Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə46/51
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#108300
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   51
Birləşmələrin kipliyinə görə diaqnostika üsulundan mühərrikin silindr-porşen qrupunun, soyutma və yağlama sistemlərinin, şinlərin, avtomobilin hidro- və pnevmosistemlərinin texniki vəziyyətlərinin təyin edilməsində istifadə edilir.

Avtomobilin yüksək yüklənmə və sürət rejimlərində işləyən aqreqatlannın (ötürmələr qutusu, arxa körpü) texniki vəziyyətlərinin qiymətləndirilməsində istiliyə görə (temperatur və qızma sürəti) diaqnostika üsulu xüsusi əhəmiyyət kəsb edir.



Həndəsi ölçülərinə (araboşluqlara, yerdəyişmələrə, lüftlərə) görə diaqnostika üsulu transmissiyanın reduktorlarının, sükan idarəsinin, tormoz mexanizminin, yastıqların, şkvorenlərin işləmə qabiliyyətlərinin təyin edilməsində işlədilir.

Mühərrikin və transmissiya aqreqatlarmm ümumi halda texniki vəziyyəllərinin öyrənilməsi üçün rəqsi proseslərə (səslərə, titrəmələrə) görə diaqnostika üsulundan istifadə olunur.



İstismar materiallarmın tərkibinə görə diaqnostika üsulu mühərrikin detallarının yeyilmə intensivliyinin qiymətləndirilməsində (karter yağınm tərikbi analiz edilməklə) işlədilir. Bu diaqnostika üsulundan işlənmiş qazların tərkibinin öyrənilməsi üçün də geniş istifadə edilir. Bu halda xaricə çıxan qazların tərkibində CO-nun miqdarı təyin olunur və mühərrikin qida sisteminin texniki vəziyyəti haqqında mühakimə yürüdülür.

Bu diaqnostika üsullarının müsbət xüsusiyyəti ondan ibarətdir ki, onlar avtomobilin həm dinamiki, həm də statiki vəziyyətlərində istifadə edilə bilirlər. Belə ki, işçi proseslərin qiymətləndirilməsi dinamikada, həndəsi ölçülərin təyin edilməsi statikada öyrənilir.

İşçi proseslərin parametrlərindən hansının əsas diaqnostik əlamət (simptom) kimi qəbul edilməsindən asılı olaraq aşağıdakı diaqnostika üsullarından islifadə edilir:

a) akustik; b) vibrometrik; v) funksional; q) qarışıq (kombinələşmiş) diaqnostikalar.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin