Mühazirə konspekti Bakı 2020 I mövzu


Mövzu 1.3 Radioyayım rabitənin əsas prinsipləri



Yüklə 0,51 Mb.
səhifə7/44
tarix10.01.2022
ölçüsü0,51 Mb.
#108003
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   44
Mövzu 1.3 Radioyayım rabitənin əsas prinsipləri

Radiorabitə elə növ rabitədir ki, bu sistemlər vasitəsi ilə elektrik siqnalı radio – dalğalalar şəkilində açıq fəza vasitəsi ilə istənilən məsafəyə ötürülə bilir. Radio rabitənin sadə struktur sxemini nəzərdən keçirək. İlk dəfə 6 noyabr 1926 – cı ildə Bakı əhalisi Azərbaycan dilində radio verilişləri dinləməyə başlamışdır.



Ötürülən məlumat M –mənbəyindən səs, yazılı, mətn, tərpənməyən təsvir şəklində çeviriciyə daxil olur və burada aşağı tezlikli elektrik siqnalına çevrilir. Verilən məlumatın növündən asılı olaraq çevirici vəzifəsini mikrofon, verici, telefon aparatı, foto teleqraf aparatı yerinə yetirə bilər. Daha sonra siqnal radio çeviriciyə daxil olur və buradan modulyasiya (çevirmə) prosesi gedir. Yəni aşağı tezlikli siqnal daha uzaq məsafəyə ötürülməsi mümükün olan yüksək f-li siqnala çevrilir. Bu siqnal ötürücü antenaya daxil edilir və nəticədə ətraf mühitdə elektromaqnit dalğaları yaradır. Qəbul hissəsində həmin dalğalar qəbuledici antenanı kəsərək orada elektrik hərəkət qüvvəsi yaradır. Bu siqnal radioqəbuledicidəki gücləndirici vasitəsilə gücləndirildikdən sonra çevirici vasitəsilə (radio qəbuledicidəki) veriliş məntəqəsindən məlumat çeviricinin çıxışında siqnal formasına çevrilir. Belə çevrilmə detektorlanma adlanır. Daha sonra aşağı tezlikli siqnal səsləndirici qurğuya (ucadan danışan, hərf, çap edən qurğu və s.) daxil edilir. Verici, ötürücü və qəbuledici antenalar radio dalğalarının yayılma mühiti və radio qəbuledicidən ibarət texniki avadanlıqlar kompleksi radiorabitə xəttini təşkil edir. Nəzərdən keçirdiyimiz sxem məlumatı bir istiqamətdə radioverici olan məntəqədən radioqəbuledici məntəqədən radioqəbuledici məntəqə istiqamətinə ötürülməsini təmin edir. Bəzi hallarda iki tərəfli rabitənin təşkilinə tələbat yaranır. Belə rabitəni yaratmaq üçün hər iki məntəqədə radioverici və qəbuledicilərlə təmin olunmalıdırlar. Bu zaman verilişin təşkili bir tezlikdə (F1), qəbul isə başqa bir tezlikdə (F2) təşkil edir.





Son illərdə təkcə FM radioyayımı avadanlığının alınıb quraşdırılması üçün Teleradio İB tərəfindən 400 min ABŞ dollarından çox vəsait xərclənmişdir. Respublkada radioyayımın keyfiyyətinin artırılması şləri 2001 – ci ildə davam etdirilmişdir. Respublikanın qərb zonasında, eləcədə Gürcüstanla sərhədboyu regionlarda I Respublika və Araz radioproqramlarının FM dalğalarında yayımı üçün 5kvt-lıq olan 2 ədəd FM vericisi alınıb. 2001 – ci ilin mart ayında quraşdırılıb istismara verilmişdir. Eyni zamanda Zaqatala, Balakən və Gürcüstanın sərhəd İaqodexi rayonunda I Respublika radio proqramının yayımı və Respublikanın Şimal zonasında və Dağıstan sərhəd rayonlarında I Respublika radio proqramın FM dalğalarda qəbul üçün 2 ədəd 1 kvt-lıq FM vericiləri alınıb Daşkəsən və Quba Radio stansiyasında quraşdırılmışdır. FM və orta dalğa radio vericilərin əhatə zonasının xəritəsi əlavə 1 və 2 – dən göstərilmişdir.




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin