Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


Yeyilmə məhsullarının yağda miqdarının təyin olunma



Yüklə 1,78 Mb.
səhifə14/51
tarix10.01.2022
ölçüsü1,78 Mb.
#108300
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   51
Yeyilmə məhsullarının yağda miqdarının təyin olunma üsulu yüksək keyflyyətli yağlama materiallarının seçilməsində daha çox istifadə edilir. Bu üsulun köməyi ilə aqreqatların və mexanizmlərin maksimum yeyilmə dərəcəsi təyin olunur. Hər hansı aqreqat işlədikdə yeyilmə məhsulları (əsasən dəmir) yağın içərisində yayılmış vəziyyətdə olur. Yağlama sistemində dövr edən yağın və onun vahid həcmindəki yeyilmə məhsullarının miqdarını bilərək, detallardan qopan metalın (yeyilmə məhsulunun) çəkisini hesablayırlar. Bu miqdara görə də aqreqatın yeyilmə tempi haqqında mühakimə yürüdülür, daha doğrusu, aqreqatın yeyilmə şiddəti qiymətləndirilir. Bü üsul yüksək dəqiqliyə malik olsa da aqreqatı təşkil edən detalların ümumi yeyilmə dərəcəsini (detalın materialından asılı olmayaraq) təyin etməyə imkan verir. Burada müxtəlif materiallardan hazırlanmış detalların ayrı-ayrılıqda yeyilmə miqdarını təyin etmək mümkün deyil. Buna görə də göstərilən üsulun digər variantından - spektral analiz üsulundan istifadə edilir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin