Mühazirə konspekti Bakı 2020 I mövzu


Mövzu 3.5 Abunəçi optik rabitə xətləri



Yüklə 0,51 Mb.
səhifə26/44
tarix10.01.2022
ölçüsü0,51 Mb.
#108003
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   44
Mövzu 3.5 Abunəçi optik rabitə xətləri

Təcrübə işi

Müasir dövrümüzdə kabel sistemləri texniki evdyüsiyasının ümumi qanunlara uyğun şəkildə inkişaf edir. Belə ki, lokal şəbəkədə kabel sistemləri elektrik və optik lifli kabellər əsasında təşkil edilir. Ümumiyyətlə, onların inkişafı lokal sistemlərin yüksək standartlaşması, struktur quruluşu ilə şərtləndirilir (9,10)

Kabel sistemlərinin sadə ulduzvari, lokal şəbəkədə vahid paylanma məntəqəsinə malik texnologiyası məlumdur. Başqa sözlə bunu mərkəzləşdirilmiş kabel sistemi də adlandırmaq olar. Lokal şəbəkələrin müasir protokollarının tələbinə görə belə şəbəkə böyük buraxma qabiliyyətinə malik olmalıdır ki, onun da reallaşması yalnız optik kabel bazasında mümkündür. Nəticədə hər bir istifadəçi optik lifli kanal ilə şəbəkəyə fərdi giriş əldə etmiş olur.

Mərkəzləşmiş kabel sisteminə keçid istismarda bir sıra üstünlüklər vardır. Belə ki, sistemin çevikliyi artır, idarəetmədə bir sıra üstünlüklər əldə edilir, şəbəkə səviyyələrində personal kompüterlərdən ibarət işçi qruplar təşkil etmək mümkün olur və s. mərkəzləşdirilmiş kabel sisteminin digər üstün cəhəti bütün aktiv avadanlığın bir yerdə qurulmasıdır. Bu isə magistral kabellərə çəkilən xərcləri azaldır, bu da iqtisadi səmərəlidir.

Abunəçi optik kabellərinin əsasən yivli və yivsiz kimi iki tipindən istifadə edilir. Əgər bir lokal şəbəkəni hər hansı binanın kabel sistemi, şəbəkə səviyyəsinə mərtəbələr planında baxsaq onda yivli OK-dan istifadə etdikdə hər bir mərtəbənin paylayıcı məntəqəsində birləşmə hesabına itkilər artır, lakin kabel sisteminin modifıkasiyanın operativliyi əldə edilir. Hər bir optik lifli kanalın ümumi uzunluğu 300 metrdən çox olmamalıdır. Belə olduqda 62,5/125 mks çoxmodullu kabeldən istifadə etmək olar ki, buda buraxma zolağınm 1 Q bit/s-dən çox olmasına imkan verir.

Yivsiz OK-da isə kommutasiya nöqtəsi lokal şəbəkənin və ya binanın paylayıcı məntəqəsidir.

Optik lifli kanal həmişə iki lif vasitəsilə təşkil edilir. Bunlardan biri veriliş,digəri qəbul üçün nəzərdə tutulur. Kabellərdə 2÷144 lif ola bilər.

Ümumiyyətlə, abunəçi optik lifli kanal bazasında mərkəzləşdirilmiş kabel sisteminə keçid bir sıra nöqteyi -nəzərdən aktualdır. Belə ki, aktik avadanlığa qənaət, kiçik sahə tutması, istismar xərclərinin az olması, işçi müddətinin artması, böyük buraxma qabiliyyətində yeni şəbəkə texnologiyasının işlənib hazırlanması bu sistemlərin üstün cəhətidir.




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin