Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə44/51
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#108300
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   51
Texniki diaqnostikanin metodlari

Diaqnostika metodları diaqnostikanın qarşıya qoyulmuş məsələləri və göstəricilərinə görə təyin edilir, əsasən, aşağıdakı amillərdən asılıdır: diaqnostik simptom və ya parametrlərin fiziki mahiyyəti; ölçmə texnikasının imkanları; avtomobilin texniki diaqnostikasının hansı növünün tətbiq edilməsi. Metod obyektin diaqnostik modelini, diaqnostik parametrləri ölçmə qaydalarını, onların təhlilini və emal edilməsini əhatə etməlidir.

Diaqnozun qoyulmasının məntiqi prosedurunun əsasını fiziki kəmiyyətlər təşkil edir. Ölçmələr zamanı bunların vasitəsilə diaqnostika edilən obyektin struktur parametrləri təyin edilir. Fiziki kəmiyyətlərin sayı məhduddur və 200-dən artıq deyildir.Texniki diaqnostika praktikasında aşağıdakı ölçmə növləri daha geniş yayılmışdır:


  • elektrometriya;

  • vibroakustika;

  • defektoskopiya;

  • strukturoskopiya;

  • introskopiya;

  • mexaniki xassələrin, maddənin tərkibinin, ölçülərinin, qüvvənin, deformasiyaların, təzyiqin, temperaturun, zamanın, kütlənin, rütubətin, sərfin və səviyyənin ölçülməsi.

Obyektin mürəkkəb texniki vəziyyətini tədqiq etmək üçün elektromaqnit şüalanmanın bütün məlum növləri tətbiq olunur:

Aşağı tezlikli- ( 0…103), Hs;

Radiodalğalar- ( 104...1010 ),Hs;

Infraqırmızı- ( 1011...41014), Hs;

Görünən- ( 41014...7,51014 ), Hs;

Ultrabənövşəyi- (7,51014...31016 ), Hs;

Rentgen- (31016...31020 ), Hs;

Qamma-şüalar- (31019...31022 ), Hs;

Kosmik şüalar- (31021 ), Hs;

Nəqliyyat vasitəbrinin texniki istismarmda müxtəlif diaqnostika növbrindən istifadə edildiyi kimi müxtəlif diaqnostika üsulları da geniş tətbiq edilir. Diaqnostikanm üsullarını müəyyən etmək üçün sistemin texniki vəziyyətini daha düzgün, dəqiq, daha dolğun qiymətləndirən və diaqnostika prosesinin qənaətliliyi baxımından daha səmərəli olan diaqnostik parametr (əlamət) əsas qəbul edilir. Bu halda məsələyə iki yanaşma mümkündür:



Şəkil ... Sistemin struktur-izləmə blok-sxemi



  • sistemi hərtərəfli xarakterizə edən əsas diaqnostik parametrin ölçülmə üsulu diaqnostika üsulu hesab edilir;

  • işçi proseslərin parametrlərindən hansının əsas diaqnostik əlaməti düzgün qiymətləndirməsindən asılı olaraq diaqnostika üsulu müəyyən edilir.

Diaqnostika üsulunu müəyyən etmək üçün sistemin struktur-izləmə blok-sxemi (şəkil... ) tərtib edilir ki, bu da onun elementləri ilə struktur və diaqnostik parametrləri arasındakı əlaqəni göstərir



Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin