Funksional diaqnostika üsulu ilə avtomobilin texniki vəziyyətini müəyyən etmək üçün onun işləmə qabiliyyətini qiymətləndirən parametrləri nəqliyyat prosesində və ya laboratoriya şəraitində təyin edilir. Bu parametrlər özlərinin buraxıla bilən qiymətləri ilə müqayisə edilir, nəticədə sistemin texniki vəziyyəti aydınlaşdırılır. Məsələn, ümumi halda tormoz sisteminin texniki vəziyyəti təkərlərdəki tormozlama qüvvələrinə, sükan idarəsinin işləmə qabiliyyəti sükan çarxının lüftünə, mühərrik detallarının yeyiilmə dərəcəsi karter yağınən tərkibinə görə müəyyən edilir.