində vahid rəqəmləşdirmə kimi meydana gəlir. Ardıcıl olaraq IDN rəqəmli veriliş sistemi (RVS) və rəqəmli kommutasiya sistemi (RKS) əsasında qurulmuş şəbəkədir. Burada «inteqrasiya» anlayışı bir qayda olaraq şəhər telefon şəbəkələrinə (ŞTŞ) aiddir. Bu məqsədlə də birinci mərhələdə inteqral rəqəmli telefon şəbəkəsi (IRTŞ) haqda danışılır. 2. Integrated Servise Digital Network (ISDN)- «Inteqral xidmətli rəqəmli şəbəkə» adlanır. Bu şəbəkə IDN-in rəqəmli kommutasiyası və rəqəm xətti yalnız ŞTŞ üçün deyil, həmçinin rabitənin müxtəlif xidmət və növlərində istifadə olunur. ISDN-də vahid rəqəmli əsas inteqrasiya yalnız RVS və RKS-ə yox, həm də 64 kbit/s veriliş sürətinə malik rəqəmli abunəçi xəttinə də aid edilir. Bu cür təyinat inteqral rəqəmli telefon şəbəkəsinin (IRTŞ) metod və avadanlığı bazasında rabitənin bütün növlərinin vahid rəqəmli şəbəkədə inteqrasiyasına (birləşməysinə) aid edilir. IRTŞ analoq ŞTŞ ilə müqayisədə aşağıdakı üstünlüklərə malikdir:

- xətti (çıxarılmış) konsentratorların geniş tətbiq olma imkanları, abunəçi xəttinin xərclərinin aşağı düşməsi;

- RKS-in istifadə üstünlüyü, stansiyalararası rabitənin çoxlu sayda məhdudiyyətsiz istiqamətinin təmin edilməsi;

- son stansiyalar arasında fasiləsiz rəqəm traktının yaradılması imkanı, səs verilişinin yüksək keyfiyyətlə verilməsi;

- rəqəmləşdirilmiş rayon stansiyalarının yüksək tutumu, texniki istismar mərkəzinin effektivliyinin və kommutasiya qovşaqlarının artması ilə;

- RKS və RVS-də elektronikanın birtipli elementinin vahidliyi, rabitə şəbəkələrinin texniki və elementar bazasının təkmilləşdirilməsinə kömək edir;

- kommutasiya və veriliş zamanı istifadə edilən analoq avadanlıqların qiyməti illik orta artımla 6-8%, rəqəm sistemlərində isə hər il orta hesabla 5-8% azalır;

Məlumdur ki, telefon şəbəkələrində ötürülən informa-siyanın həcmi rabitənin qalan bütün (qeyri-telefon) növlərini müəyyən qədər üstələyir. Ardıcıl olaraq rabitənin inteqral rəqəmli şəbəkəsi 64 kbit/s-lik rəqəm kanalıyla rəqəmli telefon şəbəkəsi bazasında qurulmalıdır. Rabitənin müxtəlif növlərinin inteqrasiyası nəticəsində rabitənin bütün növləri üçün vahid inteqral rəqəmli şəbəkə (sistem) tədricən yaranmağa başlayacaq, deməli ISDN beynəlxalq abbreviaturaya tamamilə uyğun gələcək. Belə şəbəkələr üçün məlumatın veriliş sürəti minimum 64 kbit/s-dir, gələcəkdə isə ISDN-də kanalın sürəti 348 kbit/s tətbiq ediləcək. ISDN-in tərkibinə daxil edilən rabitənin qeyri-telefon sistemi telefon stansiyalarının 64 kbit/s sürətə malik kommutasiyaedici rəqəm traktıyla birləşməsini təmin etməlidir. RKS-in idarəedici qurğusunda zəruri olduqda qeyri-telefon sistemləri üçün tələb olunan dəyişikliklər və əlavələr, yaxud da bu sistemlərin razılaşdırıcı komplektləri daxil edilə bilər.

ISDN-in quruluş arxitekturası Rəqəmli kommutasiya sistemi (RKS) – telekommunikasiya şəbəkəsinin terminalına daxil olan siqnalın kommutasiyası üçün istifadə edilən texnologiya sistemidir. Hal-hazırda iki növ əsas kommutasiya sistemi (KS) məlumdur: - telefon stansiyası; - məlumat kommutasiya stansiyası. Kommutasiya sistemi (KS) - telekommunikasiyaya aid texniki ləvazimatlar yığımıdır, həmçinin rabitə şəbəkəsində son və tranzit birləşmənin həyata keçirilməsi vaxtı abunəçi, birləşmiş xətt və ya kanalların kommutasiyasını təmin edir. Telefon stansiyaları adətən səs və başqa siqnalları (faksimil) kommutasiya edir, hansı ki, fiziki olaraq onlarla ekvivalentdir. Məlumat kommutasiya stansiyası, əksinə, verilənləri və teleksi kommutasiya edir. Inteqral xidmətli rəqəmli şəbəkənin (ISDN) inkişafı ilə əlaqədar olaraq telefon stansiyası, eləcə də məlumat, video və s. siqnalları kommutasiya etmək qabiliyyətinə və məlumat kommutasiyası funksiyasını qoşmaq tendensiyasına malik olur. Ardıcıl olaraq, rəqəmli kommutasiya sistemi (RKS) üçün telefon kommutasiya stansiyası və məlumat kommutasiya stansiyası səs informasiyasını və məlumatı sadəcə olaraq informasiya axını şəklində emal edir. Bu səbəbdən də ISDN-in yaxın gələcəkdəki inkişafı ilə əlaqədar olaraq yüksək dərəcədə yayılıcaq əsas telefon stansiyalarına nəzər yetirəcəyik.




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin